Bakıda zəncirvari qəza: üç avtobus toqquşdu

Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, hadisə zamanı üç marşrut avtobusu və bir avtomobil toqquşub.

Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.