Hesablama Palatası Sosial Xidmətlər Agentliyində yoxlama aparır

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən, Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq palatadan məlumat verilib.

Qeyd olunub ki, “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.