ABŞ-də ölənlərin sayı artdı

ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirən insanların sayı 51 nəfərə çatıb.
 
Median Az xəbər veir ki, bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
 
Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennesi və Texas ştatlarında qeydə alınıb.
 
Nyu-Yorkda 10 nəfər küçədə donvurmadan ölüb. Bundan əvvəl rəsmi itki sayının 42 olduğu qeyd olunurdu.