
Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrındakı işindən azad edilib.
Bu barədə aktrisa “Instagram” hesabında açıqlama yayıb.
M. Xanlarova paylaşımda bunları qeyd edib:
“Əziz tamaşaçılar! Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov tərəfindən rəsmi şəkildə işdən azad edildim”, – deyə o qeyd edib.