Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 208 km aralıda baş verib.

Zəlzələnin episentri 4 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.