Month: March 2018

  • Bakıda oğlan qadını intim şəkilləri ilə şantaj etdi

    Bakıda qadını şantaj edən şəxs tutulub.

    Minval.İnfo xəbər verir ki, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

    Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

    Faktla əlaqədar cinayət işi başlanıb.

  • Ərinin başqa qadınla xəyanət etdiyini öyrəndi, elə addım atdı ki… – FOTO

    ABŞ-da yaşayan gənc qadın, əri tərəfindən aldadıldıqdan sonra gəlinliyini yandırıb.

    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, o anların fotolarını paylaşan qadın internetdə qısa zamanda fenomenə çevrilib.

    Luisiana ştatında yaşayan 34 yaşlı Kristy Skott boşandıqdan sonra gəlinliyini yandırıb


    Yanvar ayınca xəyanətini öyrəndiyi ərindən boşanan Skott öncə gəlinliyini boyayıb, sonra od vurub.



    Ərinin telefonuna baxdıqda Facebook mesajlarında aldadıldığını aşkar edən və bunu soruşanda da ərinin hər şeyi etiraf etdiyini söyləyən Skott “O günə qədər xoşbəxt bir evliliyimiz olduğunu düşünmüşdüm” deyib.

    “Çok incidim və əsəbiləşdim. Evliliyim üçü savaşdım, amma olmadı” deyən qadın indi başqa biri ilə sevgilidir.

  • Daxili Qoşunlara yeni qərargah rəisi təyin edildi — FOTO

    Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

    “Median.Az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini – Qərargah rəisi təyin edilib.

    Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.


  • Sumqayıt sakinləri ələ keçdi – DTX-nın ƏMƏLİYYATI

    Sumqayıt Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
    “Report”un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
    Xatırladaq ki, təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayında saxlanılıblar.

    Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.
    Ona DTX-ya getmək təklif olunsa da, A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərsizləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb.
    4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçib. Onalar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur.

    Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çatdıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Gülməmmədovun 13, Ə.İmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

  • Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

    Bakı və Abşeron yarımadası ərazisindəki teleradiostansiyaların elektromaqnit şüalarının səviyyəsi normanı keçmir.
    “Median.Az” xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

    Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı teleqülləsinin siqnalının bir sıra yaşayış məntəqələrində elektromaqnit sahəsinin gərginliyinin təhlilini həyata keçirir. Bildirilib ki, analoji işlər Azərbaycanın rayonlarında da aparılır.

    Qeyd edək ki, ölçmə işləri rüblük olaraq aparılır. Əldə olunan məlumatlar əvvəlki göstəricilərlə müqayisə olunur və elektromaqnit gərginliyin artması müşahidə olunarsa DRİ mütəxəssisləri optimallaşdırma işlərini həyata keçirir.

  • Mal-qara oğruları ələ keçdilər

    Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən Rayon Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 4-də kəndin kənarında olan örüş sahəsindən ona məxsus dəyəri 800 manat olan bir baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılaraq şöbəyə gətiriliblər. Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanı satdıqlarını bildiriblər.

    Ətraflarında aparılan tədbirlərlə onların digər cinayətlərinin də üstü açılıb. Belə ki onların fevralın 5-də həmin kənd ərazisində Eltac Tanrıverdiyevə məxsus dəyəri 1750 manat olan iribuynuzlu mal-qaranı oğurlayaraq satdıqları məlum olub.

    RPŞ-nin əməkdaşları tərəfindən oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək, mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.

    Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

  • Bakıda kürəkən qaynanasına silah çəkdi

    Bakıda kürəkən qaynanasının evinə silahla hücüm edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 10-də Xatai rayonu ərazisində törədilib.

    Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib ki. martın 10-da əri Polad onun anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb.
    Əvvəllər məhkum olunmuş P.Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb.

  • Rəşid Behbudovun qızından Faiq Ağayevə etiraz

    Xalq artisti, mərhum musiqiçi Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz edib.

    Median.az Modern.az-a istinadən xəbər verir ki, Rəşidə Rəşid açıqlamasında bildirib ki, Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib:

    “Bilirsiniz ki, “Sənə də qalmaz” mahnısıTofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur. Bu mahnını bəstəkar atam üçün yazıb və mahnı ilk dəfə Rəşid Behbudov tərəfindən ifa edilib.

    Faiq Ağayev türk müğənnisi Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını bir verilişdə səsləndirib. Təəssüf edirəm ki, o, mahnı haqqında məlumat verərkən atamın adını çəkməyib. Düzdür, sonralar bu mahnını bir neçə şəxs də səsləndirib. Lakin mahnının damğasını vuran Rəşid Behbudovdur”.

    Qeyd edək ki, xalq artisti Faiq Ağayev “Facebook” hesabında Türkiyə müğənnisi Müşərrəf Akayla birlikdə səsləndirdiyi “Sənə də qalmaz” ifasının videosunu paylaşıb. Müğənni paylaşımında Müşərrəf Akayın TRT – də yayımlanacaq “Aziz dostlar” adlı verilişin ilk qonağı olduğunu bildirib

  • “WhatsApp” bu funksiyasını yenilədi

    “WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.

    Median.az İKT.lent.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.

    Bundan əvvəl “WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.

    Yeni “WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

  • Tramp ilk dəfə arvadına xəyanətindən danışdı

    ABŞ prezidenti Donald Tramp ilk dəfə həyat yoldaşı Melaniya Trampa xəyanət etməsindən danışıb.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, porno ulduz Stormi Denielsin evli ola-ola prezidentin həyat yoldaşına onunla xəyanət etməsi açıqlamasından sonra cütlük arasında münasibətlər gərginləşmişdi. Donald Tramp bu yaxınlarda Pensilvaniyada çıxışı zamanı ilk dəfə məsələyə münasibət bildirib. O, Melaniyanın bundan sonrakı həyatının heç də asan olmayacağını deyib:

    “Siz elə düşünürsünüz ki, onun həyatı belə asandır? Tamamilə yox. O çox gözəl birinci xanımdır”.