Goranboyda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı (Yenilənib)

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Median.Az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A.Məmmədov və V.İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

Goranboyda iki nəfər bıçaqlanıb.

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər.

A.Məmmədovun vəziyyəti ağır, V.İsmayılovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni onların qonşusu, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.