İsveçrədə kurortda partlayış: 40 ölü, 100 yaralı var

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

Bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb.

Bundan əlavə, azı 100 nəfər yaralanıb.
 
KİV-in məlumatına görə, kurortda bir neçə partlayış baş verib.

Lakin hadisəyə baxmayaraq, kurort fəaliyyətini davam etdirir.