Month: March 2018

  • Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

    Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 107 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

    Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

  • Küçədə qıza söz atan cərimələnəcək

    Sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkirlər

    Küçədə kiməsə söz atan şəxslər cərimələnəcək. Fransa hökuməti bunu etməyə hazırlaşır. Əgər qərar qəbul edilsə, küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək. Sputnik Azərbaycan ABC-yə istinadən xəbər verir ki, məlumatı hökumət təmsilçisi Benjamen Qrevo paylaşıb.

    O, sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkdiyini deyib. “Avtobuslardan, metrolardan istifadə edən, həmçinin piyada hərəkət edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qalırlar. Onlar özləri bunu etiraf edirlər. Belə bir qanun mütləq qəbul edilməlidir” — Qrevo bildirib.

  • Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı

    “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb.

    Yerli KİV N.Canıyevin işdən azad olunduğunu yazsa da, Dövlət Gömrük Komitəsinin onun vəzifəsindən azad olunması barədə rəsmi açıqlaması olmamışdı. Onun İstanbulda saxlanarkən video görüntülərinin yayılması, həbsdə olması, bəraət alması haqda komitənin hər hansı münasibətinə, şərhinə rast gəlinməyib. Gələn xəbərlərə görə, polkovnik Canıyev bəraət aldığı üçün vəzifəsinin başına qayıda bilib. Onun Azərbaycandakı biznesində, tikinti işlərində də canlanma yaranıb.

    Qeyd edək ki, N.Canıyev nüfuzlu kriminal avtoritet, İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır. İstanbul prokurorluğunun rəsmi ittihamında qeyd olunurdu ki, N.Səlifova sui-qəsd planlaşdıran Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasportla gəzən “qanuni oğru” Hacı Beyləqanskinin də daxil olduğu dəstəyə N.Canıyev rəhbərlik edib. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş gömrük polkovniki məhkəmə qərarı ilə bəraət alaraq Azərbaycana dönüb.

  • Polis “Xəzər” TV-nin əməkdaşını tutub

    “Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub. “Report”un Cənub bürosunun xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

    Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

    M.Qafarovanın yaxın qohumu “Report”a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: “Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.

  • XİN başçısı: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir”

    “Azərbaycan hökuməti ölkədə biznes mühitini inkişaf etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan bir sıra beynəlaxalq layihələrdə yaxından iştirak edir”.

    “Report”un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

    E.Məmmədyarov qeyd edib ki, Bakı-Tiblisi-Qars Dəmir Yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, digər ölkələr üçün də önəmli layihədir.

    Nazir vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir, bu istiqamətdə müzakirələr gedir.

    Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi Helsinki Yekun Aktı əsasında həll edilməlidir. O bunun vacibliyini vurğulayıb.

  • SIPRI: Azərbaycan silah idxalına görə dünyada 27-ci yeri tutub

    Azərbaycan 2016-2017-ci illərdə silah idxalına görə dünyada 27-ci yeri tutub.

    “Report” xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) hesabatında göstərilir.

    Hesabata əsasən, Azərbaycan iki il ərzində 551 milyon ABŞ dollar dəyərində silah alıb.

    Xatırladaq ki, Azərbaycan bu dövrdə İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd “Orbiter” PUA, 215 ədəd “Spike-NLOS” tank əleyhinə raket idxal edib.

    Bununla yanaşı, Azərbaycan Çexiyadan 10 ədəd “RM-70” 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS) alıb.

    Azərbaycan göstərilən dövrdə Rusiyadan 36 ədəd “TOS-1” ağır odsaçan artilleriya sistemi, 40 ədəd “BTR-82A” zirehli nəqliyyat vasitəsi, eləcə də 800 ədəd “Xrizantema” özü hərəkət edən tank əleyhinə raket kompleksi idxal edib. Slovakiyadan isə 18 ədəd 152 mm-lik “Dana” özü hərəkət edən top-haubitsa satın alınıb.

    Öz növbəsində, Ermənistan göstərilən dövrdə 124 milyon ABŞ dolları məbləğində silah ixrac etməklə bu reytinqdə 54-cü yeri tutub.

    Hərbi məhsulların ən böyük ixracatçılarının reytinqinə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin başçılıq edib. Onlar 2013-2017-ci illərdə dünya silah ixracının 74%-ni təmin ediblər.

  • “WhatsApp” messenceri mesajı silmək funksiyasını dəyişib

    “WhatsApp” messencerinin yaradıcıları mesajların silinməsi fuksiyasını təkmilləşdiriblər.

    “Report” xəbər verir ki, indi mesajı yazdıqdan 68 dəqiqə ərzində silmək mümkün olacaq.

    Bildirilir ki, “WhatsApp”ın yenilənmiş versiyası artıq yüklənməyə hazırdır.

  • Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub – YENİLƏNİB – SİYAHI

    Şirvan şəhərində qəzaya düşən sərnişin mikroavtobusunda xəsarət alanların adı məlum olub.

    “Report”un Aran bürosu xəbər verir ki, qəza zamanı mikroavtobusda sürücü ilə birlikdə 11 nəfər olub. Onlardan 5 nəfər – Xankişiyeva Tünzalə Adil qızı, Əliyeva Lətafət Şahüseyn qızı, Dadaşova Şərqiyyə Əbil qızı, Vəliyeva Gülüstan Fazil qızı və Mirzəyeva Sevda Xudaverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar Sabirabad rayon sakinləridir.

    ***

    Şirvan şəhərində sərnişin mikroavtobusu “KamAZ” markalı yük maşını ilə toqquşub.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şirvan-Salyan avtomobil yolunda, dəmiryolu tunelindən 200 metr məsafədə qeydə alınıb.

    Belə ki, “Şirvan oil”ə məxsus mikroavtobusun qəzaya düşməsi nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Xəstəxanadan “Report”a verilən məlumata görə, həmin vətəndaşlar ambulator müayinəyə buraxılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Названа дата запуска второго спутника Азербайджана – ПОДРОБНОСТИ

    Запуск второго геостационарного спутника Азербайджана Azerspace-2/Intelsat 38 запланирован на 30 апреля текущего года.

    Как передает Median.Az, об этом сообщил Trend источник, близкий к проекту.

    Спутник будет доставлен на орбиту ракетоносителем Ariane 5 ECA с космодрома Куру (Гвианский космический центр), который находится на северо-востоке Южной Америки, во Французской Гвиане.

    Помимо азербайджанского спутника, ракетоноситель Ariane 5 ECA выведет также на орбиту индийский спутник связи GSAT-11.

    Спутник Azerspace-2/Intelsat 38 будет выведен на геостационарную орбиту в 45 градусов восточной долготы. Стратегическое соглашение о совместном использовании данной орбитальной позиции было подписано в феврале 2015 года между ОАО “Азеркосмос” и международной организацией спутниковой связи Intelsat.

    В зону его обслуживания Azerspace-2/Intelsat 38 войдут страны Европы, Центральной и Южной Азии, Ближнего Востока и Африки.

    Производителем спутника выступает дочерняя компания канадской корпорации MDA – Space Systems Loral (SSL), которая также является поставщиком систем управления космическим аппаратом.

    Первый спутник связи Azerspace/Africasat-1a был запущен на геостационарную орбиту 46 градусов восточной долготы восьмого февраля 2013 года. Запуск спутника был также осуществлен из космодрома Куру компанией Arianespace. В зону обслуживания Azerspace-1 входят страны Европы, Кавказа, Центральной Азии, Ближнего Востока и Африки.

  • В Китае открылся самый высокий стеклянный мост в мире

    В Китае, в парке Батайшань в провинции Сычуань, открыли самый высокий стеклянный мост в мире.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил китайский новостной канал CGTN.

    Пролет пешеходного моста находится на высоте двух километров выше уровня моря. Конструкция соединяет две горные вершины, глубина ущелья между которыми сопоставима с 66-этажным небоскребом – 186 метров.

    Длина нового моста составляет 198 метров, ширина – два с половиной метра. Покрытие выполнено из стекла, что добавляет острых ощущений желающим прогуляться по конструкции.

    Для свободного посещение конструкцию открыли в минувшие выходные, до этого в течении последних недель велась опытная эксплуатация.

    Напомним, что самый длинный стеклянный мост в мире также расположен в Китае, его открыли в начале зимы в районе города Шицзячжуан. Длина конструкции – 488 метров, ширина – два метра, высота пролета – 218 метров.

    А особенностью моста в Хунъягу стало то, что он раскачивается, когда пешеходы приближаются к середине. Но это не влияет на безопасность – на этом сооружении могут находиться более 500 посетителей одновременно.