İki nəfər nöqsanlara görə prokurorluqdan xaric edilib

2025-ci ildə şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Baş prokuror Kamran Əliyevin iştirakı ilə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Qeyd olunub ki, məsuliyyətə cəlb olunan əməkdaşlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.