
Yeni ilin yaxınlaşması ilə insanlar artıq sevdikləri üçün uyğun hədiyyə axtarışına başlayıblar.
Son illərin satış statistikası, onlayn sifariş tendensiyaları və mağazaların sorğuları göstərir ki, 2025-ci ildə həm kişilər, həm də qadınlar üçün seçilən hədiyyələrdə müəyyən bənzərliklər olsa da, hər iki kateqoriyada özünəməxsus fərqlər qalmaqdadır.
Aşağıda bu il ən çox seçilən hədiyyələrin siyahısı təqdim olunur:
Qadınlar üçün ən çox alınan 10 hədiyyə:
Ətir və parfüm setləri – Qadınların dəyişməz favoritidir. Brend parfümlərə tələbat pik həddə çatıb.
Zərgərlik məmulatları – Sırğa, boyunbağı və qolbaqlar ən populyardır.
Kosmetik və dəriyə qulluq setləri – Üz kremi, serum və maska setləri 2025-də yüksək satışa malikdir.
Ağıllı saat və qolbaqlar – Yeni il kampaniyaları səbəbindən bu kateqoriyaya maraq artıb.
Çanta və aksesuarlar – Brend çantalar yenə lider mövqedədir.
Spa və gözəllik salonu hədiyyə kartları – Qadınların özünü qayğılandırma trendi bu hədiyyəni populyar edib.
Ev üçün dekor hədiyyələri – Minimalist şamlar, dekor fiqurları və tablolar. Kitablar – Xüsusən də psixologiya və motivasiya janrında.
Elektrotexnika – fen, saç düzləşdiricisi, “multistyler”
Romantik hədiyyə qutuları – Şokolad, şam, açıqca və mini aksesuarların olduğu şəxsi qutular.
Kişilər üçün ən çox alınan 10 hədiyyə:
Smartfonlar və elektronika – Bu il kişilərə ən çox alınan hədiyyə kateqoriyasıdır.
Ağıllı saatlar və idman elektron cihazları – Kişilər üçün top 3 hədiyyə.
Ətir – Klassik və universal seçim olaraq həmişə siyahıda yer alır.
Avtomobil aksesuarları – DVR kamera, parfüm, telefon tutacağı, LED işıqlar.
Geyim – Köynək, sviter, üst geyimləri yeni il endirimlərində liderdir.
Pulqabı və kəmər dəstləri
Qulaqlıq və “Bluetooth” akustik sistemlər
Saat (klassik və mexaniki) – Hər il ən çox sifariş olunan hədiyyələrdən biri olaraq qalır.
Hobbi üçün hədiyyələr: balıqçılıq ləvazimatı, idman əşyaları, oyun aksesuarları, termos və iş üçün aksesuarlar ofis işçiləri arasında ən çox seçilənlərdir.
2025-ci ilin hədiyyə seçimlərində diqqət çəkən əsas məqam praktiki, uzunmüddətli və texnologiya yönümlü məhsulların daha çox üstünlük qazanmasıdır. Onlayn alış-verişin artması isə fərdiləşdirilmiş hədiyyə qutularına və elektron cihazlara tələbatı daha da yüksəldib.
//sfera.az