Month: January 2018

  • İcra başçısı müjdəni verdi: Evlərindən köçürülən sakinlərə pul veriləcək

    Səbail rayon icra başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub. 

    Median.Az-in “Qafqazinfo”ya istinadən verdiyi məlumatagörə, E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. 

    Görüşdə qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. 

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olsa ki, artıq təhlükə yoxdur, o zaman sakinlər evlərinə qaytarılacaq. Təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya veriləcək və ərazidən köçürüləcəklər. 

    Geoloqlar müəyyən ediblər ki, həmin ərazidə yerin altında iki yeraltı çay axır. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi sürüşməyə səbəb olub.

  • В Баку провернули аферу на 350 000 долларов

    Дело по факту крупного мошенничества расследуется в Управлении полиции Низаминского района. 343 тысячи долларов США заработал некто по имени Эльсевер, провернув аферу и воспользовавшись доверием граждан Азербайджана. 

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Низаминского района. 

    Пока известно только то, что пострадавшими оказались Гиньяз Мамедов, 1981 года рождения, Рамин Алиев, 1982 года рождения и Вусал Ахмедов, 1983 года рождения.  Больше всего пострадал Мамедов, в результате мошенничества он лишился 240 000 долларов. 
    Ахмедов таким образом потерял 73 000 долларов. Оставшаяся сумма – это деньги Алиева. Сообщается, что деньги потерпевших Эльсевер присвоил в период с декабря 2016 года по август 2017 года. 

    По факту никто не задержан. Предполагается, что мошенник покинул пределы Азербайджана. В полиции отметили, что на сегодняшний день мошенничество – самое распространенное в Азербайджане преступление. Каждый третий разыскиваемый правоохранительными органами Азербайджана человек объявлен в розыск за мошенничество.

  • Tacikistanda xəyanətə görə cəza tətbiq oluna bilər

    Tacikistanda ər-arvadın xəyanətə görə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər.

    Oxu.az xəbər verir ki, bu barədə Tacikistanın baş prokuroru Yusuf Raxmon mətbuat konfransında KİV nümayəndələrinin sualına cavabında bildirib.

    Jurnalistlərdən biri ölkədə son zamanlar qısqanclıq zəmində qətl hadisələrinin çoxaldığını bildirib və xəyanatə görə cəzanı nəzərdə tutan qanunvericiliyə ehtiyac olduğunu vurğulayıb.

    Xatırladaq ki, oktyabrın əvvəlində Tacikistanda qətl törətməkdə şübhəli bilinən 56 yaşlı Çorboq kənd sakini hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

    Şübhəli fərdi təsərrüfatla məşğul olan 40 yaşlı keçmiş həyat yoldaşının iş yerinə gələrək, ona qısqanclıq zəminində 19 bıçaq xəsarəti yetirib.

    Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Hüquq-mühafizə orqanları əməkdaşları qətl törətməkdə şübhəli bilinən 51 yaşlı Tursunzadə şəhər sakinini saxlayıb.

    Şübhəli sentyabrın 26-da, içkili vəziyyətdə 50 yaşlı keçmiş həyat yoldaşının evinə gəlib. Onların arasında mübahisə düşüb. Şübhəli qadının qarın boşluğuna bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

  • Bayıldan köçürülən sakinlər haqqında son məlumat – FOTO + VİDEO

    Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. 

    Baku.ws-in məlumatına görə, əvvəl sakinləri 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Daha sonra isə sakinləri 163 nömrəli orta məktəbə köçürülüb. 

    Məktəbdə olan İcra hakimiyyətinin nümayəndəsi əməkdaşımıza bildirib ki, onlara ailəliklə qida, su və yataq ilə təmin olunub. 

    Məktəbdə dərslər adi qaydada olduğu kimi davam edir. Lakin, məktəbə valideynləri buraxmırlar. Sakinlərin evə qayıdacağı vaxt məlum deyil. 

    Hazırda ərazi polis nəzarətindədir. 

    Qeyd edək ki, sürüşmə zonasında müvafiq orqanların əməkdaşları işləyir. Bir neçə gündür bərkitmə işləri gedir. Çatların dərinliyi təxminən 15 metrdir. 

    Qış aylarında, yağışlardan sonra Bakıda sürüşmə zonaları yenidən aktivləşir. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. 




  • 2 yaşlı qız siqaret çəkir, söyüş söyür – Valideynləri də baxıb gülür – VİDEO

    Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır.

    Median.Az Milli.Az-a istinadla xəbər verir ki, videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub.

    Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər.

    Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

    Video sosial şəbəkələrdə yayılıb. Videonu çəkənlər ciddi şəkildə qınanılıb.
     
    Rusiya polisinin verdiyi məlumata görə, valideynlərin kimliyi müəyyənləşən kimi onlar valideynlik hüquqlarından məhrum olunacaqlar.

  • Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb… – Qubada dəhşət

    Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi Əhəd Salahov ilə bir qrup şəxs kimi qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, onunla birlikdə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Quba rayonunun 1-ci Nügədi kəndində Akif Ağabalayevin ikimərtəbəli evinin damından içəri daxil olublar.

    Silah oğurluğu

    Onlar ikinci mərtəbədəki otaqdan Akif Abdullayevə məxsus bir ədəd 12 kalibrli, “747921” №-li, “STOEGER” modelli, “Vinçester” sistemli, nasaz, atəş etmək üçün yararsız vəziyyətdə olan hamar-yivsiz, təklüləli ov silahını, bir ədəd 12 kalibrli, “13178” №-li, “TOZ34” modelli, alt lüləsi nasaz olmaqla atəş açmaq üçün yararsız, üst lüləsi isə saz olmaqla atəş açmaq üçün yararlı vəziyyətdə olan hamar (yivsiz) qoşalüləli ov silahını, döyüş sursatı olan 28 ədəd patronu, bir ədəd patrondaşını, Akif Ağabalayevin mərhum qardaşı İlham Ağabalayevə məxsus bir ədəd Rusiya istehsalı olan, 5,6 mm kalibrli, “81396” nömrəli, “TOZ-8” modelli, sürüşkən tək-tək atılan, yivli, odlu idman-ov silahını talayaraq, həmin tarixdə odlu silah olan bir ədəd “81396” nömrəli, “TOZ-8” modelli, yivli, odlu idman-ov silahını digər taladıqları əmlakla birlikdə ələ keçiriblər. Həmin əmlakları Mayıs Ağaməmmədovun yaşadığı Quba rayonunun 1-ci Nügədi kəndindəki evinə gətiriblər və 30 mart 2016-cı il tarixədək orada saxlayıblar.

    Əxlaqsızlıq və dava

    Mayıs Ağaməmmədov 30 mart 2016-cı il tarixdə, saat 02.10-da, 17 mart 2016-cı il tarixdə, saat 14 radələrində Quba rayonu, 1-ci Nügədi kəndinin mərkəzində yaxınlığında əmisi Seyidağa Ağaməmmədovun nəvələri – Orxan Ağaməmmədov və Sərxan Ağaməmmədov tərəfindən sonuncuların və qardaşları Səfiyar Ağaməmmədovun arvadları barəsində kənddə və ətrafda rüsvayedici məlumatlar yaydığına, yəni arvadlarını əxlaqsız adlandırdığına görə özünün həyat yoldaşı Nərmin Ağaməmmədovanın və həmkəndlilərinin gözü qarşısında alçaltmaq, cəzalandırılmaq məqsədilə yumruq və təpiklərlə döyülməsinin, “VAZ-2107” markalı avtomaşının arxasına iplə boğazından bağlanaraq sürüdülməsinin əmisi Seyidağa Ağaməmmədov və sonuncunun oğlu Daşqın Ağaməmmədov tərəfindən təşkil edildiyini güman edib.

    Qisas

    O, Seyidağa Ağaməmmədov və Daşqın Ağaməmmədovdan qisas almaq məqsədilə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Əhəd Salahov ilə birlikdə Akif Ağabalayevin evindən oğurladığı “TOZ-34” modelli qoşalüləli odlu ov silahını və benzinlə dolu plastmas qabları götürərək əmisi və əmisi oğlunun yaşadığı evin həyətinə gəlib.

    Əmlakların məhvi

    Mayıs Ağaməmmədov evdə heç kimin olmadığını güman edərək Daşqın Ağaməmmədovun ümumi dəyəri 28000 manat olan evini qəsdən yandırmaq məqsədilə özü ilə gətirdiyi plastmas qablardakı tez alışan mayeni – benzini evin giriş qapısına tökərək yandırıb, yanğın zamanı 150 manat dəyərində taxta qapının, 400 manat dəyərində bir ədəd yun xalçanın, 225 manat dəyərində bir ədəd yun xalçanın, 50 manat dəyərində, tül pərdənin və digər əşyaları yandırıb, zərərçəkmişlərə ümumilikdə 1155 manat dəyərində maddi ziyan vurub.

    Ev sahibinin köməyə çağırışı

    Daşqın Ağaməmmədov və ailə üzvləri evlərinin yandığını görərək səs-küy salıblar, köməyə çağırdığı və onların köməyinə gəlmiş bir həyətyanı səhədə yaşayan Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova su ilə alovu söndürərək alovun evin içərisinə keçməklə evin tamamilə yanmasının qarşısını alıblar. Yanğının qarşısı alındığı üçün Mayis Ağaməmmədovun 28000 manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd edib.

    Daha sonra Mayıs Ağaməmmədov martın 30-da, gecə saat 02.20-də Daşqın Ağaməmmədovun evinin giriş hissəsindəki yanğının qarşısının Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova tərəfindən alındığını görərək hiddətlənib. O, Yalçın Ağaməmmədovun həyətində qanunsuz hərəkətlərini davam etdirib.

    Evi atəşə tutdu

    Mayıs Ağaməmmədov odlu ov silahından Yalçın Ağaməmmədovun evinin ikinci mərtəbəsi istiqamətində 4-5 dəfə nizamsız atəş açıb, açdığı atəşlər nəticəsində evin ikinci mərtəbəsində ümumilikdə Yalçın Ağaməmmədovun 215 manat dəyərində əmlakını məhv edib.

    6 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Mayıs Ağaməmmədova Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 29,186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 29,186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 232.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddəlləri ilə ittiham elan edilib.

    “Əmisinin gəlinləri ilə görüşərək cinsi əlaqədə olub”

    Digər təqsirləndirilən Əhəd Salahov isə Cinayət Məcəlləsinin 157.1, 228.2.1 və 232.2.3-cü maddələri ilə ittiham olunub. Hər iki təqsirləndirilən şəxs barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhəd Salahov elan edilmiş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç bir cinayət törətməyib: “2016-cı ilin təxminən yanvar ayının ortalarında Mayıs öz evində mənə bir ədəd tüfəng gətirərək, həmin tüfəngin ona pay verildiyini dedi. Bir müddət sonra, yanvarın təxminən axırlarında kənd camaatı arasında gəzən söhbətlərdən həmkəndlim Akifin evindən tüfənglərinin oğurlandığını eşitdim. Mayıs mənə bir ədəd tüfəng göstərdiyindən özüm-özlüyümdə həmin oğurluğu Mayısın etdiyini fikirləşdim. Mayısın sözlərindən mənə məlum oldu ki, Mayıs əmisi Səyyabın gəlinləri Gülnar, Ayşən və Xəyalə ilə görüşərək cinsi əlaqədə olub”.

    “Əmisinin evinə atəş açıb”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 17-də həmin gəlinlərin ərləri Mayısı cəzalandırmaq üçün sonuncunu “Vaz 2107” markalı maşına bağlayaraq kənd yollarında sürütdürüblər: “Martın 30-da gecə vaxtı Mayıs qisas məqsədi ilə əmisi oğlu Daşqın Ağaməmmədovun evini yandırmağa cəhd edib, həmçinin əmisi Seyidağanın evinə tüfənglə atəşlər açıb. Hadisə ilə bağlı Mayısın evindən polis tərəfindən 3 ədəd tüfəng və içində patronlar olan patrondaş tapılaraq götürülüb. Mayıs həmin silahların və patrondaşın Akifin evindən mənimlə birlikdə oğurladığını deyib”.

    “Oğurluq təklif etdim”

    İbtidai istintaq zamanı dindirilən Əhəd Salahov bildirib ki, 2015-ci ilin dekabr ayının təxminən əvvələrində Bakı şəhərində Mayislə birlikdə olarkən, Mayis ona asan yolla pul qazanamaq barədə söhbət edib və oğurluq cinayəti törədərək pul qazanmağı ona təklif edib: “Lakin Mayısın əvvəllər oğurluq cinayəti törətməsi barədə məlumatım olmayıb. 2016-cı ilin yanvar ayının əvvəllərində Mayısla söhbət zamanı bir-birilə yenidən oğurluq cinayəti barədə danışdıq. Həmin vaxt Mayısa qonşuluqda yaşayan Akif adlı şəxsin evində çoxlu miqdarda pul olduğunu bildirdim, həmin evdən oğurluq etməyi təklif etdim. Mayıs da mənimlə razılaşdı. Bir neçə gün sonra Mayıs mənə zəng vurdu, görüşmək istədiyini bildirdi. Mayislə görüşən zaman Mayısın qardaşı Mürvət də mənim yanımda olub”.

    “Başqa yerdən getdiklərini fikirləşmişəm”

    Əhəd Salahov qeyd edib ki, yanvarın 14-də, gecə saat 01-də Mürvət və Mayıs oğurluq etmək məqsədilə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Akif adlı şəxsə məxsus evə tərəf gediblər: “Həmin vaxt yolun kənarında dayanmışam, kiminsə gələcəyi təqdirdə onlara xəbər vermək üçün gözləmişəm. Orada təxminən 3 saat dayanmışam. Lakin Mayıs və Mürvətin gəlmədiyini görərək öz evimə getmişəm, onların oğurluq edərək başqa yerdən getdiklərini fikirləşmişəm”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti gün oğurlanmış əmlakdan ona düşən payı vermələri üçün Mayısla əlaqə saxlayıb: “Mayıs evdən üç ədəd tüfəng oğurladığını, başqa hər hansısa bir əşya oğurlamadığını dedi. Mayısa tüfəng istəmədiyimi bildirdim, ondan ayrıldım. Bir neçə gün sonra onunla görüşdüm. Mayıs mənə tüfəngləri satılması üçün Bakı şəhərinə göndərdiklərini və tüfənglər satıldıqdan sonra mənə pul verəcəyini bildirdi”.

    “Mənə tüfəng pay verdi”

    Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mayıs Ağaməmmədov bildirib ki, 2016-cı ilin təxminən fevral ayının axırlarında həmkəndlisi Əhəd Salahov ona ova getməyi təklif edib: “Mən isə ona ova getməyə tüfəngimin olmadığını bildirdim. Əhəd özündə 3 dənə tüfəng olduğunu bildirdi, birini mənə pay, ikisini isə saxlamağa verəcəyini dedi. Əhəddən tüfəngləri hardan əldə etdiyini soruşdum. Əhəd silahları gürcü vətəndaşından aldığını dedi, qardaşlarının evə içkili gəldiklərini, onda silah olmasını bilmələrini istəmədiyini söylədi. Əhəd mənə bir ədəd vinçester tipli 12 kalibrli tək lüləli tüfəng, bir ədəd sürüşkən çaxmaqlı tək lüləli ov tüfəngi, bir ədəd qoşalüləli 12 kalibrli ov tüfəngi verdi. Əhəd tək lüləli ov tüfəngini mənə pay kimi vermək istədi, vinçestr tipli tüfəngi və qoşalüləli tüfəngi isə saxlamağa verdi. Həmçinin Əhəd mənə saxlamağa bir ədəd içi patronlarla dolu olan, patrondaş da verdi. Əhəd onu da gürcü vətəndaşından aldığını bildirdi”.

    “Təxmini bildim ki, tüfəngi oğurlayıb”

    Mayıs Ağaməmmədov qeyd edib ki, bundan bir neçə gün sonra kənddə həmkəndlisi Akif Ağabalayevin evindən tüfəng oğurluğu olduğunu eşidib: “Akifin arvadı Əhədin əmisinin qızı olub. Əhədə Akifin evindən tüfəng oğurluğu olduğunu dedim, onluq olub-olmadığını soruşdum. Əhəd isə ona aidiyyəti olmadığını dedi, silahları oğurladığını söyləmədi. Lakin təxmini bildiyimə görə, Əhəd 3 ədəd tüfəngi Akifin evindən oğurlayıb”.

    “Məni maşına bağlayaraq sürüdülər”

    Mayıs Ağaməmmədov bildirib ki, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan əmisi Seyidağanın oğlu Səyyabın oğulları Sərxan, Orxan və Səfiyarın arvadları ərlərinə xəyanət edib, yəni ərləri işə gedəndə, evdə olmayanda, onlardan xəbərsiz, başqa oğlanlarla danışıb, görüşüb və cinsi əlaqədə olublar: “Onun gəlinlərinin pozğunluqları barədə danışdığım və bu söhbəti açdığım üçün martın 17-də əmim Daşqın məni bıçaqladı, Səyyabın oğulları Orxan, Sərxan, Siyavuş və Səfiyar məni “Vaz 2107″ markalı maşının arxa buferinə bağladılar və sürüdülər. Kənd camaatı yola yığıldı, kimsə təcili tibbi-yardım çağırdı və məni Quba rayon mərkəzi xəstəxanasına apardılar”.

    “Havaya atəş açdım”

    Təqsirləndirilən şəxs qeyd edib ki, xəstəxanadan evə buraxıldıqdan sonra martın 29-dan 30-a keçən gecə o, Əhədin ona saxlamaq üçün verdiyi qoşalülə ov tüfəngini və kanistrda benzini götürərək qisas almaq üçün Daşqının evinə gedib: “Kanistrdə olan benzini eyvanın ətrafına boşaltdım və üstümdə götürdüyüm kibritlə evə od vurdum. Həmin vaxt evin birinci mərtəbəsinin işıqları yandı və səs-küy gəlməyə başladı. “Ev yanır, ev yanır” deyə Yalçının səsini eşitdim, qaranlıqda səsləri gəldi, lakin onları görmədim. Dayandığım yerdən, yəni bağdan əlimdə silah olduğunu bilmələri və məni axtarmamaları üçün əlimdəki tüfənglə havaya bir neçə dəfə atəş açdım. Səs-küy olmasından istifadə edərək qonşu Pənahın həyətindən keçdim, gəldiyim yolla qaçaraq Daşqının həyət qapısından çıxdım və evimə tərəfə getdim”.

    Mayıs Ağaməmmədov qeyd edib ki, bir az sonra Quba rayon polis şöbəsinin əməkdaşları onun evinə gəlib, o, hadisə vaxtı istifadə etdiyi Əhədin ona verdiyi qoşalülə tüfəngi onlara verib: “Polislər mənə “bu silah oğurluqdur, səndə başqa silahlar da olmalıdır” dedi. Əhədin mənə verdiyi silahların və içində patronlar olan patrondaşın oğurluq olduğunu, Akif Agabalayevə məxsus olduğunu və Əhədin silahları Akifin evindən oğurladığını həmin vaxt bildim. Polis əmkdaşlarına yalandan tüfəngləri və patrondaşı Akifin evindən özümün oğurladığımı dedim. Əhədi pis vəziyyətdə qoymamaq üçün yalandan öz boynuma götürdüm. Bu hadisə ilə əlaqədar Şüvəlanda istintaq təcridxanasında həbsdə olarkən Əhədin qardaşı Rəsul Salahov mənimlə görüşdü, Əhədin törətdiyi cinayətdən yaxa qurtarması üçün cinayəti boynuma götürməyimi xahiş etdi. Bunun üçün mənə pul təklif etdi. Razılığımdan sonra Rəsul Salahov Tərlana 1800 manat pul verərək həmin pulu həyat yoldaşım Nərminə çatdırmasını tapşırdım. Tərlanın həyat yoldaşı Gülçin isə həmin 1800 manatdan həyat yoldaşım Nərminə 200 manat pul verdi”.

    “Oğurluğu tək törətmişəm”

    İbtidai istintaq zamanı dindirilmə zamanı isə Mayıs Ağaməmmədov fəqli ifadə verib. O bildirib ki, Akif Ağabalayev ilə qonşu məhəllədə yaşadığından onun evində vinçestr ov silahının və alt-üst qoşalüləli silahın olduğunu bilib: “2015-ci ilin dekabr ayının əvvəllərində Akifin evində heç kimin olmadığını, Akifin Rusiya Federasiyasına getdiyini bildiyimdən həmin silahları oğurlamaq qərarına gəldim. 2015-ci ilin dekabr ayının təxminən 7-10-u arası, saat 01-də yaşadığım evdən çıxaraq Akifin evinin qabağına getdim. Darvaza qapısının üstündən aşmaqla həyətə keçdim, həyətdən tüstü borusu vasitəsi ilə evin damına qalxdım. Damdakı nəfəsliyi açaraq içəri daxil oldum. Evə düşmək üçün evə giriş qapısını açdım. Damdakı taxtadan istifadə etməklə evə girdim. Evin ikinci mərtəbəsindəki otaqları axtarmağa başladım. Arxadan solda olan otağa daxil oldum, həmin otaqdan bir ədəd vinçestr və bir ədəd 12 kalibrli qoşalüləli ov tüfəngini götürdün, bir ədəd “TOZ-8” silahı evdə qaldı. İki ədəd silahı götürdükdən sonra evə daxil olduğum yerdən çıxaraq öz evimə getdim. Həmin silahları öz həyətimdə gizlətdim. Sonra yenidən Akifin evinə qayıtdım, eyni qaydada evə daxil oldum. Evdə qalmış “TOZ 8″ silahını və ov tüfənginə məxsus patronlarla dolu olan patrondaşı götürərək evimə apardım. Oğurluq hadisəsini tək törətmişəm, bu hadisədən nə ailə üzvlərimin və nə də qeyrilərinin məlumatı olmayıb”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıs Ağaməmmədov 9 il, Əhəd Salahov isə 5 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan Əhəd Salahov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə hökmdən apelyasiya şikayəti verməyib.

    Əhəd Salahovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb./Publika.az

  • С территории возле телебашни эвакуированы 80 семей

    В Баку с территории на Баиловском склоне (возле телебашни) эвакуированы 80 домов (семей), из них 39 семей – вынужденные переселенцы.

    Об этом сообщили из штаба Исполнительной власти Сабаильского района, созданного в связи с опасностью оползня в жилмассиве Баилово.

    В ИВ сообщили, что в связи с риском оползня создан спецштаб и осуществлены соответствующие мероприятия. 

    «Специалисты провели исследования на территории Баиловского склона, выявлено 67 домов, наиболее подверженных риску оползня. Уже с опасной территории эвакуировано большинство жителей. Для тех, кому негде оставаться, специально создано убежище, где сейчас размещены 42 человека. Там созданы все необходимые условия для них». 

    Также отмечается, что на территории, склонной к оползням, не ведутся какие-либо крупные строительные работы, и самые близкие к этому месту строения удалены от оползневой зоны на 5-6 километров.

    Разрешение на строительство этих объектов выдано после специальных исследований МЧС, МЭПР и других структур. Поэтому нельзя связывать оползни исключительно с ведением строительных работ. Сейчас нет оснований для беспокойства, и территория находится под контролем соответствующих структур.

  • Жительница Агсу повесилась из-за нищеты

    24 января в селе Илхыджы Агсуинского района 36-летняя Керимова Сабира Техран гызы повесилась в недостроенной постройке во дворе своего дома. В момент совершения самоубийства в доме находилась ее малолетняя дочь.

    Как сообщил сайту olke.az представитель исполнительной власти по селу Илхыджы-Гарагойунлу Азад Искандеров, Сабира Керимова повесилась из-за нищеты. «Семья была очень бедной, в момент суицида муж женщины пас скот. В этом году семья перестала получать социальную помощь. Незадолго до совершения суицида женщина поговорила со своей матерью и сказала, что устала от такой жизни. Оказалось, что несколько дней тому назад им отключили свет за долг в размере 280 манатов. Старший сын женщины учится в Баку в военном лицее им. Дж.Нахчыванского. Это была нормальная семья», — сказал он.

    В настоящее время расследуются причины суицида матери троих детей.

    По факту в прокуратуре Агсуинского района возбуждено уголовное дело по статье УК АР 125 (доведение до самоубийства).

  • В Баку у турецкого предпринимателя украли $110 000, €1000 и золото

    В Баку была ограблена квартира турецкого предпринимателя.

    Как передаёт Median.Az со ссылкой на apa.az, происшествие зарегистрировано в Сураханском районе столицы. В полицию обратился гражданин Турции Сельджук Махумд оглу Тапан, который сообщил, что 23 января в его квартиру путем взлома металлических решеток на окнах было совершено проникновение, и были похищены 110 тысяч долларов, 1000 евро и золотые изделия на 4000 манатов.

    По поступившей информации начато расследование.

    В настоящее время продолжаются оперативно-розыскные мероприятия, направленные на задержание преступника или преступной группы.

    Отметим, Сельджук Махумд оглу Тапан занимается в Баку предпринимательской деятельностью.

  • В России осудили азербайджанского бизнесмена

    В Рязанской области вынесен приговор директору ООО «Галактик» – гражданину Азербайджана, передаёт Median.Az со ссылкой на haqqin.az

    В октябре 2017 года с разрешения местных властей директор компании разместил в городе Сасово передвижной зоопарк. Рядом с ним он незаконно установил приобретённый при невыясненных обстоятельствах аттракцион-карусель. 11 октября при катании на карусели с неё упал автомобиль вместе с маленьким ребёнком, в результате чего мальчик получил телесные повреждения.

    Дело было рассмотрено судом в особом порядке, так как обвиняемый признал свою вину.

    С учётом всех обстоятельств произошедшего суд принял решение оштрафовать директора ООО на 150 тысяч рублей. Передвижной аттракцион конфискован.

    Приговор суда не вступил в законную силу и может быть обжалован.