Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti “Az Technocon Group” MMC ilə 3.2 milyon manatlıq müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, müqavilə “Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması ilə bağlıdır.
Müqavilənin dəyəri 3.269.870,46 manatdır.
2020-ci ilin iyulunda qeydiyyata alınmış şirkətin qanuni təmsilçisi Elşad Acalov Ağakişi Oğludur.
“Az Technocon Group” MMC-nin nizamnamə kapitalı 100 manatdır.
