Month: March 2018

  • Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə məktub göndərdi

    Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

    “Median.Az”ın məlumatına görə, məktubda deyilir:

    “Möhtərəm Prezident. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi. Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır”.

  • Məmur və həyat yoldaşına 194 minlik dələduzluq – 5 il həbs

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    A.Məhərrəmov Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayevaya qarşı 194 min manat dələduzluqda təqsirləndirilirr. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

    Median.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmü ilə Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində aeçiklimiş “ev dustaqlığı” qətimkan tədbiri “hıbs-qıtiumkan” tədbiri ilə əvəzlənib və məhkəmə zalında həbs edilib.

    İttihama görə, F.Babayeva və R. Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər. A Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Onların şikayəti əsasında Ayaz Məhərrəmov məsuliyyətə cəlb olunub və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

    Ayaz Məhərrəmov isə ittihamla özünü təqsirli bilməyib və həb ibtidai istintaq, həm də məhkəmədə istintaqı zamanı pulun ona çatmadığını bildirib.

  • Uşağının məzarını ziyarətə gəldi, şok yaşadı

    Türkiyədə yaşanan tragikomik hadisə bu gün ölkə mediasının gündəmini zəbt edib. Median.az yenisafak.com-a istinadən xəbər verir ki, Adıyamanda yaşayan Əli və Gülay Bozköşə cütlüyünün övlad həsrətinə 21 ildən sonra son qoyulub və onların körpəsi dünyaya gəlib.

    Lakin cütlük sevinməyə macal tapmadan erkən doğulduğuna görə həyatını itirən körpəni torpağa tapşırmalı olub. Hadisə isə bununla da bitməyib. Besni Hira məzarlığında dəfn edilən körpələrini bir həftə sonra ziyarətə gələn cütlük ikinci dəhşətli şokla qarşılaşmalı olub.

    Məzar açılmışdı və körpənin cəsədi məzarda yox idi. “Mən yeznəmizdən şübhə etdim və dərhal polisə xəbər veridm. Yeznəm körpəmizi məzardan çıxarıb başqa yerə dəfn etmişdi, çünki, bu məzar yerini bələdiyyə hər ikimizə satmışdı. Biz yenidən körpəmizi alıb üçüncü dəfə dəfn etməli olduq. Hər kəs bir dəfə basdırılır, mənim balam 3 dəfə basdırıldı”,- deyə Əli Bozköşə bildirib.

    Hadisə nəzticəsində nəzarətə alınan yeznə və qəbiristanlıq işçiləri sərbəst buraxılıb.

  • İşsizlərə şad xəbər

    Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir, bunu Trendə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.

    N.Mannapbekov deyib: “AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına ehtiyacı olan ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsidir. “Cənub Qaz Dəhlizi” məhz bu məsələlərə cavab verir. Biz hesab edirik ki, bu layihə dövlət üçün əlavə gəlir mənbəyi ola bilər və bu gəlirlər sosial proqramların reallaşdırılması və ya iqtisadiyyatın diversifikasiyası üçün istifadə oluna bilər. Layihənin başa çatmasından sonra azı 1800 daimi iş yerinin açılması gözlənilir”.

    Qeyd edək ki, AİB “Cənub Qaz Dəhlizi” QSC üçün bir milyard dollar məbləğində vəsaiti razılaşdırıb.

    “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.

    Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.

  • Ordumuz İrəvanı təlaşa salıb – ermənilərin etirafı

    Azərbaycan Müdafiə Nazirliyinin son tədbirləri Ermənistanda ciddi təşviş yaradıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

    Sadəcə, yerdəyişmə.

    Ermənistanın tanınmış hərbçilərindən biri, general-mayor Hastvasatur Petrosyan isə hesab edir ki, Azərbaycan bu minvalla Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibənin, aktiv hərbi əməliyyatların modelləşdirilməsi ilə məşğuldur.

    “Kəşfiyyat aparmalı, əldə olunan məlumatlar əsasında müəyyənləşdirməliyik ki, Azərbaycan belə genişmiqyaslı, hərbi-strateji önəmli hərbi təlimlərlə nəyə nail olmaq istəyir. Operativ-strateji baxımdan ən mühüm istiqamətləri nəzərdən keçirməli, Azərbaycanın hücum döyüşləri aparacağı məkanları təhlil etməli və əks-hücumlar taktikasını hazırlamalıyıq”, – H.Petrosyan söyləyib.

    Təlaşa düşən erməni generalın fikrincə, hərbi əməliyyatlar ərəfəsində həmişə genişmiqyaslı təimlər keçirilir.

    O deyib: “Azərbaycan bu təlimlərlə pərdələnərək hərbi əməliyyatların ikinci mərhələsinə hazırlaşır. Biz, buna hazır olmalıyıq”.

    Ermənistanın Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama ilə çıxış etməsə də, İrəvandakı iqtidar mediası “qoşunlarımız tam döyüş hazırlığı vəziyyətinə gətirilib” tipli məlumatlar yayıb.

    Bu arada 1in portalı “Bakı və Tbilisi hərbi əməkdaşlığı kimə qarşı genişləndirir?” başlıqlı yazı dərc edib.

    Sarqis Arsruninin müəllifi olduğu yazı Gürcüstanın müdafiə naziri Levan İzoriyanın Bakıya rəsmi səfərinə, burada Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşünə, burada apardığı danışıqlara və əldə olunan razılaşmaya həsr olunub.

    Gürcü nazir ikitərəfli əlaqələrlə yanaşı, üçtərəfli formatda, yəni Azərbaycan-Gürcüstan-Türkiyə müstəvisindəki təmasları və işbirliyini də yüksək dəyərləndirib.

    Zakir Həsənov isə, öz növbəsində, müxtəlif beynəlxalq strukturlarda Bakının mövqelərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə rəsmi Tbilisiyə minnətdarlığını bildirib.


    Erminilərin bu görüşlə bağlı təlaşa düşməsinin obyektiv və subyektiv səbəbləri var.

    Əvvəla, Azərbaycanla Gürcüstan separatizmlə mübarizədə müttəfiqlərdir.

    Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalında olması kimi ciddi, böyük problemi varsa, Gürcüstan Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin varlığını terrorçuluq fəaliyyəti sayır.

    Bununla belə, Ermənistanla münasibətlərini gərginləşdirmək istəməyən Gürcüstan Dağlıq Qarabağ problematikasında neytral mövqe tutur, münaqişənin dinc danışıqlar yolu ilə nizamlanmasına tərəfdarn olduğunu bəyan edir.

    Tbilisinin belə davranışının əsas səbəbi ölkənin Samstxe-Cavaxetiya bölgəsində, daha konkret olsaq, Axaltsixdə kompakt yaşayan ermənilərdir.

    İrəvan bu ermənilərdən Gürcüstana qarşı illərdən bəri hər an partlamağa hazır “gec açılan bomba” kimi istifadə edir və ərazisində daha bir separatizm ocağının alovlanmasını istəməyən Gürcüstanın hələlik yüngül olmayan vəziyyətindən maksimal dərəcədə yararlanır.


    Bakı isə qonşuları ilə təzyiq yox, normal əməkdaşlıq müstəvisində təmaslarda maraqlıdır – Ermənistan istisna olmaqla.

    Bundan başqa, rəsmi Bakı regional əməkdaşlığı intensivləşdirmək, bölgədə təhlükəsiz vəziyyətə nail olmaq üçün Türkiyə, Gürcüstan və İranla da regional tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir.

    Azərbaycan, Türkiyə, Gürcüstan və İranın XİN başçılarının gələn bu həftə Bakıda keçirilməsi nəzərdə tutan görüşü də bəhs etdiyimiz məqsədin reallaşmasına yönəlib.

    Belə dördtərəfli format, üstəlik Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirilməsi Ermənistanı ciddi narahat edib.

    “Artıq faktdır ki, Bakı bizim hərtərəfli təcridimizə nail olub. Təbii, Elmar Məmmədyarov və Zakir Həsənovun bəyanatlarını dramatikləşdirməyə dəyməz. Lakin Ermənistanın bütün regional inteqrasiya layihələrindən kənarda qalması çox pis, təhlükəlidir. Ermənistanın xarici siyasəti məntiqdən kənardır. Gürcüstanla münasibətlər bərbaddır, İranla tərəfdaşlıq ikitərəfli formatla məhdudlaşıb. Xarici siyasətimizdə strateji baxış, planlaşdırma, regional komponentlər yoxdur”, – S.Arsruni yazıb.

    Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti cari problemlərin həlli ilə məhdudlaşır və Azərbaycan da bundan yararlanır: “Ermənistanın İranla münasibətləri də yarıtmazdır. Tehrandan gələn siqnallara biz vaxtında cavab versəydik, tərəfdaşlığımız regional əhəmiyyət kəsb edərdi.


    Ermənistanın qeyri-adekvat siyasəti isə İranın bizə olan marağını azaldıb. İllah da ki, bu yaxınlarda İran-Azərbaycan-Rusiya formatında üçtərəfli əməkdaşlıq sayəsində İran Avropa bazarlarına daha bir çıxış əldə edəcək. İran indi də Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı formatına qoşulur ki, bu da Ermənistanın təcridini daha da dərinləşdirəcək, ağırlaşdıracaq. Ermənistan indi bir tərəfdən Azərbaycanın siyasətinin ermənilər üçün yaratdığı nəticələri neytrallaşdırmağın, digər tərəfdən Rusiyadan total, kölə asılılığını azaltmağın yollarını düşünməlidir.

    Zəif, yarıtmaz və geridə qalmış dövlət və siyasi sistemləri olan Ermənistan ambisioz xarici siyasət yürüdə bilməz.

    Amma nə edəsən ki, Rusiyanın “dalanı, kiçik anbar otağı” statusundakı Ermənistan indi dövlətin modernləşməsi ilə məşğul olmaq imkanına malik deyil”./Milli.Az

  • Toyunda dəhşətli ölüm xəbəri gəldi – Faciəni gizlətdilər – FOTO

    Arda Turan ilə dünən axşam nikah masasına oturan Aslıhan Doğan evliliyə addım atdığı gün yaxın rəfiqəsi Mina Başaranı itirib.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, “Başakşehirspor”lu futbolçu Arda Turan ötən gün Çubukludakı evində 2.5 illik sevgilisi Aslıhan Doğan ilə ailə daxilində təşkil edilən sadə bir mərasimlə evlənib.

    ASLIHANA DEYƏ BİLMƏDİLƏR

    Yaxınları Aslıhan Doğana rəfiqəsi Mina Başaranın içərisində olduğu özəl təyyarənin qəzaya uğradığını deyə bilməyiblər.

    Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.

    Xatırladaq ki, qəzada Başaran 7 rəfiqəsi ilə birlikdə həlak olub.

  • 9 ayın gəlini özünü asdı: 3 aylıq hamilə imiş

    Türkiyənin Muş rayonunun Varto qəsəbəsində, 3 aylıq hamilə qadın intihar edib.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, 21 yaşlı Yeter A.-nı yaxınları evlərinin həyətində asılmış vəziyyətdə tapıblar. 9 ay öncə evlənən Yeter A.-nın cansız bədəni ilə qarşılaşan yaxınları şok keçiriblər.

    Hadisə yerinə gələn təcili yardım əməkdaşları 3 aylıq hamilə qadının öldüyünü müəyyən ediblər. İntiharın səbəbi hələlik məlum deyil.

    hadisə ilə bağlı istintaq başlanılıb.

  • “Bütün Bakı sevsin Mirşahinin ana-bacısını” – Sabiq deputat

    Sabiq millət vəkili Etibar Hüseynov “Real tv”nin rəhbəri Mirşahin Ağayevin qalmaqallı statusuna sərt şəkildə reaksiya verib.

    İnterpress.az xəbər verir ki, sabiq deputat Mirşahinin Azərbaycan xalqını təhqir etdiyini bildirib: “Zaman göstərdi ki, ötən iki il ərzində Mirşahin qətiyyən ağıllanmayıb. Və bu ağılın sahibinə də TV etibar eləmək, meymunun əlinə avtomat vermək kimi bir şeydir. Bunu yaddaşınızın yaxın küncünə fiksə eləyin. Buradan Miriyə trolluq eləyənlərə də üz tutub deyirəm: Əgər, Mirşahinin dediyi “sizin ana və bacılarınızı…sevəcəyəm” – söyüş deyilsə, onda bütün Bakı da sevsin Mirişin ana və bacısını…”.

    Qeyd edək ki, M. Ağayev efirdə olmadığı müddətdə ünvanına fikir səsləndirənlərin tez bir zamanda cavablarını alacaqları ikə xəbərdarlıq edib.

    “Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!” – deyə, Mirşahin Ağayev qeyd edib.

  • Создано продлевающее жизнь лекарство

    Французские ученые создали препарат алирокумаб, снижающий уровень «плохого» холестерина в крови и уменьшающий риск инсульта и инфаркта на 15 процентов.

    Об этом сообщает Median.az со ссылкой на MedicalXpress.

    Показано, что алирокумаб также значительно увеличивает продолжительность жизни, снижая риск преждевременной смерти. Он относится к классу ингибиторов PCSK9, которые представляют собой моноклональные антитела, вызывающие атаку иммунной системы на специфический белок в печени, отвечающий за выработку липопротеинов низкой плотности (ЛПНП). У людей с высоким уровнем «плохого» холестерина риск преждевременной смерти снижался на 29 процентов после приема препарата в течение двух лет.

    Холестерин — жирный спирт, который содержится в крови в виде липопротеинов различных типов. Липопротеины низкой плотности могут блокировать узкие сосуды, вызывая нарушения в сердечно-сосудистой системе. Холестерин, который находится в их составе, называют «плохим». Липопротеины высокой плотности (ЛПВП) являются переносчиками «хорошего» холестерина, способствующего снижению риска возникновения атеросклероза, инсульта и сердечного приступа.

  • Qəzada öldüyü deyilən Türkiyə təyyarəsinin qadın pilotu sağdır – FOTO-VİDEO

    İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsində dünyasını dəyişən iş adamının qızı Mina Başaran ilə olan fotosuna görə sosial şəbəkədə öldüyü iddia edilən pilot Elif Ulusoy danışıb.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, qadın pilotun 2 həftə öncə işdən qovulduğu ortaya çıxıb.

    Mina Başaran ilə bir müddət əvvəl çəkdikləri bir fotonun sosial şəbəkədə yayılmasından sonra telefonlarının susmadığını söyləyən Ulusoy tanışlarını sağ olduğu barədə inandırmağa çalışdığını deyib.

    Ulusoyun qəzaya uğrayan təyyarənin məxsus olduğu “Başaran Holding”dəki işindən iki həftə öncə çıxarıldığı məlum olub. Əgər pilot Ulusoy işdən çıxarılmasaydı, böyük ehtimalla o da qəzaya uğrayan təyyarədə olacaqdı.