Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur

Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur.

Bu təklifi kulturoloq Fuad Məmmədov Bakıda keçirilən “Mədəniyyət və hüquq: Müasir çağırışlar” forumu çərçivəsində baş tutan “Mədəniyyət və hüquq” adlı panel müzakirələri zamanı deyib.

O bildirib ki, bu akademiya Mədəniyyət Nazirliyinin tərkibində olmalıdır:

“Nazirliyin tərkibində Heydər Əliyev adına Kulturoloji Akademiyanın yaradılmasını təklif edirəm. Bu, bizim işlərimizin sürətlə həyata keçirilməsinə yardım edəcək”.

Həmçinin Fuad Məmmədov kulturoloji təhsilin icbari olmasını təklif edib.
//oxu.az