Month: March 2018

  • Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

    Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

    Median.az “The Daily Mail”ə istinadən xəbər verir ki, Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

    Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

    Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

    Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

    Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

    Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.

  • Məktəblilərin tətili başladı

    Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

    Təhsil Nazirliyindən verilən məlumata görə, bayramdan əvvəlki dərs günlərində hər hansı dəyişiklik olmayacaq: “Belə ki, bütün ümumtəhsil məktəblərində mart ayının 19-u dərs günüdür. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq”.

  • Клинтон упала в мечети и получила травму в ванной

    Бывший госсекретарь США и экс-кандидат в президенты Хиллари Клинтон получила перелом во время визита в Индию.

    Об этом сообщает Median.az со ссылкой на портал DNA.

    По его данным, сначала 70-летняя Клинтон два раза поскользнулась во дворце Джахаз Махал в городе Манду (штат Мадхья-Прадеш). Это произошло, когда она спускалась по лестнице мечети. Политик практически упала на спину, но ее успели подхватить.

    В итоге женщина сняла обувь, чтобы спокойно сойти по лестнице.

    На следующий день Клинтон поскользнулась в ванной, после чего у нее начало болеть запястье. Врачи оказали ей первую помощь, часть программы политика отменили.

    Однако затем боль усилилась, в итоге Клинтон в пять утра отвезли в больницу уже в Джодхпуре (штат Раджастхан), где сделали рентген и компьютерную томографию. Выяснилось, что у нее микротрещина. Доктора прописали ей отдых и ношение повязки.

  • Keçmiş dövlət katibi hamamda yıxıldı – Biləyi sındı

    ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun biləyi sınıb.
    Median.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda səfərdə olan Klinton qaldığı otelin hamamında yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə keçdikdən sonra əlinə sarğı qoyulub.

    Hazırda Klintonun özünü yaxşı hiss etdiyi bildirilir.

  • Sərxoş sürücü maşını kanala aşırtdı

    Zərdab rayonunda yol qəzası baş verib.

    Median.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində, H.Zərdabi adına parkın yanından keçən biristiqamətli yolda qeydə alınıb.

    Belə ki, rayon sakini Bəhruz Qocayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətsiz vəziyyətdə olan rayon sakini Ceyhun Abdullayevə məxsus “Hyundai” markalı maşını vurub. “Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb və nəticədə avtomobilə 7 000 manat zərər dəydiyi müəyyən olunub. Hadisəni törədən B.Qocayevin qəza zamanı içkili olduğu bildirilir. Nəticədə onun maşınını sığortaladığı şirkət, hətta digər sürücü zərərçəkənin tələblərini yerinə yetirməkdən imtina edir.

  • FHN 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
    Median.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunub. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Təhsil Nazirliyinə pul ayrıldı — 4 milyona yaxın

    Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncama əsasən, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

    Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin. Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Stüardessa təyyarədən yıxılıb öldü

    “Emirates” aviaşirkətinin stüardessası təyyarənin qəza lyukundan yıxılıb.

    Median.az Trend-ə istinadən bildirir ki, hadisə Uqandanın Entebbe hava limanında baş verib.

    Qeyd olunur ki, təyyarə uçuşa hazırlaşan zaman lyukun qapısı naməlum səbəbdən açılıb. Hadisə nəticəsində stüardessa ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadın, orada həyatını itirib.

    Qapının hansı səbəblərdən açılması ilə bağlı araşdırma aparılır.

  • Немецкий министр: Ислам – чужд для Германии – ОБНОВЛЕНО

    В новом правительстве Германии произошла первая полемика, поводом к которой стали высказывания главы МВД Хорст Зеехофера по вопросам ислама.

    Об этом сообщает Median.az со ссылкой на The Local.

    Зеегофер заявил, что ислам не является частью немецкой культуры, однако отметил, что люди, исповедующие ислам, конечно, является частью Германии.

    Канцлер Ангела Меркель быстро возразила своему министру и сказала, что, несмотря на иудейско-христианские корни Германии, сегодня в стране проживают более четырех миллионов мусульман.

    «Эти мусульмане являются частью Германии, а вместе с ними их религия, ислам – это такая же часть Германии», – сказала она журналистам после переговоров с премьер-министром Швеции Стефаном Левен.

    20:43

    Новый министр внутренних дел Германии Хорст Зеехофер не считает ислам частью Германии.

    Как передает Median.az, об этом он заявил в интервью газете Bild.

    Политик отметил, что Германия сформировалась под влиянием христианства, частью которого являются выходные дни и церковные праздники, такие как Пасха, Троица и Рождество.

    При этом Зеехофер подчеркнул, что проживающие в стране мусульмане, «естественно, являются частью Германии». «Однако это не означает, что мы должны отказываться от собственных традиций из-за фальшиво понятой тактичности», — указал он.

    Заявление главы МВД идет вразрез со словами канцлера Германии Ангелы Меркель, неоднократно утверждавшей, что ислам является частью ФРГ. На высказывание Зеехофера отреагировал официальный представитель немецкого правительства Штеффен Зайберт.

    Он заявил, что хотя исторически большее влияние оказали христианская и иудейская традиции, не стоит забывать о живущих в стране 8 миллионах мусульман.

  • Qız evli kişi ilə birlikdə intihar etdi – “Gün gələr sən peşman, mən xoşbəxt olaram” – FOTO

    Türkiyədə intihar hadisəsi qeydə alınıb.

    Median.az Haberler-ə istinadla xəbər verir ki, gizli münasibətləri olan ikili çaya atlayaraq canlarına qəsd ediblər.

    Samsunun Bafra mahalında yaşayan Belgin Şahin evli, bir uşağı olan sevgilisi Osman Ertekin ilə birlikdə körpüdən Kızılırmak çayına tullanıblar.

    Qızın cəsədi tapılıb.

    Onların qovuşa bilməyəcəklərinə görə intihar etdikləri deyilir.

    Qeyd edək ki, hadisədən sonra Osmanın həyat yoldaşı sosial şəbəkədə “Gün gələr sən peşman, mən xoşbəxt olaram” sözlərini yazıb.