Samux sakini bədbəxt hadisənin qurbanı olub

Gəncədə bədbəxt hadisə baş verib.

Median.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 1967-ci il təvəllüdlü Samux rayon sakini, Ceyhun Vəliyevi Gəncə şəhərində transformatorların birinin yanında elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.