Month: March 2018

  • Əhalinin nəzərinə: bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

    59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) Qaynarinfo-ya verilən məlumata görə, 59 nömrəli müntəzəm marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib.

    “Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (“28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava-metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək”, – deyə BNA-nın yaydığı məlumatda bildirilir.

    Bundan başqa, sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində, 108 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək: “Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla, “108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi  “Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək”.

    Həmçinin vətəndaş müraciətlərinə əsasən, 159 nömrəli müntəzəm marşrutun (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib.

    “Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçəsləri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək  üçün uzun məsafəni piyada qət etməli olurlar Hər üç marşrut xətti üzrə nəzərdə tutulan dəyişikliklər 21 mart tarixinədək tətbiq ediləcək”, – deyə BNA-nın yaydığı məlumatda bildirilir.

  • 6 yaşlı uşağın “Ana, mən hamilə qala bilərəm?” sualı cinayətin üstünü açdı

    Türkiyənin Eskişehir şəhərində lisey şagirdi Selçuk K. (18) 6 yaşlı oğlan uşağını zorlayıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, tükürpədən hadisə çarəsiz uşağın “Ana, mən hamilə qala bilərəm?” sualı ilə ortaya çıxıb.
     
    Şübhəli şagird 12 il azadlıqdan məhrum edilib.

  • Йылдырым встретился с ветераном Карабахской войны

    Премьер-министр Турции Бинали Йылдырым встретился с ветераном Карабахской войны старшим лейтенантом Вооруженных сил Азербайджана Кямилем Мусави, лишившимся ноги и глаза во время боевых действий в Карабахе, сообщает Анадолу.

    На встрече Мусави заявил, что, несмотря на полученные ранения в бою с армянами, он готов отправиться в Африн и поддержать турецких военнослужащих – участников антитеррористической операции «Оливковая ветвь».

    Турецкий премьер дал высокую оценку видеоролику, подготовленному азербайджанским офицером в поддержку операции “Оливковая ветвь”.

    «Настанет день, когда и Карабах будет освобожден от террористов. Я уверен в этом!» – сказал Йылдырым.

  • Обнаружена новая опасность употребления алкоголя

    Выпившие люди не могут полностью контролировать свое поведение, хотя им кажется обратное. Об этом свидетельствуют результаты исследования, проведенного учеными американского Университета штата Калифорния в Сан-Диего. Выводы опубликованы в журнале PLOS ONE.

    Ученые выбрали для эксперимента 18 добровольцев. Им было предложено указывать цвет появляющегося в центре экрана квадрата. При этом они должны были игнорировать два квадрата, которые появлялись раньше по бокам экрана.

    Эксперимент показал, что после употребления алкоголя люди чаще ошибались и указывали цвет боковых квадратов.

    Исследователи с помощью специальной аппаратуры проанализировали импульсы, которые исходили от мозга. Выяснилось, что при алкогольном опьянении мозг человека совершенно верно воспринимает ситуацию. Но при этом нарушается способность действовать правильно. То есть испытуемые понимали, какой цвет у центрального квадрата, но не могли выбрать его среди других.

    Ученые говорят, что эта особенность человеческого мозга особенно опасна при вождении автомобиля в нетрезвом виде./lenta.ru

  • Ramil Usubov seçkilərlə bağlı tapşırıqlar verib – FOTO

    Daxili İşlər Nazirliyində (DİN) “Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr”ə və “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.

    Nazir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb.

    O, bu il aprelin 11-də – səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

    Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.

    Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyatı baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

    Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır. Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11.000 ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb.

    Həmçinin bu il fevralın 15-də “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə kurator nazir müavini tərəfindən seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.


  • Прокурор попросил 9 лет 6 месяцев для мужчины, ранившего ножом в ресторане двух человек

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное заседание по уголовному делу в отношении Салеха Шахвердиева, обвиняемого по статье 126.2.4 (умышленное причинение тяжкого вреда здоровью, совершенное общеопасным способом или из хулиганских побжудений) и 221.3 (хулиганство, совершенное с применением оружия или предметов, используемых в качестве оружия) УК Азербайджана.

    Как сообщает Median.Az, 10-го октября прошлого года Салех Шахвердиев в нетрезвом состоянии в руках с бутылкой коньяка пришел в ресторан “Köz Dönər”, расположенный вблизи станции метро “28 мая”. Официант Фарид Агаев подойдя к нему сказал, что в данном заведении не разрешается распитие спиртных напитков. Поэтому между ними возник спор, вследствии чего Салех ударил официанта бутылкой по голове и нанес один ножевой удар другому работнику Гадиру Мамедову. При попытке к бегству он столкнулся с клиентом Алы Алыевым и нанес два удара ножом ему.

    На сегодняшнем заседании гособвинитель попросил назначить обвиняемому 9 лет 6 месяцев лишения свободы.

    Очередной процесс назначен на 28 марта.

  • Validə alt paltarında kamera qarşısına keçdi – VİDEO

    Keçmiş model Validə Abbasova bir neçə günlük Bakıya qayıdıb.

    Axşam.az-ın məlumatına görə, “Miss millenium” gözəli fotosessiya etdirib.

    O, çəkiliş zamanı lentə alınan videosunu İnstaqram səhifəsində paylaşıb. V.Abbasova videoda alt paltarında görünüb. Görüntüdə müğənni Nigar Camal da yer alıb.

    Qeyd edək ki, Validə uzun illərdir İsveçrədə yaşayır.

  • Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”? – FOTO

    Bir müddət əvvəl paytaxtın Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxananın sakinlərinin vəziyyəti haqqında yazı hazırlamışdıq. Yataqxanada 112 məcburi köçkün və qaçqın, şəhid ailəsinin yaşadığını qeyd etmişdik.

    Sakinlərin dediyinə görə, 2 dəfə – 2014 və 2016-cı illərdə bina qəzalı elan edilib. 2017-ci ildə isə, Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılıb.

    Artıq 10 günə yaxındır ki, həmin ünvandakı sakinlər köçürülür və onlara kompensasiya ödənilir.

    Sakinlər sputnik.az-a bildiriblər ki, bina qəzalı vəziyyətdə olduğuna görə, onun sökülməsinə qərar verilib və oradan köçürülən ailələrə kompensasiya ödənilib.

    Bununla yanaşı, yataqxanada məskunlaşmış 112 ailədən 27-nə kompensasiya verilməyib. Nədənsə, Nizami Rayon İcra Hakimiyyətində (RİH) hesab edirlər ki, həmin ailələr heç vaxt burada yaşamayıb.

    Bina sakini Ərkinaz Ağayeva deyir ki, yataqxanada 112 otaq var və onlardan 54-ü qaçqın ailələrinə aiddir: “Qalanı “kupça”lı otaqlardır. Bəli, burada özünə əlavə otaqlar düzəldənlər də var. Onların hamısına pul verilib, çıxarılıb. Amma 54 məcbur köçkün ailəsindən 27-nə kompensasiya verilir, digər 27 ailəyə isə nə ev, nə də pul verilir. Halbuki, onların otaqları nömrəlidir”.

    “Bunu Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri də yoxlayıblar. Gəliblər, qeydiyyat aparıblar, guya araşdırıblar ki, kim burada yaşayır, kim yaşamır. Burada yaşayan insanları çıxarıb, çölə tökmək istəyirlər” — Ə.Ağayeva bildirir.

    Fizuli rayon köçkünü Sona Sadıqova 1993-cü ildən bu binada yaşadığını diqqətə çatdırır: “Amma bu gün Nizami Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, “sən bu binada yaşamamısan”. Necə olur, illərlə MİS mənə arayış verib, ünvanım bura olub. 5 nömrəli otaqda yaşamışam. İndi deyirlər ki, “yox, sən bu binanın sakini deyilsən”.

    Sakinlərin binadan çıxarılması prosesində Nizami RİH-in adını çəkməyən bir əməkdaşı da vardı. Məsələ ilə bağlı onun fikirlərini öyrənmək istəsək də, heç bir açıqlama vermədi. Bundan əlavə, Nizami RİH-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. İstənilən halda, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.


  • Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ

    2018-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 mln. manata yüksəlib.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33 faiz artaraq 305,1 mln. manata çatıb.

    Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur.

    Mart ayının birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz çoxalaraq 109,0 milyon manat olub.

    Bildirilir ki, qeyd olunan artım dinamikası 2018-ci ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtlı-vaxtında həyata keçirməyə imkan yaradacaqdır.

    Onu da bildirək ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir.

    Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

  • Türkiyəli deputat Bakı Forumunda infarkt keçirdi

    Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın xəbərinə görə, Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya açıqlamasında deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib:

    “İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb.

    Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.

    Qeyd edək ki, E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.