Saqqızdan zəhərlənən şagirdlərlə bağlı AQTA-dan AÇIQLAMA

Xəbər veridiyimiz kimi, bu gün Bakıda 14 nömrəli tam orta məktəbin 8 şagirdi saqqızdan zəhərlənib.

Baş verən zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama verilib.
 
Agentlikdən bildirilib ki, Bakıda baş verən hadisə ilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb:
“Məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Nəticəsi barədə məlumat veriləcək”.