Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb

Qəbələdə 47 yaşlı kişi faciəli şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki daş karxanasında baş verib.

Daş karxanasında fəhlə kimi çalışan Səxavət Abdullayev dəzgahın hərəkət hissəsinə düşüb və aldığı xəsarətlərdən xəstəxanada ölüb.