Qərib Mehdi vəfat edib

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Median.Az xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.