“Ad və soyadlar haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “Ad və soyadlar haqqında” yeni qanun layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.

Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.