“Qarabağ”dan yeni transfer – Qurban Qurbanov açıqladı

“Qarabağ” qış transfer dönəmində heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Bunu Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərfivəsində sabah Bakıda “Ayntraxt”ı qəbul edəcək Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında deyib.

53 taşlı mütəxəssis sualı belə cavablandırıb:

“Hər hansı maneə olmasa, qışda transfer alınmalıdır. Danışıqlarımız davam edir. Ən azı bir transferimizin olacağı gözlənilir”.