Month: March 2018

  • Dadodan Natavanı həyacanlandıracaq paylaşım: “Hər zaman və hər bir an” – FOTO

    Bir neçə gün öncə reper Səid Əliyev şəxsi Instagram hesabında müğənni Natavan Həbibi ilə qucaqlaşdığı fotosunu paylaşdıqdan sonra cütlüyün yenidən barışdığı xəbərləri gündəmi zəbt etdi.

    Bu gün Dado yenidən Natavanla bağlı səs küyə səbəb olacaq paylaşım edib.

    Reper, Həbibinin fotosunun yer aldığı fincan şəklini yayımlayaraq “Hər zaman və hər bir an” şərhini yazıb. İzləyiciləri Səidə hər şeyin yaxşı olacağı ilə bağlı təsəlliverici şərhlər yazıblar.

    Lakin reperin bundan əvvəl paylaşdığı Natavanla olan fotosunu Instagram hesabından silməsi də diqqətdən qaçmayıb.

    Natavan ötən ilin dekabrında Dado ilə yollarını ayrıldıqlarını açıqlamışdı. Yeni il ərəfəsində isə cütlük yenidən barışdıqları xəbərini təsdiqləsələr də Həbibi fevralda ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində artıq ayrı evlərdə yaşadıqlarını etiraf etmişdi./baku.ws

  • Турецкая армия осадила Африн

    В результате операции «Оливковая ветвь» осада города Африн началась 12 марта 2018 года.

    Об этом сообщает Генштаб ВС Турции.

    Согласно сообщению Генштаба, с начала операции в сирийском районе Африн обезврежено 3393 террориста.

    Антитеррористическая операция на северо-западе Сирии продолжается в соответствии с намеченным планом.

  • Türkiyədə deputatlar arasında kütləvi dava – VİDEO

    Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub.

    Oxu.az-ın Hurriyet-ə istinadən xəbər verir ki, insident seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı baş verib.

    Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında baş verən mübahisədən sonra kütləvi dava başlayıb.

    Davadan sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Belə ki, deputatın üç iclasa buraxılmaması barədə qərar çıxarılıb.

  • Sabah Bakıya sulu qar yağacaq

    Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • Президент принял вице-премьера Румынии

    Сегодня президент Азербайджана Ильхам Алиев принял заместителя премьер-министра Румынии Анну Бирчалл.

    Информацию об этом распространила пресс-служба президента Азербайджана.

  • Aygün Kazımova: “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir – MÜSAHİBƏ

    Xalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.

    Həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.

    Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.

    Median.Az oxu.az-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edir:

    – İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir…

    – Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.

    – Yeni işlər var, amma deyəsən, gizlədirsiniz…

    – Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət.  Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.

    – Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz…

    – Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var. 

    – Bu yaxınlarda “Cücələrim” layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi…

    – Sıradan, hər kəsin görə biləcəyi bir şey mənlik deyil. Deyəndə ki bunu kim edə bilər? “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir.

    – “Eurovision” təmsilçimizlə bağlı məlumatınız var? Mahnımızı bəyənmisiniz? 

    – Hələ mahnısını dinləməmişəm. Ancaq Ayseli tanıyıram. Vaxtımız var, müğənnini çox peşəkar şəkildə yarışmaya hazırlamaq olar. İnanıram ki, gözəl performans olacaq. Çünki Aysel istedadlı qızdır, mənim qızımla rəfiqədir. Ona uğurlar arzu edirəm. Hansısa dəstəyim lazım olsa, bilsin ki, hər zaman hazıram.

    – Nə vaxtsa sizi o səhnədə görəcəyik?

    – Bilirsiniz axı, “Eurovision”a qatılmaq biz sənətçilərin arzusu ilə olmur. Ona görə də, yəqin ki, mənə təklif olunsa, məmnuniyyətlə qəbul edərəm. Lakin iş orasıdır ki, elə bir təklif yoxdur (gülür).

    – Hazırda səhnədə olan, öz sözünü demiş sənətçilərdən kimi “Eurovision”da görürsünüz?

    – Çox adamı o səhnədə görürəm, ancaq adlarını çəkməyəcəm. Düşünürəm ki, peşəkarlar həmin müğənniləri hazırladıqdan sonra heç bir problem olmaz. Sadəcə, yaxşı hazırlaşmaq mütləqdir.

  • Молодой поэт оскорбил Микаил Мушвига – ФОТО

    Я уже несколько дней читаю Микаил Мушвига. Скажу вам откровенно, очень бессмысленный был человек.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на своей странице в Facebook написал молодой поэт Эльшад Барат.

    Э.Барат утверждает, что известность и статус великого поэта Микаил получил случайно.

    «В моем возрасте он уже был мертв. Мое мировоззрение в этом возрасте известно. А у него было очень чушкарское мировоззрение.
    Его мышление примитивнее, чем у 15-летнего парня. Мне кажется, все его творчество не стоит и одного моего стиха.

    Просто он рано умер, поэтому люди его жалеют».

    Под статусом за несколько часов появились сотни комментариев, Э.Барата резко раскритиковали и призвали его бойкотировать.

    Известный интеллигент, писатель и драматург Фазиль Мустафа призвал Э.Барата сначала научиться правильно писать фамилию поэта, а потом выражать свое мнение о нем.

    «Во-первых, пиши правильно, не «Мушвиг», а Мушфиг, то есть сияние.

    Во-вторых, про мертвых плохо не говорят».


  • Gənc şair Mikayıl Müşfiqi təhqir etdi – FOTO

    Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm.

    Bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb.

    E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür.

    “Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub.

    Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz.

    Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

    Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E. Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

    Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E. Baratı boykot etməyə çağırıblar.

    Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

    “Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq.

    İkincisi də, ölənlərin ruhuna toxunmayın”./oxu.az


  • Bakıda ərazini zibilləyən sahibkar cərimələndi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

    Reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantıların mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib.

    Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

    Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

    Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib./oxu.az

  • Öz ad günündə intihar etdi!ŞABRANDA FACİƏ

    Şabran rayonunda intihar faktı qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb. Faktla bağlı araşdırmalar aparılır.