Bakıda iki bacı dəm qazından boğularaq ölüb

Bakı şəhəri, Qaradağ rayonunda iki bacı dəm qazından boğularaq ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasovanın yaşadıqları evdən meyitləri tapılıb.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.