Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) məlumat yayıb.

Bildirilib ki, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m-ə çatacağı proqnozlaşdırılır.