Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya qoşunları Donetsk vilayətində Bezımyannoe yaşayış məntəqəsini nəzarətə götürüb.