Pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
 
Görə hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
 
Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.
 
Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.//apa