Yanğında həyatını itirən Könül Vəlibəylinin xəsarət alan qızının durumu açıqlandı

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Bu barədə “Yeni klinika”nın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü (qadın) şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir”.