Tramp Makronun eynəyini ələ saldı – Video

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ələ salıb.

Davosda çıxış edən Tramp gözləri qızardığı üçün mavi gün eynəyindən istifadə edən Makronla bağlı bunları deyib:

“Emmanuel Makron — dünən onu o dəbdəbəli günəş eynəyində izlədim. Nə baş verdi axı? Onun sərt olmağa çalışdığını izlədim. Əslində, mən onu sevirəm. İnanmaq çətindir, elə deyilmi?”.