Month: January 2018

  • В поселке Бузовна автомобиль скрылся, сбив пешехода

    Как сообщает Median.Az, примерно в 01 часов ночи в поселке Бузовна автомобиль неустановленной марки сбил жителя поселка Маштага Салима Зульфугарова и скрылся. Потерпевший был доставлен в клиническую больницу №3, где позже скончался. 

    В Хазарском РУП по факту ведется расследование.

  • В Баку родился ребенок весом 370 граммов. Семья не захотела, чтобы он жил – ВИДЕО

    В Баку родился ребенок весом 370 граммов.

    «Ребенок родился весом всего 370 граммов. Это был самый маленький недоношенный ребенок, которого я видел в жизни. Обычно таких детей помещают в кувез и подключают к аппарату искусственного дыхания. Хоть ребенок был 22-недельным, но он дышал сам. К сожалению, семья не захотела, чтобы он жил».

    Как передаёт Median.Az, об этом Qafqazinfo рассказал детский хирург и уролог Агиль Абилов.

    Доктор рассказал про здоровье матери ребенка:

    «У женщины произошел выкидыш. Никто не верил, что ребенок выживет. В ходе обследования выяснилось, что с ребенком все нормально, он мог бы выжить, если бы его поместили в кувез. Но это очень долгий процесс. Семья не захотела, чтобы он жил».

  • Bakıda çəkisi 370 qram olan uşaq doğuldu – Ailəsi istəmədi (VIDEO)

    “Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”. 

    Median.Az xəbər verir ki, bu sözləri Op. Dr. uşaq cərrahı və uroloqu Aqil Əbilov “Qafqazinfo”ya hadisəylə bağlı açıqlamasında deyib. 

    Həkim həmçinin körpənin anasının səhhətindən də danışıb: 

    “Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir. O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə ailə yaşamasını istəmədi. 

    Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu payıaşımlarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”. 

  • Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

    Ailə qurduqdan sonra uzun müddətdir Türkiyədə yaşayan bəzi azərbaycanlıları narahat edən bir məsələ var. Evlilik səbəbi ilə Türkiyə pasportu alan bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı?

    Bununla baglı Azərbaycanda müvafiq qanun qəbul edilsə də, xaricdəki səfilik və konsulluqlarımız oradakı soydaşlarımızı tam bilgiləndirmir. 

    Median.Az xəbər verir ki, modern.az sayta olan məsələ ilə bağlı müraciətləri nəzərə alaraq, kiçik bir araşdırma aparıb. Türkiyədə yaşayan Seda Akgül (adı xanımın istəyinə əsasan şərtidir-red.) bildirir ki, o, Türkiyədə vətəndaşıq aldıqdan sonra Bakıdakı ailəsinə Agır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müstəntiqi tərəfindən bildiriş gəlib. Xanım Türkiyə vətəndaşlığını qəbul edib, Azərbaycan hökumətinə bununla bağlı gec xəbər verdiyi üçün 3000-5000 manat arasında cərimə olunacaq. Cərimə ödənməzsə, iş məhkəməyə çıxarılacaq. Məhkəmədən sonra inzibati əsaslarla cəzalandırılacaq. 

    Araşdırmalar göstərir ki, qanundan tam xəbərdar olmayan azərbaycanlılara müxtəlif orqanlardan fəqrli cavablar verilir. Hətta bu insanların axtarışa veriləcəyi, cərimənin iki qata çıxarılacağı ilə bağlı məlumat alan həmyerlilərimiz nə edəcəklərini tam bilmirlər. 

    Millət vəkili Qənirə Paşayeva bu məsələ ilə baglı narahat edən məqama aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə baglı qanunun 10-cu maddəsinin 2-ci hissəsində bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu yaşadıqları ölkədəki Azərbaycan səfirliyi və konsulluqları, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti ola bilər. Bu məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 

    Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı araşdırmanı Daxili İşlər Nazirliyi aparır. Vətəndaşlara göndərilən bildirişlərdə 3000-5000 manat cərimənin nəzərdə tutulduğu doğrudur. Əgər bu məbləğ ödənməzsə, iş məhkəməyə çıxarılır və məlumatı verməyən şəxs inzibati qaydada cəzalandırılır. Məsələn, cərimə olunan şəxs işlə təmin edilir və ayıq əmək haqqı cərimə olaraq ödənir. Həmin iş şəxsin vətəndaşlıq aldıgı ölkədə deyil, Azərbaycanda verilir. Eyni zamanda verilən işi dövlət strukturu müəyyənləşdirir. 

    Milli Məclisin Hüquq siyasəti və dövlıt quruculuğu komitəsinin sədri Əli Hüseynli da deyir ki, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız vətəndaşlıq dəyişildiyi zaman bununla bağlı rəsmi məlumat verməlidir. 

    Azərbaycan Konstitusiyasına vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi aydın şəkildə göstərilmədiyindən bəziləri bu məsələdə çaşqınlıq yaşayır. Onların qənatinə görə, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedirsə, probleməı necə yanaşılamaldır?

    Əli Hüseyinli deyir ki, əlavə və dəyişiklikliklər vətəndaşlıgın itrilməsi mexanizmini tənzimləyir. 

    Deputatın sözlərinə görə, qanunun geriyə qüvvəsi yoxdur. Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, 2014-cü ilədək xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil edilmir.

    “Qanunun 10-cu maddəsinin 1-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər ( 2014-cü il) xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur”.

  • Erməni müğənni “Maral” mahnısını oxudu, Nadir əsəbiləşdi : “Dana girsin, gözünə” – VİDEO

    Erməni müğənni Artur Mejlumyan azərbaycanlı müğənninin mahnısını ifa edib. 

    Baku.ws-in məlumatına görə, erməni ifaçı Nadir Qafarzadənin “Maral” mahnısını erməni dilinə tərcümə edib.

    Məclislərdən birində həmin mahnını oxuyan müğənni daha sonra videosunu şəxsi Instagram hesabında paylaşıb. 

    Video erməni səhifələrində sürətlə yayılıb və böyük marağa səbəb olub. Azərbaycan mədəniyyətindən daim bəhrələnən ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq musiqimizi olduğu kimi götürüb. Daha çox türk, Azərbaycan və gürcü incəsənəti əsasında formalaşan erməni incəsənəti daha bir musiqi “qazanıb”. 

    Nadir Qafarzadə də Instagram-da həmin videonu paylaşıb və bunları yazıb: “Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların! Dana girsin, gözünə”.

  • Sürücülərin diqqətinə — Yollarda 421 yeni radar quraşdırılıb

    Ötən il respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.

    Baku.ws-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

    R.Zeynalov bildirib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

    İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş İdarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.

  • Elgiz müğənnini efirdə biabır etdi: “Az, bütün hamısı bayırdadır” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub.

    Efirə açıq-saçıq və qısa geyimdə gələn sənətçi aparıcı Elgiz Əkbər tərəfindən tənqid olunub:

    “Vallah, qıraqdan baxanda lap utandım. Az, bütün hamısı bayırdadır”.

    Müğənni isə cavabında, “Mən özümü belə rahat hiss edirəm. Çünki həm oynamaq da rahatdır” deyib./baku.ws

    Həmin görüntüləri təqdim edirik:

  • Hamı bu azərbaycanlı qızın videosundan danışır – VİDEO

    Sosial şəbəkədə gənc qızın rəqsi böyük səs-küyə səbəb olub. 

    Baku.ws-in məlumatına görə, Instagram-da qısa zamanda minlərlə insanın izləyidiyi video böyük marağa səbəb olub. 

    Kadrlarda gənc xanım avtomobilin qarşısında, küçənin ortasında rəqs edib. Bu görüntü ətrafdakı insanların da diqqətini cəlb edib. 

    Həmin görüntüləri təqdim edirik: 

  • Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik – FOTO

    Min bir əziyyətlə kredit götürüb ev tikmişik. İndi isə deyirlər, evindən çıx, çünki sürüşmə ola bilər. 

    Bunu oxu.az-a Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında), sürüşmə sahəsində yaşayan sakinlər bildiriblər.
    Onların sözlərinə görə, ərazidəki tikililərin çoxunun sənədi yoxdur:

    “Tikinti başlayanda müvafiq olaraq İcra Hakimiyyətindən, Mənzil Kommunal və Texniki Xidmət Sahələri və polisdən icazə almışıq. Burada daşı daş üstündə qoyanda dövlət nümayəndələri peyda olur. İndi isə deyirlər, gizli tikmisən, bu necə olur?!”

    Sakinlər qeyd ediblər ki, icra nümayəndələri onlarla görüşüb, lakin evlərlə bağlı dəqiq söz deyilməyib.

    Kompensasiya məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, bu mövzu ilə əlaqədar onların suallarına cavab verilmir:

    “Deyirlər ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir, müvafiq danışıqlar aparılır. Biz buradan heç yerə köçən deyilik, hazırkı vəziyyətimizi suriyalılarla müqayisə etmək olar. Evimizə köçməyənə qədər odun ətrafında yığışacağıq”.

    Təhlükəsizlik tədbirləri ilə əlaqədar, əraziyə qaz, su və işığın verilişi sayandırılıb.








  • “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

    Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

    Oxu.az-ın xəbərinə görə,  əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib. 

    O, bildirib ki, bu sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb. V. Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

    Məlumat dinlənildikdən sonra müzakirələr başlayıb. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. “Ələt azad iqtisadi zonası haqqında” mükəmməl qanun layihəsi hazırladığına görə İşçi qrupun rəhbərinə və qrup üzvlərinə təşəkkürlərini bildiriblər.
    MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

    MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  öz növbəsində son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

    MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov da azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

    Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Nəbizadə, Cavid Qurbanov, Tahir Kərimli, İlham Əliyev, Çingiz Qənizadə, Şəmsəddin Hacıyev, Rafael Cəbrayılov, Əsabil Qasımov dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri diqqətə çatdırıblar. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunmasının vacibliyini qeyd ediblər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışıblar. Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.
    Müzakirələrdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə MM-in müzakirəsinə tövsiyə olunub.