Month: January 2018

  • İşsizlikdən sığorta ilə bağlı yeni qaydalar

    İşsizlikdən sığorta ilə bağlı yeni qaydalar

    “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilib.

    Median.Az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiqlənib.

    Bundan əlavə, baş nazirin imzası ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nı və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”ı təsdiqləyib.

    Hər üç qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

  • Çində güclü qar 13 can aldı

    Çində güclü qar 13 can aldı

    Çinin Anhoy əyalətində güclü qar səbəbindən 13 nəfər ölüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, yanvarın 3-ü başlayan güclü qar son 10 ilin ən güclüsü hesab olunur.

    Güclü qar 1,06 milyon insana zərər vurub və birbaşa iqtisadi ziyan 190 miloyon dollar təşkil edib.

  • Azərbaycanda məşhurlar maraqlı sosial çarxda iştirak ediblər – VİDEO

    Azərbaycanda məşhurlar maraqlı sosial çarxda iştirak ediblər – VİDEO

    Bu gün məşhurların da yer aldığı “Sahibsiz küçə heyvanlarını qoruyaq” adlı sosial çarx təqdim olunub.

    Layihə “Lider” telekanlının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyevanın təşəbbüsü ilə baş tutub.

    Sahibsiz küçə itləri ilə davranış qaydalarından bəhs edən sosial layihədə millət vəkili Qənirə Paşayeva, xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, yazıçı Çingiz Abdullayev, bəstəkar-müğənni Murad Arif, müğənnilər Elnur Hüseynov, Nura Suri, əməkdar rəssam Müseyib Əmirov, yunan-roma güləşi üzrə dünya çempionu Fərid Mansurov, “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova, aparıcı Hüsniyə Məhərrəmova, aktyor Taleh Yüzbəyov, ilahiyyatçı Hacı Şahin iştirak edib./oxu.az

    Qeyd edək ki, videoçarxda N.Əliyevanın özü də çəkilib.

  • Dünyanın ən tüklü qızı üzünü qırxdı – İndi onu tanımaq olmur – FOTO + VIDEO

    Dünyanın ən tüklü qızı üzünü qırxdı - İndi onu tanımaq olmur - FOTO + VIDEO

    Tailandda yaşayan Supatra Sasufan adlı qız dünyanın ən tüklü xanımı hesab olunur.

    17 yaşlı Sasufanın adı bu xüsusiyyətinə görə, hələ 10 il əvvəl “Ginnesin Rekordlar Kitabı”na düşüb. Gənc “Hipertrixoz” xəstəliyindən əziyyət çəkir.
    Lakin hazırda Sasufan bədənindəki bütün tükləri qırxıb. Buna səbəb onun evlənməsidir./metbuat.az

    Dünyanın ən tüklü qızı üzünü qırxdı - İndi onu tanımaq olmur - FOTO + VIDEO

  • “Bozbash Pictures”in aktyorunun ARXİV FOTOSU

    "Bozbash Pictures"in aktyorunun ARXİV FOTOSU

    “Bozbash Pictures”də “Qılman doktor” obrazı ilə məşhurlaşan aktyor İlkin Misgərli sosial şəbəkədə paylaşım edib.

    35 yaşını qeyd edən aktyor uşaqlıq fotosunu izləyiciləri ilə bölüşərək valideynlərinə təşəkkürünü dilə gətirib:

    “Allah atama rəhmət eləsin, anama can sağlığı versin”.

    Həmin fotonu təqdim edirik:

    "Bozbash Pictures"in aktyorunun ARXİV FOTOSU

    /big.az

  • Mayorun kupçalı evinə basqın edib sökdülər, özünə isə ağır xəsarətlər yetirildi – Sumqayıtda şok hadisə

    Mayorun kupçalı evinə basqın edib sökdülər, özünə isə ağır xəsarətlər yetirildi – Sumqayıtda şok hadisə

    Sumqayıtda dünən sensasion hadisə baş verib.

    Bu barədə mia.az-a Sumqayıtın Bağlar massivi deyilən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

    Onun sözlərinə görə, şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduğunu deyən 20-dək idmançı görkəmli şəxslər ərazidə ev tikib tamamlayan bir hərbçinin evinə basqın ediblər:

    “Hadisə zamanı həmin hərbi formada olan mayor rütbəli, orta yaşlı hərbçinin evini sökmək istəsələr də, o, “kupça” göstərərək, qanunsuz heç nə görmədiyini deyərək, söküntünün dayandırılmasını tələb elədi.

    Bu zaman onlar arasında mübahisə yarandı və İcra Hakimiyyətinin işçiləri hərəsi bir yandan tökülüşüb, evi sökməyə başladılar. Mayor isə israrla qanunsuz iş görmədiyini deyərək, söküntünün qabağına keçmək istəyirdi. Lakin hücum edənlər nə evin qanuni sənədlərinə, nə də həmin evin sahibinin hərbiçi olmasına məhəl qoymadan qanunsuz əməllərini davam etdirdi. Belə bir anda qəfildən onlardan 5-6 nəfəri söküntüyə mane olmaq istəyən hərbiçinin üstünə tökülüşüb, onu sanki erməni vururmuş kimi döyməyə başladılar.

    Müşahidələrimə görə, Azərbaycan hərbiçisi icra məmurlarının zərbələrindən ağır bədən xəsarətləri aldı, onun sifət nahiyəsini qan içində idi, ağır zərbə izləri açıq görünürdü. Bəlkə də sizə inandırıcı olmayacaq, ancaq həqiqətən onu amansızcasına vurdular. Sanki Vətən torpağını qoruyan hərbiçi düşmən idi, söküb-dağıdılan da onun evi yox, düşmən postu idi. Dəhşətli bir mənzərə idi”.

    Hadisə şahidinin sözlərinə görə, hazırda hərbiçinin kupçalı evini tamamilə sökürlər: “Görünür, o, ya tələb olunan rüşvəti verməyib, ya da Sumqayıtda qayda-qanun, sənəd sayan yoxdur. Əks halda günorta çağı Azərbaycan ordusunun mayorunun evini nə sökər, nə də özünə o cür ağır bədən xəsarətləri yetirilərdi…”.

    Məsələ ilə bağlı döyülən hərbçi ilə yanaşı, İH-nin memarıyla danışmaq cəhdlərimiz alınmadı.

    Mövzuya qayıdacağıq.

  • Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər iş başında tutuldular – Bakıda

    Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslər iş başında tutuldular - Bakıda

    Dünən gecə saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsində avtomobilləri qarət etməkdə şübhəli bilinən 2 nəfər tutulub.

    Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində Yevlax şəhər sakinləri 1986-cı il təvəllüdlü Sakit Məmmədov və 1992-ci il təvəllüdlü Rasim Məmmədov qardaşları yaxalanıblar.

    Şahidlərin verdikləri məlumata görə, qardaşlar cinayət törətdikləri zaman ələ keçiblər.
    Onların kirayə qaldıqları mənzilin zirzəmisində xeyli sayda avtomobil ehtiyat hissələri və bəzək aksessuarları aşkar olunaraq müsadirə edilib. Cinayətkar qardaşların başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır./mediapress

  • Balakənli qadın futbol məşqçisi: “Vaxtilə Maradona ilə maraqlanırdım” – VIDEO

    Bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən 60 yaşlı balakənli qadın müəllim Pakizə Mikayılova tez bir zamanda məşhurlaşıb.

    Median.Az report-a istinadən xəbər verir ki, P.Mikayılovanın başçılıq etdiyi futzal komandasını çılğınca dəstəkləməsi hər kəs tərəfindən maraqla qarşılanıb. Qocaman müəllimin oyunda göstərdiyi emosiyalar gənclərə də bir stimul olub.

    Pakizə Mikayılova ilə olan videoreportajı təqdim edirik:

  • Hüseyn Dəryanın xanımı: “Oğlumun reper olmağını istəmirəm, çünki…”

    Tanınmış reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova milli.az-a oğlu ilə bağlı açıqlama verib. O, oğlu Cahangiri gecə kulubunda rep dediyinə görə qınayanlara sərt cavab verib:

    “Düzdü, ora gecə klubu idi, amma Cahangir orada yox idi. Sadəcə olaraq, Dadoyla olan duetini oxuyanda çəkib bizə atdılar ki, Cahangirin repi səslənir. Biz də bunu İnstagram-da paylaşdıq. İnsanlar videoya baxmadan rəylər bildirdilər. Əslində, mənə heç kimin fikri maraqlı deyil, çünki rəy bildirən insanlar boş-bekar, işsiz-gücsüz insanlardır.

    İstəmərəm ki, Cahangir reper olsun. Təbii ki, bir valideyn kimi ona dəstək olmağa hazıram. Repdə qazanc yoxdur, sən tanınırsan, sevilirsən amma cibin boş olur. O tanınmaq da sənə başqa işlər görməyə həmişə mane olur”.

  • Aeroport yolunda maşın piyadanı vuraraq öldürüb, ardınca iki avtomobilə çırpılıb

    Aeroport yolunda maşın piyadanı vuraraq öldürüb, ardınca iki avtomobilə çırpılıb

    Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu “Jeep” markalı avtomobil vurub.

    Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Jeep” deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.

    Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.