Sabah bəzi magistral yollarda görmə məhdudlaşacaq

Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.