Masazırda fərdi yaşayış evində yanğın olub

Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Median.Az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Məlumatda qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənmədən, qısa müddətdə söndürülüb.