Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin hücumu nəticəsində yanalma qurğularından birinin əhəmiyyətli dərəcədə zədələndiyi barədə məlumat yayıb.
Median.Az xəbər verir ki, hadisə noyabrın 29-da saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) baş verib.
Şirkətin məlumatına görə, partlayışdan sonra Novorossiysk dəniz limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb və tankerlər akvatoriyadan kənara aparılıb.
İşçilər və podratçılar arasında zərərçəkən olmayıb.
