Month: January 2018

  • Игровую зависимость признают психическим расстройством

    Игровую зависимость признают психическим расстройством

    Всемирная организация здравоохранения намерена внести игроманию как психическое расстройство в международный список болезней, который будет опубликован в середине 2018 года, сообщает РИА Новости со ссылкой на пресс-секретаря ВОЗ Тарика Язаревича.

    “Игровое расстройство занесено в проект пересмотренной 11-й версии Международной классификации болезней (МКБ) как пример поведения игроманов (компьютерных и видеоигр), которое характеризуется нарушением контроля над игровыми процессами, увеличение приоритета играм по сравнению с другими видами деятельности в такой мере, что игровой процесс начинает превалировать над другими интересами и повседневной деятельностью, а также продолжение или увеличение масштаба игрового процесса, несмотря на возникающие негативные последствия”, — сообщил Язаревич.

    По мнению ВОЗ, для определения диагноза игрового расстройства описанная поведенческая схема, оказывающая влияние на личные, семейные, социальные, образовательные, профессиональные или иные области жизни пациента, должна наблюдаться у него как минимум в течение года.

  • Задержаны лица, соверившие грабежи в Баку и Сумгайыте

    Задержаны лица, соверившие грабежи в Баку и Сумгайыте

    Как сообщает Median.Az, сотрудники 20-го отделения полиции Насиминского РУП в результате проведенной операции задержали жителя г.Гянджа, ранее судимого Гасана Сафарова, который 29-го декабря прошлого года путем грабежа отобрал у женщины сумку, внутри которого находилось 125 манатов.

    Кроме этого, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате розыскных мер задержали жителя столицы, ранее судимого Эльнура Шихиева, который вместе с “поддельником” 13-го декабря прошлого года совершили нападение на жителя столицы М.Н, вследствии чего угрожая отобрали у потерпевшего 1000 евро и 200 манатов.

    В г.Сумгайыт, сотрудники 3-го отделения полиции задержали жителей города Агиля Агаева и Хаяма Гумбатова, которые 30-го декабря прошлого года физически угрожая двум гражданам отобралу у них в общей сложности 800 манатов.

    По фактам по статье 180 (грабеж) УК Азербайджана возбуждены уголовные дела, ведется следствие.

  • Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Бывший заместитель председателя Центрального банка Азербайджана Хагани Абдуллаев назначен советником министра по налогам.

    Как сообщает Median.Az со ссылкой на АПА, министр налогов Микаил Джаббаров подписал соответствующий приказ.

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Х.Абдуллаев подтвердил назначение. Он сказал, что приступит к исполнению своих обязанностей с 8 января.

    Напомним, Х.Абдуллаев в прошлом году по собственному желанию был освобожден от обязанностей зампредседателя Центробанка.

  • Mikayıl Cabbarov Elman Rüstəmovun müavinini özünə müşavir təyin etdi

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

    X.Abdullayev özü faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.

    Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.

    1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

    Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.

    2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

    2008-ci ildə ABŞ-ın “George Washington” universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.

    2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.

    2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.

    2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.

    2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

    2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.

  • Broyler fabrikinin 7 işçisi həbs edildi

    Broyler fabrikinin 7 işçisi həbs edildi

    Bu il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

    Daxili İşlər Nazirıliyindən oxu.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

    Oğurluqda şübhəli bilinən şəxslər – Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

    Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı açıqlandı

    Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı açıqlandı

    2017-ci ildə Gürcüstana 7,5 milyon nəfər xarici turist səfər edib. Bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur.

    Top-5-liyə Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə və İran daxil olub.

    Hesabat dövründə Azərbaycandan Gürcüstana 1,7 milyon nəfər turist səfər edib. Bu da 11,2 faiz artım deməkdir. Türkiyədən Gürcüstana istirahətə gedənlərin sayı isə 0,8 faiz azalaraq 1,2 milyon nəfər olub.

    Qonşu ölkəyə səfər edənlərin arasında iranlıların sayı 118,3 faiz artaraq 322,9 min nəfər təşkil edib.

    Ötən ilin birinci və ikinci rübündə Gürcüstanın turizmdən gəliri 2,2 milyard dollar olub. Bu da əvvəlki illə müqayisədə 489 milyon dollar çoxdur.

  • Bakıda “Playstation” oğrusu ikinci dəfə kameraya düşdü – VİDEO

    Bakıda “Playstation” oğrusu ikinci dəfə kameraya düşdü – VİDEO

    Bakıda daha bir “Playstation” oyun klubundan oğurluq hadisəsi kameraya düşüb.

    Oxu.Az-a daxil məlumatda bildirilir ki, hadisə 2017-ci ilin dekabrın 12-də qeydə alınıb.

    Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən “Playstation” klubundan iki ədəd “joystick” oğurlanıb. Klub sahibləri oğurluq hadisəsini kameraya baxdıqdan sonra müəyyən edib.

    Qeyd edək ki, dekabrın 19-da paytaxtın “Playstation” klubunlarının birində baş verən oğurluq hadisəsi də anbaan müşahidə kamerasına düşmüşdü. Videoları müqayisə etdikdə, oğurluğu eyni adamın törətdiyi aydın görünür.

  • Bakıda tələbələrin hiyləsi hər kəsi təəccübləndirdi – FOTO

    Bakıda tələbələrin hiyləsi hər kəsi təəccübləndirdi – FOTO

    Bakı Slavyan Universitetində imtahan zamanı maraqlı hadisə baş verib.

    Tələbələrdən ikisi hiyləyə əl ataraq üstlərində imtahana düşəcək sualların ana xətti olan qələmdən istifadə edib.

    Bu bərədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

    “Bu gün (dekabrın 5-də – red.) universitetin filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri (rus bölməsi) Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahan verib. Tələbələrin hər biri eyni qələmdən istifadə edib. Bu məsələ nəzarətçilərin diqqətini cəlb edib. Qələmləri yoxlayarkən bəlli olub ki, hər birinin üstlərində imtahana düşəcək sualların əsas ana xətləri qeyd olunub.

    Nəticədə təxminən 40-50 qələm müsadirə edilərək götürülüb”./oxu.az

    Bakıda tələbələrin hiyləsi hər kəsi təəccübləndirdi – FOTO

  • Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

    Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

    Goranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfiqar Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü – Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

  • Uşaqların sosial müdafiəsi qaydası təsdiqləndi

    Uşaqların sosial müdafiəsi qaydası təsdiqləndi

    “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sosial müdafiəsi Qaydası” təsdiq edilib.

    Azərbaycan Respublikası Nazirlər Kabinetindən oxu.az-a verilən məlumata görə, qayda məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə (bundan sonra – müəssisələr) qəbul edilmiş uşaqların müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.

    Qaydalara əsasən, müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayrıseçkiliyə yol verilmir. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində aşağıdakı tədbirlər həyata keçirilir:

    – yaş kateqoriyası nəzərə alınmaqla, uşaqlar münasib şəraitlə təmin edilirlər;

    – uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar müəyyən edilmiş qida normalarına əsasən, yeməklə təmin edilirlər;

    – normalara uyğun olaraq uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər;

    – uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;

    – dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;

    – öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına kömək göstərilir;

    – uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;

    – inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;

    – uşaqlara tibbi xidmət göstərilir;

    – yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə uşaqlara profilaktik peyvəndlər aparılır;

    – xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

    Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.