Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.
Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Z.Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Polkovnik-leytenant dörd ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.
