Məşhur opera müğənnisi oğlu tərəfindən öldürüldü

ABŞ-nin məşhur opera müğənnisi Jubilant Sayks öz oğlu tərəfindən öldürülüb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı müğənni Kaliforniyadakı evində ölü tapılıb.

Atasını öldürməkdə ittiham olunan 31 yaşlı Mayk Sayks müqavimət göstərmədən polisə təslim olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.