Month: March 2018

  • Азербайджан направил ноту протеста США, Секута вызван в МИД

    В связи с визитом в США лидера марионеточного армянского сепаратистского режима в оккупированном Нагорно-Карабахском регионе Азербайджана Бако Саакяна, и проведением мероприятия, пропагандирующего вымышленный режим в административном здании Конгресса США, посол США в Азербайджане Роберт Секута вызван в МИД, ему передана нота протеста, направленная министерством иностранных дел Азербайджана Госдепу США.

    Об этом сказал глава пресс-службы МИД Хикмет Гаджиев.

    Также посол Азербайджана в США, проведя встречу в Госдепе, вручил американской стороне протест Азербайджана.

    В ноте говорится, сказал Гаджиев, что получение по армянскому паспорту американской визы и въезд в США на основе недостоверной информации, предоставленной Бако Саакяном, являющимся жителем города Ханкенди Нагорно-карабахского региона Азербайджана, разрешение на проведение мероприятий, пропагандирующих вымышленный сепаратистский режим в соответствующих институтах США и нацеленных на сбор финансов на территории США в поддержку оккупации азербайджанских территорий, противоречат нормам и принципам международного права, соответствующим резолюциям СБ ООН, двусторонним документам, подписанным между Азербайджаном и США, и официальной позиции США. Этот шаг США расценивается как деятельность против суверенитета и территориальной целостности Азербайджана.

  • Bakıda kafedə qadını döydülər

    Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Əzimova Sədaqət Əliheydər qızı polisə müraciət edərək bildirib ki, Səbail rayonu ərazisindəki kafedə tanışı tərəfindən döyülüb. Qadın deyib ki, onu döyən adamı üzdən tanıyır və adı Füzulidir.

    Müraciət əsasında araşdırma aparılır.

  • На бакинских дорогах снижена скорость движения

    В связи с дождливой погодой в Баку и приняв во внимание то, что дороги стали скользкими, Дорожная полиция столицы призвала водителей к движению при минимальной скорости, сказал начальник отдела по пропаганде безопасности дорожного движения и связям с общественностью Управления государственной дорожной полиции Баку, полковник полиции Вагиф Асадов.

    Асадов призвал водителей обращать внимание на установленные дорожные знаки, быть внимательными на регулируемых перекрестках и соблюдать очередность движения.

    Кроме того, допустимая скорость движения на двух главных автомагистралях – проспекте Гейдара Алиева до круга Бузовна и аэропортовском шоссе до Зыхского круга снижена на 20 км/ч, как было отмечено главой отдела по связям с общественностью Бакинского транспортного агентства Маисом Агаевым.

    По его словам, на столичных электронных табло ясно указано: «скользкая дорога». Снижение скорости назначено было именно с целью обеспечения безопасности дорожного движения, в связи с чем водителям автосредств рекомендовано строго соблюдать введенный норматив.

  • В центре Баку сильный ветер свалил дерево – ВИДЕО

    В центре Баку упавшее дерево затруднило движение транспорта.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент произошел на улице Рашида Бехбудова.

    Сообщается, что упавшее дерево не нанесло ущерб автомобилям.

  • Bakının mərkəzində güclü külək ağacı yola aşırıb – VİDEO

    Bakının mərkəzində yola aşan ağac nəqliyyatın hərəkətində problem yaradıb.

    Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

    Ağacın yol aşması yolda tıxaca səbəb olub.

    Bildirilir ki, hadisə zamanı ərazidə dayanan nəqliyyat vasitələrinə ziyan dəyməyib./oxu.az

  • В Балакене арестован наркоторговец

    Как сообщает Median.Az, сотрудники Балакенского РОП на основании полученной оперативной информации задержали жителя села Гуллар, ранее судимого Ширвана Мотухова, у которого при личном осмотре изъяли 6,31 грамм, а во время обыска в доме 4 кг 265 грамм марихуаны.

    В Следственном отделе РОП по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана возбуждено уголовное дело.

  • Хатаинская полиция задержала водителя, скрывшегося после наезда

    Как сообщает Median.Az, сотрудники 35-го отделения полиции Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали жителя г.Сумгайыт Мубариза Аскерова, который 10-го марта на управляемым им автомобиле марки “ВАЗ 2106” сбил жительницу столицы Ираду Рагимову и скрылся. Потерпевшая была доставлена в больницу, где ее жизнь врачам удалось спасти.

    По факту ведется расследование.

  • Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb (FOTOLAR)

    Hacı Qalib Seymur Quliyevi daşa basıb; əmlakını Allahşükür Paşazadənin qızının adına keçirib…

    Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini davam etdirməkdədir. 7 ildir ki, polisdə, prokurorluqda, məhkəmələrdəyik. İstəyirik ki, ölkə rəhbərliyi bu məsələyə əncam çəksin, bizim mülkiyyət hüququmuz bərpa olunsun”. 

    Median.Az xəbər verir ki, bunu “Yeni Müsavat”ın redaksiyasına gələn Seymur Quliyev deyir.

    “Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi”

    Onun sözlərinə görə, 2004-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 2 ünvanındakı 25 sot torpaq sahəsində yerləşən mülkü notarial qaydada alqı-satqı müqaviləsi ilə alıb: “Mülkiyyətimizdə olan torpaq sahəsi 1997-ci ilə qədər ”Zəfəran” sovxozunun ərazisi olub. Həmin ildə Sabunçu Rayon İcra Hakimiyyəti başcısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsi əkinə yararsız sahə kimi Minəvvər Qəni qızı Əliyevaya fərdi yaşayış evi tikdirmək üçün ayrılıb. 2000-ci ildə isə alqı-satqı müqaviləsi ilə ev Nazim Sultan oğlu Babazadəyə satılıb. 2004-cü ildə Nazim Babazadə həmin torpağı alqı-satqı müqaviləsi ilə mənə satdı. Bundan sonra qardaşımla bərabər həmin torpaq sahəsində 2 və 3 mərtəbəli 2 ev tikdirdik. Meyvə ağacları əkdik, su quyusuna əl gəzdirdik, hovuz inşa etdirdik. İlin çox vaxtını orda yaşayırdıq. 2011-ci ilin axırlarında 14-cü polis bölməsindən zəng gəldi ki, guya mən Bilgəh bələdiyyəsinin Rəhilə Salahzadəyə satdığı torpağı zəbt etmişəm. Dedilər ki, polisə bələdiyyədən torpağın zəbt edilməsi ilə bağlı sənədlər də təqdim olunub. Xaricdə olduğum üçün bu işi araşdırmağı vəkilimə həvalə etdim. Məlum oldu ki, bu işlərin arxasında o dövrdə Milli Məclisin deputatı olan Qalib Salahzadə dayanır. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşının həyat yoldaşıdır. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Məsələni vəkilim araşdırdı. Dövlət qurumlarına sorğu verdi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə sorğuya cavab verdi ki, mülkiyyətimdəki torpaq bələdiyyə torpağı deyil və polisə təqdim edilən alqı-satqı qeydə alınmayıb. Yəni Qalib Salahzadənin polisə rəsmi sənəd kimi təqdim etdiyi müqavilənin saxta olduğu ortaya çıxdı. Həmin sənədlərin içinə 2003-cü ilə aid qəbz də vardı. Vəkil həmin qəbzlə bağlı da araşdırma apardı. Qəbzin çap edildiyi mətbəədən vəkilimin verdiyi sorğuya cavab gəldi ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi?”

    “İnşaat Servisez”dən dedilər ki, bizə haram mal lazım deyil, amma…”

    Seymur Quliyev deyir ki, Qalib Salahzadənin saxtakarlığını ortaya qoyduqdan sonra o, sakitləşməyib: “Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti mənim və qonşumun mülkiyyətimizdə olan torpağı qanunsuz olaraq ”İnşaat Servisez” tikinti şirkətinə verdi. Bunu biləndən sonra “İnşaat Servisez” tikinti şirkətinin rəsmiləri ilə görüşdüm. Dedilər ki, bizə haram mal lazım deyil və sərəncamın ləğv olunmasına etiraz etmirik. Gedin verin məhkəməyə, biz torpağın sizə aid hissəsindən imtina edəcəyik. Sonradan “İnşaat Servisez” təqdim etdiyi sənəddə torpağın bizə aid hissəsindən imtina etdi. Həmin məhkəmə dövründə Qalib Salahzadə deputat idi, səlahiyyətlərindən istifadə etməklə məhkəmələrə təzyiq edirdi. Buna baxmayaraq, məhkəmə ədalətli qərar çıxardı. Məhkəmənin qərarından sonra torpağımız çıxarışla Hacı Qalibin gəlini Xatirə Allahşükür qızına satıldı”.

    “Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər ey mənə?”

    Seymur Quliyev deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə qaydasında qanunsuz olması təsdiqlənən sərəncamından sonra mülkiyyətində olan 2 mərtəbəli və 3 mərtəbəli evləri sökülüb, əşyaları oğurlanıb: “Bu həmin vaxt baş verdi ki, məhkəmə gedirdi. Məhkəmə qərar da vermişdi ki, söküntü işləri dayansın. 2012-ci ilin aprel ayı idi. Evimə gələndə gördüm ki, qonşumun həyətində söküntü işləri gedir və qonşu ilə bizim aramızda daş hasar tikilir. Qonşum xaricdə yaşayır, qonşumla aramızda heç vaxt daş hasar olmayıb, taxtadan balaca çəpər var idi. Bütün bu tikinti işlərinə rəhbərlik edən Hacı Qalib Salahzadə idi. Ona dedim ki, sənin nə ixtiyarın var burda bu işləri görürsən, dedi ki, bura mənimdi. Mən onunla mübahisə etdim. Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər mənə? Sonra məlum oldu ki, qonşumun xaricdə yaşamağından istifadə edərək, Qalib Salahzadə onun torpağını saxta sənədlərlə öz rəhmətə getmiş nənəsinin adına yazdırıb. Bu söhbətdən sonra mən xaricə getdim. Mənə zəng edib dedilər ki, Qalib Salahzadə hasarımı və 3 mərtəbəli evimin damını sökməyə başlayıb. Vəkilim məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, bu torpaq sahəsi heç vaxt Bilgəh Bələdiyyəsinin ərazisi olmayıb və Rəhilə Salahzadəyə satmaq hüququna malik olmayıb. 27.04.2012-ci məhkəmə söküntü işlərinin dayanmasına və qapıların açılmasına qərardad verdi. Məhkəmə icraçılarının iştirakı ilə qapılarımızı açıb bizi mülkümüzə daxil etdilər. Səhəri Qalib Salahzadə başının dəstəsi və Bilgəh Bələdiyyəsinin iştirakı ilə zor gücü ilə bizi öz mülkümüzdən çıxardı. Qalib Salahzadə məhkəmənin qərarına əhəmiyyət vermədi. Mənə məxsus 2 mərtəbəli evi Bilgəh Bələdiyyəsinin sədri ilə 18.07.2012-ci il tarixində bələdiyyənin texnikası ilə yerlə yeksan etdirdi”.

    “Fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir”

    Seymur Quliyev deyir ki, ona vurulan maddi və mənəvi ziyanın həcmi olduqca böyükdür: “Müstəqil ”Azəri-Audit” auditor firmasının 1 mart 2012-ci il tarixli qiymətləndirmə aktına görə təkcə bağ sahəmdə apardığım tikinti işləri 2 milyon 500 min manat dəyərləndirilib. Evlərin sökülməsini və əşyaların talan edilməsini əks etdirən videoyazının təqdim edilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu günədək cinayətkarları məsuliyyətə cəlb etməyiblər. Həmin dövrdə mülkümün dağıdılması ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində 1200500219 saylı cinayət işi başlanıb. Şahidlər dindirilib, söküntü işləri aparan fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir. Uzun sürən, təzyiq altında keçən məhkəmə proseslərinin nəticəsi də (4 Ali Məhkəmə, 2 Konstitusiya Məhkəməsi) bir daha Qalib Salahzadənin bu işlərdə günahkar olduğunu göstərdi. Bu məsələ ilə bağlı mən baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam. Bundan sonra müvafiq faktla bağlı cinayət işi başlanıb və bu günə qədər sona çatdırılmayıb. Uzun sürən məhkəmələrdən sonra 2016-cı ildə mülkiyyətimə cıxarış aldım. Lakin məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, yenə də Qalib Salahzadə öz qohumluq imkanlarından və bir sıra hörmətli şəxslərin adından istifadə edərək mənim hüquqlarımı pozmaqda davam edir. Qalib Salahzadə əmlakımı zəbt edib. O, mənim ərazimə gedən yolu tam bağlayıb. Görünür o, mənim əmlakımı sökməsinə və talan etməsinə görə cəzasız qaldığından ruhlanaraq qanunsuz hərəkətlərini davam etdirməkdədir”.

    “Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb”

    S.Quliyev deyir ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məhkəmələr boyu Qalib Salahzadəni müdafiə edib: “Onu Hacıbala Abutalıbov nə marağı vardı ki, müdafiə edirdi, bu gün də bizim üçün qaranlıqdır. Saxta sənəd məsələsini də bu günə qədər araşdırıb sona çatdıran yoxdur. Hacı Qalib Salahzadənin saxtakarlığını üzə çıxarmaq istəmirlər. Hacı Qalib də bizim torpaqdan əl çəkmir. Qardaşı arvadının adından istifadə etdi, gördü ki, torpağı zəbt edə bilmir. Bu dəfə də gəlinini qabağa verib. Torpağımızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadəninadına verilmiş çıxarışla ələ keçirmək istədi. Bu dəfə də məhkəmələr ədalətli qərar çıxardılar. Ən maraqlısı odur ki, Hacıbala Abutalıbov həmin qanunsuz çıxarışın ləğvi ilə bağlı iddiamız məhkəmələrdə olduğu dövrdə qarşı tərəfi müdafiə edirdi. Ali Məhkəməyə qədər Hacıbala Abutalıbov Hacı Qalibin gəlinini müdafiə etdi. Görəsən bunların marağı nədir? Qalib Salahzadə öz qara əməllərinə bu dövlət orqanlarına necə cəlb eləyib? 2017-ci ildə qanunsuz sərəncamların ləğvi ilə bağlı uzun sürən məhkəmələrdən sonra ”İnşaat Servisez”in və Xatirə Allahşükür qızına verilən çıxarışlar ləğv olundu. Məhkəmə yolu ilə mülkiyyətimə yeni çıxarış aldım. Lakin bu günə qədər mülkiyyətimə gedib-gələ bilmirəm. Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüb məsələni ona izah etmişəm. Adil Vəliyev yola qanunsuz qoyulan darvazanın açılacağına söz verdi. Sabunçu Rayon İcra Hakimiyyətindən sorğuma cavab verirlər ki, məhkəməyə müraciət edin. Amma məhkəməyə kimi verməli olduğumu göstərmirlər. Sorğularda həmin darvazanı kimin və hansı əsasla dövlət yoluna qoyub bağlanmasına aydınlıq gətirilməsini istəyirəm. Lakin sorğudakı suala konkret cavab verilmir. Yazırlar ki, torpaqdan “Şəbəkə” restoranının sahibi tərəfindən dayanacaq kimi istifadə olunur və torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsi haqda müqavilə icra hakimiyyətinin arxivində yoxdur. Bu cavabla Sabunçu Rayon İcra Hakimiyyəti “Şəbəkə” restoranının qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu isə araşdıran yoxdur”.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



  • Пограничники спасли рыбаков

    9 марта 2 человека на лодке с мотором «Yamaha-85» и бортовым номером «SA-284» отправили в пункт береговой охраны ГПС «Kələdəhnə» сигнал SOS.

    Как сообщили oxu.az в пресс-службе Государственной пограничной службы, пункт береговой охраны установил связь со сторожевым кораблем, несущим службу в южном направлении, и установил координаты лодки.

    В результате оперативно-поисковых мероприятий в 2,5 милях от берега была обнаружена рыбацкая лодка, которая в условиях сильного ветра была отбуксирована на берег.

    Рыбаками оказались жители села Шахагаджы Астаринского района Гулиев Гасангулу Агагулу оглу и Нематов Наиль Фейзулла оглу.

  • В Азербайджане родственники бросили в лесу тело подростка, пытавшегося украсть кабель

    Сотрудники полиции по горячим следам раскрыли загадочную смерть подростка, чей труп был найден в горнолесном массиве у села Халифали Шабранского района Азербайджана.

    Как сообщили 1news.az в пресс-службе Министерства внутренних дел АР, в результате совместных оперативно-следственных и розыскных мероприятий сотрудников отдела полиции и прокуратуры Шабранского района установлено, что 17-летний Эльтон Азимов скончался от удара электрическим током.

    Установлено, что Э.Азимов вместе со своими близкими родственниками Бахтияром и Тарланом Азимовыми пытался с помощью кустарно изготовленных режущих инструментов срезать и украсть кабель высоковольтной линии электропередачи с мачт, установленных у села. По неосторожности в момент совершения кражи Э.Азимова ударило током. Родственники, убедившись, что подросток умер, бросили его тело в лесу и сбежали.

    Решением суда Бахтияр и Тарлан Азимовы арестованы, по факту возбуждено уголовное дело, ведется следствие.