Month: March 2018

  • “Şəffaf fəaliyyət göstərən MMC zərər edir” – NAZİRLƏRƏ AÇIQ MƏKTUB

    “World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov, Vergilər naziri Mikayıl Cabbarova və Əmək və Əhalilin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Şəffaf Cəmiyyət naminə açıq məktub yazıb.
     
    Məktubunu “Marja”ya da göndərən E.Orucov faktlara əsasən qeyd edib ki, tam şəffaf fəaliyyət göstərən xırda bir MMC zərər edir. Səbəb vergi, sosial və digər qanuni ödənişlərin yüksək olmasıdır.
     
    Elşən Orucov məktubunda yazıb:
     
    İlk əvvəl qeyd edim ki, 2 il hazırlıq kurslarının fəaliyyəti istiqamətində MMC təsis edib direktoru olan şəxs və 5 ildən çox müxtəlif şirkətlərdə mühasib kimi təcrübəmə əsaslanaraq bu müraciətimi qələmə almışam.
     
    Cənablar, xidmət sahəsində fəaliyyət göstərən bir MMC-nin tam şəffaf gəlir və xərclərini sizin nəzərinizə çatdırmaq istərdim. Siz özünüz bu gəlir və xərclərə nəzər yetirərək vergi ödəyicilərinin hansı vergi, sosial və digər qanuni ödənişlər ödəyərək ağır şərtlərlə işlədiyini və niyə demək olar ki, 99% vergi ödəyicilərinin işçilərinin sayını az göstərdiyini və gəlirlərini gizlətdiyini mənim nümunəmdə görə bilərsiniz. Buna qarşı sistemli bir tədbirlər görməyinizi xahiş edirəm.
     
    Əgər vergi və digər rüsumlar mövcud bazara uyğun işlənib hazırlanarsa, sizə əminliklə deyirəm ki, vergi, sosial və digər qanuni ödmələrdən bu qədər yayınma halları olmayacaq.
     
    Gəlin şərti olaraq sadələşdirilmiş gəlir vergisi ödəyicisi olan xidmət sahəsində ən azı 3 il fəaliyyət göstərən “X” MMC-nin real gəlir və xərclərinə nəzər yetirək.
     
    Nəzərə alsaq ki, fəaliyyət hər hansı bir Biznes Mərkəzində olduğu üçün xadimə xərcləri tələb olunmur.
     
    MMC Hazırlıq kurslarının fəaliyyəti ilə məşğuldur.
     
    -İlkin əmlakın (ofis avadanlıqlarınn) dəyəri 15,000 AZN
    -Stabil olaraq orta hesabla bu MMC-nin aylıq 120 tələbəsi olur.
    -Orta hesabla hər bir tələbədən 50 AZN olarsa, ayda 6,000 AZN gəlir olur.
     
    MMC-nin 4-ü daimi heyət və 8-i xidmət müqaviləsi olmaqla 12 nəfərdən ibarət işçi heyəti var. Maaşlar xalis əmək haqqı ilə
     
    1.Direktor – 807.97 AZN (Ümumi maaş (950 AZN-173*14%)-108.78 AZN və ya 14% gəlir vergisi, 28.50 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 4.75 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
     
    Bundan əlavə, direktora görə 209 AZN (950 AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 4.75 AZN (950AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
     
    2.Mühasib – 453.22 AZN (Ümumi maaş (520AZN-173*14%)-48.58 AZN və ya 14% gəlir vergisi, 15.60 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.60 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
     
    Bundan əlavə, mühasibə 114.40 AZN  (520AZN*22%) sığortaeedənin hesabın DSMF ödənişi, 2.60 AZN  (520AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
     
    3.Ofis inzibatçısı – 358.34 AZN (Ümumi maaş (405AZN-173*14%)-32.48 AZN və ya 14% gəlir vergisi, 12.15 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.03AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
     
    Bundan əlavə, ofis inzibatçısına görə 89.10 AZN və ya 22% (405AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 2.03 AZN (405AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
     
    4.Marketinq mütəxəssisi – 400 AZN + 200 bonus =609.97 AZN (Ümumi maaş (710AZN-173*14%)-75.18 AZN 14% gəlir vergisi, 21.30 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 3.55 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi.
     
    Bundan əlavə, marketinq mütəxəssisinə görə 156.20 AZN (710AZN*22%) sığortaeedənin hesabına DSMF ödənişi, 3.55 AZN (710AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
     
    Müəllimlər Xidmət üqaviləsi ilə işə götürüldüyündən ümumi gəlirlərin 50 %-i onlara ödənilir.
    5.İngilis dili müəllimi – 25 tələbə (Gəlir-1250 AZN)
    6.İngilis dili müəllimi – 15 tələbə (Gəlir-750 AZN)
    7.İngilis dili müəllimi- 15 tələbə (Gəlir-750 AZN)
    8.Rus dili müəllimi – 18 tələbə (Gəlir-900 AZN)
    9.Rus dili müəlimi – 12 tələbə (Gəlir-600 AZN)
     10.Rus dili müəllimi – 10 tələbə (Gəlir-500 AZN)
     11.Kompüter müəllimi – 15 tələbə (Gəlir-750 AZN)
     12.Kompüter müəllimi – 10 tələbə (Gəlir-500 AZN)
     
    Ümumi Aylıq Gəlirlər = 6,000AZN
    Ümumi Aylıq Xərclər = 7,611.63 AZN
    Aylıq zərər = -1,611.63 AZN
     
    Aylıq xərclər (siyahı ilə)
    -Müəllimlərə xidmət haqqı -3,000 AZN
    -İcarə haqqı – 1200 AZN
    -İcarəyə görə 14% ÖMV – 168 AZN
    -Bu gəlirdən də 4% gəlir vergisi – 240 AZN
    -İşçilərə görə illik İcbari tibbi sığorta xərci təxmini və bərabər aylara bölməklə – 10AZN
    -Xalis əmək haqqı – 2,229.50 AZN
    -Sığortaedənin hesabına 22% DSMF ödənişi – 568.70 AZN
    -Sığortaedənin hesabına 0.5% İşsizlikdən sığorta haqqı ödənişi – 12.93 AZN
    -İllik Əmlak vergisi bərabər şəkildə aylara bölünməklə təxmini – 12.50 AZN
    -Ofis ləvəzimatları xərcləri – 70 AZN
    -Digər xərclər – 100 AZN
     
    Tam şəffaf fəaliyyət göstərən xırda bir MMC-nin aylıq 1,843.63 AZN zərərlə işlədiyini görəcəksiniz.
     
    Bu zərəri qarşılamaq və həmçinin gəlir əldə etmək üçün MMC məcbur olur ki, bütün işçilərin maaşlarını olduğundan 4 dəfə aşağı, icarə haqqını 3 dəfə aşağı, tələbələrin sayını 3 dəfə aşağı və digər bütün qanuni ödənişləri dəfələrlə aşağı göstərsin.
     
    Ümid edirəm, məktubum bir çox dairələrdə müzakirə olunaraq nəzərə alınacaq.
     
    Qeyd: Bütün ödənişlər 1 yanvar 2018-ci il mövcud qanunvericiliyə əsasən hazırlanmışdır”./marja.az

  • DYP rəsmisi məmur oğlunun öz polis yoldaşını vurmasını təsdiqlədi – ”Kağız kəsən alətlə vurub”

    Beyləqan rayonunda xanım məmurun polis oğlunun iş yoldaşını bıçaqlaması ilə bir-birinə zidd açıqlamalar verilir, xəbərlər yayılır.

    Criminal.az baş vermiş hadisənin təfərrütanı öyrənməyə çalışıb. Əldə etdiyimiz məlumata görə, hadisə yol polis əməkdaşları xidmətdə olan zamanı söyüş üstündə baş verib. Bundan sonra mübahisə yol polis bölməsində davam edib və sonda qanlı hadisə baş verib.

    Hadisənin təffərrütına keçməmişdən əvvəl xatırladaq ki, qanlı olay martın 10-da axşam saatlarında Beyləqan rayonu ərazisində baş verib.

    Criminal.az saytına verilən məlumata görə, Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib. Hətta Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a faktı təsdiq edib. Bildiribki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

    Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib. Polis rəisinin sözlərinə görə, hadisən ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə ilk olaraq məzuniyyətdə olduğundan məlumatsız olduğunu desə də, sonradan faktı təkzib edib.


    Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova
     
    Xuraman Rüstəmova Criminal.az saytına açıqlamasında Beyləqan rayon yol polis bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib. X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ”Hadisə polislərin idman saatında, məşq edən zaman olub, güləşərkən yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki işdədir. Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur”.

    Soldakı Tural Əliyevdir.

    Diqqətli oxucuların nəzərindən qaçmadı ki, baş vermiş hadisənin hansı şəraitdə, necə baş verməsi ilə bağlı ziddiyətli açıqlamalar verilib. Lakin Criminal.az saytının əldə etdiyi məlumata görə, T.Əliyevlə Namiq Zeynalov arasında mübahisə xidmətdə olan zaman baş verib. Mübahisə zamanı N.Zeynalov Turala qarşı nalayiq ifadələr işlədib. Bu zaman əsəbləşən Tural Əliyev ona bir zərbə vurub.

    Bundan sonra N.Zeynalov polis bölməsinə gələrək T.Əliyev barəsində rəhbərliyə raport yazmaq istəyib. İş yoldaşının belə hərəkətindən əsəbləşən T.Əliyev ona 4 bıçaq zərbəsi endirib. Onlardan yalnız biri N.Zeynalovu kürəyindən yaralayıb.

    Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə bıçaqlanma deyil. Şöbə rəisinin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər.

    ”Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir. Hadisə necə olubsa, araşdırılacaq. tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər. Güləş zamanı alınan xəsarət deyil. Kəsici alətin yaratdığı xəsarətdir. İstənilən halda araşdırma nəticəsində məlum olacaq. Dəqiq informasiyanı Beyləqan polis şöbəsindən alın. Bizdə məlumat var, gizlədilməsi mümkün deyil. Lap təsadüf nəticəsində baş veribsə belə, xidməti araşdırma aparılacaq”-deyə BDYP rəsmisi vurğuladı.
    Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisidir.

  • Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

    Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır?

    “Qədərdən qaçmaq olmaz”a inanlardanam. Fevralın 1-də Bakının Nizami rayonu ərazisində sağ tərəflə hərəkət edən avtomobil xarab olub yolda dayandığı üçün məcbur olub solundan keçdim və svetaforun qırmızı işığına düşdüyümdən yaşılı gözləməli oldum. Məndən arxada da DYP avtomobili dayanmışdı. Oradan üç yüz metr aralanandan sonra gördüm həmin DYP avtomobili təqib edir, halbuki təqib qanunla birmənalı şəkildə qadağandır. Saxlayıb gözlədim, inspektor gəlmədi, məcbur olub özüm düşdüm. İzah etdi ki, qarşıdan gələn avtomobillərin yoluna çıxıb saxlamışdın, mən də gözlədim qayda pozuntusunu sona qədər icra edəsən, ona görə də sonradan qovub saxlatdım və s. Mən də izah etdim ki, məndən sağdakı avtomobil hansısa səbəbdən qarşıda saxlayıb hərəkətə mane olurdu, mən də məcburən sola keçdim və asfaltda heç bir nişalanma xətləri olmadığından qarşı yola çıxmağımın da fərqində olmamışam, istəsən gedib birlikdə baxaq orda xətt var, ya yox?

    İnspektor dedi ki, guya mənə 4 ballıq, 100 manatlıq cərimə düşür, çünki əks yola çıxıb dayanmışammış. Yaxşısı budur, 3 ballıq, 60 manatlıq cəriməyə “hə” deyim, məsələ bitsin. İşə tələsirdim deyə, mübahisə nəticəsində işə gecikcəyim dəqiq idi, bu səbəbdən də protokola imza atdım. Bir haşiyə çıxıb bildirim ki, sonradan məsələnin dəqiq araşdırılması ilə bağlı müvafiq qurumlara onlayn müraciət etsəm də, bir nəticəsi olmadı, bu günə qədər araşdırmanın nəticəsi barədə heç bir məlumat verilməyib.

    Sonradan əmin oldum ki, inspektor məni saxladanda vəzifəsindən sui-istifadə edərək, yalan məlumat verib. Çünki yazılan protokolda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qayda pozmağım iddia olunur. Bu da tətbiq olunan ən ağır cərimədir. 4 ballıq, 100 manatlıq cərimə tətbiq olunmasına əsas verən qayda pozuntusu tötətməyim barədə isə söhbət gedə bilməz. Hətta polisin “saxla” tələbinə əməl etməyənlərə səksən manatlıq cəza tətbiq olunur. Belə çıxır ki, məqsəd, sürücüləri daha ağır cəza ilə qorxudub, öz istədikləri cəzanın təıtbiqinə razı salmaqdır. Halbuki son 5 il ərzində hesabımda heç bir qayda pozuntusu yox idi.
    Bir vacib məsələni də qeyd edim ki, İnzibati Xətalar Məcəllsinin 327.2-ci maddəsində həm də böyük bir boşluq var- maneəni kənardan keçməklə bağlı. Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır? Yoxsa cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

    Dünən səhər yol polisinin daha bir “sürprizi” iə qarşlılaşdım. Fevralın 5-də, saat 7.56-da “Nargilə” kafesinin yaxınlığından keçəndə radar avtomobilimi çəkib ki, sığorta müddəti bitib. Bundan cəmi 2 saat sonra isə yeni sığorta müqaviləsi qüvvəyə minib. Amma araşdrma aparılmasına baxmayaraq, 2 saat fərqinə görə mənə 50 manatlıq cərimə tətbiq olunub. Halbuki sığorta müqaviləsinin sistemə 2 saat gec oturdulması mənim günahım deyil və bu 2 saat müddətində də heç bir nəqliyyat hadisəsi törətməmişəm. MMX məlumatlarını araşdıran şəxslər bunu nəzərə alaraq, cərimə tətbiq etməyə bilərdilər, amma ediblər.

    P.S. “Arqumentı i faktı” qəzetində Riqa şəhər dövlət yol polisi idarəsi rəisinin müsahibəsini oxumuşdum. Deyirdi ki, birinci dəfə qəsdən qayda pozmayanlara güzəşt edilməsi barədə göstəriş verib. Bu həm də sürücülərlə yol polisləri arasında qarşlııqlı etimadın gücləndirilməsinə səbəb olur. Çünki yol polisi qayda pozulmasının və cərimə tətbiq olunmasının deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin marağında olmalıdır.//avrasiya.net

  • Найдены тела пассажиров разбившегося частного турецкого самолета

    Спасатели обнаружили тела десяти человек, погибших в результате крушения частного турецкого самолета на западе Ирана, сообщает агентство Mehr со ссылкой на иранское Общество Красного Полумесяца.

    Ранее сообщалось, что в ближайшие часы в Иран прибудут официальные представители Турции и родственники жертв катастрофы.

    * * * * *

    Бортовой самописец обнаружен на месте крушения частного турецкого самолета в Иране. Об этом сообщило в понедельник агентство IRNA со ссылкой на местные власти.

    По сведениям агентства, черный ящик будет доставлен специалистам для расшифровки. В ближайшее время в Иран прибудет специальный рейс с представителями турецких властей и родственниками жертв катастрофы, отмечает агентство.

    Частный самолет, принадлежавший турецкому инвестиционному холдингу Basaran, следовал рейсом из Шарджи (ОАЭ) в Стамбул и исчез с экранов радаров в воскресенье в 18:50 по местному времени. Он упал недалеко от города Шахре-Корд, в горном районе на юго-западе страны, в 400 км от Тегерана. На его борту находились 11 человек: восемь пассажиров, в том числе 28-летняя дочь председателя совета директоров компании – Мина Башаран, а также три члена экипажа. Все они погибли.

  • В Баку женщина ограбила аптеку

    В Баку было совершено нападение на аптеку, сообщает пресс-служба МВД.

    Согласно информации, неизвестное лицо, придя в аптеку в поселке Баладжары и угрожая ножом сотруднице заведения Х. Наджафовой, забрало из кассы 165 манатов.

    В результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками 6-го отделения Бинагадинского районного управления полиции, задержана подозреваемая в совершении преступлении – жительница Баку, ранее судимая Айгюн Алиева.

  • Миллионы людей могут умереть

    Специалисты Всемирной организации здравоохранения (ВОЗ) предупредили, что существует высокая вероятность новой глобальной эпидемии, причиной которой станет пока еще не идентифицированная инфекция, называемая «болезнью Икс».

    Как передает Median.Az, об этом пишет издание Science Alert.

    Исследователи составили список заболеваний, которые могут охватить все человечество. В него были включены вирусные геморрагические лихорадки Ласса, которая распространилась в Нигерии, и Эбола, унесшая в 2014-2015 годах более 11 тысяч жизней. Кроме того, ученые считают чрезвычайно опасными такие инфекции, как лихорадка Марбург, лихорадка Крым-Конго, ближневосточный респираторный синдром, тяжелый острый респираторный синдром и болезнь Зика.

    Врачи также поместили в перечень «болезнь Икс», поскольку считают, что пандемия может быть вызвана неизвестным пока заболеванием, которое окажется таким же смертоносным, как испанский грипп начала прошлого века. Ученые планируют заранее подготовить меры для борьбы с опасной инфекцией, чтобы быстро реагировать на любую потенциальную угрозу.

    «Испанка» — массовая эпидемия гриппа в 1918-1919 годах. По оценкам ученых, вирусом были заражены 550 миллионов человек, погибли 50-100 миллионов.

  • Bakıda kişi özündən 15 yaş kiçik qıza avtobusda sataşdı – hər kəs bu videodan danışır (VİDEO)

    Bakıda 202 nömrəli avtobusda baş verən hadisə sosial şəbəkə istifadiçələrini qəzəbləndirib.

    Baku.ws-in məlumatına görə, sosial şəbəkədə yayılan videoda bir kişi özündən 10-15 yaş balaca xanıma öz nömrəsini zorla vermək istəyir.

    Videonu çəkən şəxs bildirib ki, qız yerində oturub ağlayırdı. Kadrlardan da göründüyü kimi sonda qız məcbur olur durur və avtobusu tərk edir.

    Sosial şəbəkələrdə yayılan video qısa zamanda minlərlə insan tərəfindən izlənilib. İnsanlar qıza sataşan şəxsə təhqirlər yazıb.

    Həmin sözügedən görüntüləri təqdim edirik:

  • Bakıda DƏHŞƏT: 8 ildir dayısının zorladığı 14 yaşlı qızdan ŞOK AÇIQLAMA – VİDEO

    Bakıda dayısı tərəfindən zorlanan 14 yaşlı qız danışıb.

    Baku.ws-in məlumatına görə, Space TV-də 14 yaşlı Jalə (ad şərtidir – red.) haqqında reportaj hazırlanıb.

    Təcavüzə məruz qalan Jalə bildirib ki, dayısının onu zorlamasından valideynlərinin, xalalarının xəbəri olub. Lakin heç nə etməyiblər.

    Daha sonra ana uşağı Azərbaycan Uşaqlar Birliyinə təhvil verib. Jalənin 8 ildir dayısı tərəfindən zorlandığının üstü burada açılıb.

    Hüquq-mühafizə orqanlarına dərhal xəbər verilib və dayı tutulub.

    Ətraflı videomaterialda.

  • Səhiyyə Nazirliyindən 1200 məktəblinin abort etdirməsi ilə bağlı məlumatlara RƏSMİ MÜNASİBƏT

    Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Median.Az-in məlumatına görə, S.Məmmədova Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.

    S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

    “Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

    Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:

    “Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə – tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

    Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.

  • Aygünlə Tünzalə bir araya gəlib görüşmədilər – VİDEO

    Gecələrin birində iki küsülü məşhur yenidən bir araya gəlib. Söhbət xalq artisti Aygün Kazımova və əməkdar artist Tünzalə Ağayevadan gedir.

    Baku.ws xəbər verir ki, Kazımova Ağayevanı görməzdən gəlib. Hətta xalq artisti bir baxışını belə əməkdar artistə qıymayıb. Tərəflər bir sırada əyləşsələr də onları bir-birindən həmkarları ayırıb.

    Hər iki ulduz sənət yoldaşları ilə deyib gülsələr də, bir-biri ilə nə kəlmə kəsdilər, nədə ki göz-gözə gəldilər. Məclisdə məşhurların aralasında yaşanan gərginlik pik həddə çatıb.

    Gecədə lentə alınan görüntüləri sizə təqdim edirik: