Month: March 2018

  • ABŞ prezidentinin oğlu boşandı

    ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp boşanıb.
    Median.az xəbər verir ki, oğul Donald 13 illik arvadı Vanessa Tramp tərəfindən məhkəməyə verilib. Cütlük ilk prosesdəcə boşanıb.

    13 illik cütlük birlikdə verdikləri açıqlamada yollarını ayırmaq qərarına gəldiklərini bildiriblər:
    “Bir-birimizə və ailələrimizə hər zaman hörmətlə yanaşacağıq”.
    Ehtimal edilir ki, oğul Donaldın həm siyasətdə, həm də şirkətlərdə aktiv fəaliyyəti və arvadını tək buraxması boşanmaya əsas səbəblərdən biridir.

  • Ramil Usubovdan ƏMR: Bu polis bölmələri şöbə oldu

    Bakının yeddi polis bölməsinə şöbə statusu verilib.
    Median.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

    Şöbə statusu alan polis bölmələri aşağıdakılardır:

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi

    Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi

    Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi

    Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi

    Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi.

  • Avtobusda həyəcanlı anlar – Sürücü sükan arxasında öldü

    Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb.

    Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Pensiyaçılara bayram müjdəsi

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzVision.az-a bildirib ki, xalqımızın əziz bayramı olan Novruz bayramının yaxınlaşması ilə əlaqədar pensiyaçıların maraqları nəzərə alınmaqla və onların sosial müdafiəsində növbəti tədbir kimi, bütün ölkə üzrə pensiyaların bayrama qədərki günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb.

    O, qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297,0 milyon manat vəsait köçürülüb.

    E.Babayev bildirib ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir. Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

  • Prezidentin saytı yeni dizaynda

    Azərbaycanın dövlət başçısının rəsmi saytı olan president.az yeni dizayn və genişlənmiş məzmunla oxucuların ixtiyarına verilib.

    Sayt müasir veb-dizayn trendinə uyğun olaraq, sadə, zövqlü, eyni zamanda maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizaynda iri şriftlərdən istifadə olunması lazımi materialların asanlıqla gözə çarpmasına imkan yaradır.

    Hazırda internet istifadəçilərinin mobil qurğulardan çox istifadə etdiyi nəzərə alınaraq, prezidentin saytının smartfonlar üçün də mobil (adaptiv) versiyası yaradılıb. Bu, sayta smartfonlardan girənlərin rahat şəkildə materiallarla tanış olmasını təmin edir.

    Dizayndan əlavə, saytın məzmununda da yeniliklər var. Prezidentin tvitləri sayta yerləşdirib, yeni fotolar əlavə olunub, Qarabağ danışıqlarıının tarixi ilə bağlı geniş materiallar qoyulub. Köhnə versiyadan qalan ənənəvi imkanlar (Prezidentə məktub yazmaq, qəbula yazılmaq və s.) daha rahat şəkildə və gözəl dizaynla istifadəçilərə təqdim olunub.

    Sosial şəbəkələrin populyarlığı nəzərə alınaraq, sayt prezidentin bütün sosial şəbəkə hesabları ilə (facebook, twitter, instagram, youtube) tam inteqrasiya edilib. Həmçinin digər dövlət orqanlarının saytlarına keçidlər qoyulub ki, istifadəçi asanlıqla özünə lazım olan bütün məlumatları əldə edə bilsin. Saytda yerləşdirilən F.A.Q. (tez-tez soruşulan suallar) bölməsi də həmçinin bu məqsədə xidmət edir.

    Nəticə: Prezidentin rəsmi saytının yenilənmiş versiyası həm müasir veb-dizayn gözəlliyinə malikdir, həm də vətəndaşlara imkan verir ki, dövlət başçısınnı fəaliyyəti haqqında məlumatları daha rahat, asan və dolğun şəkildə əldə edə bilsinlər.

  • Dilarə Əliyeva: “Qızımı görənlər şoka düşür”

    Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva ailəsi ilə bağlı səmimi etiraflar edib.

    Yenicag.az-a açıqlama verən aktrisa qızının şəxsi həyatına müdaxilə etməyəcəyini bildirib:

    “Mən 17 yaşında, gözüm açılmadan ərə getdim. Heç tay-tuşlarım kimi gənclik yaşamadım. Buna görə də istəyirəm ki, qızım məndən fərqli olaraq, gənclik illərini doya-doya yaşasın, sonra ailə qursun”.

    Aktrisa qızı ilə dost olduğunu deyib:

    “Bizim aramızda dost münasibətləri var, o mənə “ana” yox, “Dilarə” deyə, müraciət edir. Ailəmizdəki qayda-qanunlara o da riayət edir. İllərdir ki, gündəlik planlarım, gedib-gəldiyim yerlər barədə Oqtaya məlumat verirəm. Qızım da mənim kimidir: hara gedib-gəlirsə, atasına deyir. Son 3 ildə ənənəvi olaraq hər bazar günü kinoya baxmağa gedirik. Onu da deyim ki, qızımı Qala gecələrinə güclə aparırıq, həmişə də fotokameralardan qaçır. Reklam olunmağı heç sevmir. Qızımı görənlər şoka düşür. Hamı heyrətlə deyir ki, “yəni sənin belə qızın varmış, heç görməmişdik”.

    Qeyd edək ki, məşhur cütlüyün iki qızı var. Evin ilki olan Aytən 23 yaşındadır.

  • Xərçəng olmaq istəmirsinizsə, gündə 6 ədəd qızardıb yeyin – DİQQƏT

    İllərdir sarımsaq alternativ tibb üsulu kimi istifadə edilir. Sarımsağın faydaları saymaqla bitmir.

    Median.az xarici KİV-ə istinadən xəbər verir ki, gündə 6 ədəd közlənmiş və ya qızardılmış sarımsaq yediyiniz zaman orqanizmdə dəyişikliklər meydana gəlir.
    İlk saat

    Bədən sarımsağı həzm etməyə başlayır.

    2-4 saat ərzində

    Həzm olunan sarımsaq xərçəng hüceyrələrini yox etməyə başlayır.

    4-6 saat

    Maddələr mübadiləsi sürətlənir. Bədəndə yığılan yağlar atılır.

    6-7 saat

    Sarımsağın antibakteriyal xüsusiyyəti bədənə yayılır və qan dövranını sürətləndirir. Sarımsaq bakteriyalarla mübarizəyə başlayır.

    7-10 saat

    Sarımsaqdakı qidalar bədəni oksidləşmədən qoruyur.

    10-24 saat ərzində

    Sarımsaq xolestrolu nizamlayır, damarları təmizləyir və ürək-damar problemlərinə qarşı qoruyur. Sümükləri bərkidir, yorğunluğun qarşısını alır.

  • Evdən qaçan 16 yaşlı qız tapıldı – “Bir qadının…”

    Evdən qaçan 16 yaşlı qız tapıldı – “Bir qadının…”

    Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.

    Median.az xəbər verir ki, bu barədə AzNews.az-a itkin düşən qızın atası Elşən Əliyev deyib. Onun sözlərinə görə, Kəklik Əliyeva Nərimanov rayonu ərazisində bir qadının yanında olub:

    “Kəklik 5 nomrəli litseydə təhsil alır. Son vaxtlar dərsdən evə gec gəlirdi. Anası da onu buna görə danlayırdı. Beləcə, mübahisə düşüb, Kəklik də evdən gedib. O, Nərimanov rayonunda bir qadının salonunda işə girib. Hazırda polis şöbəsindəyik, Kəklik ifadə verir”.

    Qeyd edək ki, Bakıda 16 yaşlı qız itkin düşməsi xəbəri yayılıb. Kəklik Elşən qızı Əliyeva martın 4-də anası ilə mübahisə etdikdən sonra Biləcəri qəsəbəsində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

  • 18+ VİDEOsu yayılan “gəlin”i evə salıb döydülər – Məndən istifadə etdin – VİDEO

    Seda Sayan və Uğur Arslanın təqdimatında yayımlanan izdivac proqramı ilə məşhurlaşan gəlin namizəd Solmaz ailə quracağı deyilən Kaandan polisə şikayət edib.

    Median.az Haberler-ə istinadən xəbər verir ki, Türkiyədə Radio və Televiziya Şurası tərəfindən yayımı qadağan edilən izdivac proqramları ilə məşhurlaşan Solmaz ona məxsus əşyaların Kaan tərəfindən satıldığını iddia edib.

    Bəy namizəd barəsində şikayət edən Solmaz sosial şəbəkədə etdiyi canlı yayımda evlənəcəyi deyilən Kaanın ünvanına ağır sözlər işlədib.

    Kaanın onu döydüyünü və aldadıldığını deyə Solmaz sözlərinə belə davam edib: “Məni döydün, məni aldatdın. Fotoları hər kəs gördü. Psixologiyamı pozdun. Məni kölə kimi evdə saxladın. Sənin də bacın, anan var. Məni aldatdın, məndən istifadə etdin”.

    Xatırladaq ki, bir neçə ay öncə Solmazın saytlarda qız tanışı ilə 18+ hərəkətlərini əks etdirən videosu yayılmışdı.

  • Азербайджан объявил Гасанова в международный розыск

    В Азербайджане объявили в международный розыск Рамина Гасанова, обвиняемого в совершении тяжких преступлений, сообщает сайт Интерпола.

    Согласно информации, 32-летний Рамин Гасанов обвиняется по статьям 120.2.1 (умышленное убийство, совершенное группой лиц, группой лиц по предварительному сговору, организованной группой или преступным сообществом), 120.2.2 (умышленное убийство, совершенное из хулиганских побуждений), 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии, а равно сопряженное с похищением человека либо захватом заложника) УК Азербайджана.

    Так как Р.Гасанов сбежал от ответственности за пределы Азербайджана, он был объявлен в розыск. В Интерпол подано обращение в связи с его задержанием.

    В настоящее время проводятся оперативно-розыскные мероприятия для его задержания.