Rusiyada hərbi təyyarə qəzaya uğradı: 7 nəfər öldü

An-22 hərbi nəqliyyat təyyarəsi Rusiya Federasiyasının İvanovo bölgəsində qəzaya uğrayıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yeddi nəfər olub. Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.

TASS-ın mənbəsi bildirib ki, qəza Uvodski su anbarı ərazisində baş verib, təyyarənin qalıqları suda tapılıb. Onun sözlərinə görə, An-22 təmirdən sonra planlaşdırılmış uçuş həyata keçirib.

Qəzaya uğrayan An-22 təyyarəsinin heyətinin öldüyü bildirilir. Axtarışlar davam edir.

“Təyyarə boş ərazidə qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupu heyət üzvlərinin taleyini müəyyən etmək üçün qəza yerinə uçub”, deyə məlumatda bildirilir.