Month: January 2018

  • “Ad və soyadlar haqqında” yeni qanun layihəsi hazırlanır

    Azərbaycanda “Ad və soyadlar haqqında” yeni qanun layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.

    Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.

  • Севиль Алиева поделилась редким снимком Гейдара Алиева – ФОТО

    Дочь общенационального лидера Азербайджана Гейдара Алиева Севиль Алиева поделилась редким снимком отца. 

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, Севиль Алиева поделилась фотографией Гейдара Алиева со своим старшим сыном Гирафом.

    “Папа и старший сын. Москва, 1984 год” – написала С.Алиева под снимком. 

    Представляем читателям данное фото:

  • Heydər Əliyevin 34 il əvvəl çəkilən nadir FOTOsu

    Sevil Əliyeva ümummilli lider Heydər Əliyevin nadir fotosunu paylaşıb.

    Baku.ws-in məlumatına görə, şəxsi Instagram hesabında şəkli paylaşım edən Sevil Əliyeva bu qeydi yazıb:

    “Atam və böyük oğlum. Moskva 1984-cü il”.

    Mərhum prezident Heydər Əliyevin nəvəsi ilə fotosu sosial şəbəkədə də böyük maraqla qarşılanıb.

    Həmin görüntünü təqdim edirik:

  • Ильхам Алиев собрал чиновников и потребовал четырехгодичный отчет

    29 января в центре Гейдара Алиева проходит конференция, посвященная итогам четвертого года исполнения «Государственной программы по социально-экономическому развитию регионов Азербайджанской Республики» на 2014-2018 годы.

    Президент Азербайджанской Республики Ильхам Алиев участвует в конференции. Глава государства выступает на конференции со вступительной речью.

  • İlham Əliyev məmurları topladı – Prezident 4 ilin hesabatını tələb edir

    Bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

    Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

    Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.

    Dövlət başçısı konfransda yekun nitqi söyləyir.

  • Deputat: Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır

    Uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir.

    Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.

    Deputat  qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir:
     
    “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı – kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.

  • Nizaməddin Quliyevin villası… və rayonun bərbad yolları (FOTOLAR)

    Goranboy şəhərinin mərkəzi küçələrinin baxımsız vəziyyətdə olması ilə bağlı “Qaynarinfo”ya rayon sakinləri tərəfindən görüntülər göndərilib.

    Görüntülərdən məlum olur ki, Gəncə istiqamətindən Goranboy şəhərinə olan girişdə yerləşən və Heydər Əliyevin böyük portreti vurulan küçədə hasarlar sökülüb, yol isə yararsız vəziyyətdədir. 


    Təqdim etdiyimiz görüntülər Goranboyda vəziyyəti əyani təsvir etdiyi üçün əlavə şərh verməyi lazim bilmirik. 

    Bununla belə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Heydər Əliyevin portreti olan küçəni təmir etdirmək əvəzinə hazırda həmin küçəyə yaxın olan ərazidə tikdirdiyi dəbdəbəli villasını təmir etdirir. Rayon sakinlərinin sözlərinə görə, icra başçısının villasında qızğın təmir işləri gedir. Mərhum prezident Heydər Əliyevin portreti olan küçə isə nədənsə başçının yadına düşmür.

    Villanın görüntülərini təqdim edirik: 




  • Sabaha olan hava proqnozu açıqlanıb

    Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

  • Bakıda evdən oğurluq edən qadın tutuldu – FOTO

    Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

    Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədilə həmin mənzilə daxil olduğunu etiraf edib.

    Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Daha bir deputat AŞPA-da təyinat aldı

    Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Ülviyyə Ağayeva AŞPA-nın komitə üzvü seçilib.

    Bu barədə adı çəkilən komitənin bazar ertəsi keçirilən iclasında bildirilib.

    Qeyd edək ki, Ülviyyə Ağayeva 06 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsindən V çağırış Milli Məclisin deputatı seçilib.