Month: March 2018

  • Yanğında ölənlərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlandı

    Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.

    Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov azvision.az-a açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.

    Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.

    Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

  • В Джейранбатане автомобиль сбил двух школьниц

    Как сообщает Median.Az, на трассе Баку-Сумгайыт, на территории поселка Джейранбатан неизвестный автомобиль сбил двух школьниц – Назрин Джандирову (2001-го года рождения) и Хадиджу Мамедзаде (2005-го года рождения), после чего скрылся с места происшествия.

    Потерпевшие были доставлены в больницу.

    В Апшеронском РУП по факту ведется расследование.

  • Bakıda ana və iki uşağını maşın vurub

    Bakıda yük maşını ana və iki uşağını vurub, sürücü hadisə yerindən qaçıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb.

    Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub.

    Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

    A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

  • FHN əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə əməl edilməsi ilə bağlı əhaliyə müraciət edib.

    Müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

    bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

    tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

    tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

    tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

    yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

    Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.

  • Pornoulduz Trampı məhkəməyə verdi

    Pornoulduz Steffani Klifford Donald Trampı məhkəməyə verib.

    Oxu.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu iddianın səbəbi Trampla əlaqə barədə informasiyanın açıqlanmaması haqqında bağladığı razılıq olub.

    Böyüklər üçün kino ulduzu deyir ki,ondan fərqli olaraq, prezident razılığa qol çəkmədən onu öz vəkili Maykl Koenə yönləndirib. Aktrisa tələb edir ki, bu razılıq etibarsız elan olunsun.

    Klifford və Trampın 2006-2007-ci illərdə seksual əlaqələri olub. Bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının qızğın vaxtında Koen pornoulduza 130 min dollar ödəyib. Daha sonra Ağ Ev bunun yalan məlumat olduğunu bildirib.

    Bununla belə, 2011-ci ildə Klifford “In Touch Weekly” jurnalına milyarderlə yaşadığı seks barədə ətraflı məlumat verib:

    “Qeyri-adi heç nə baş vermədi, elə dərslikdəki kimi oldu. Hər şey bir pozada baş verirdi, elə onun yaşında olan bir insandan gözlənildiyi kimi”, – deyə pornoulduz qeyd edib.

    Qeyd edək ki, fevralın 16-da keçmiş “Playboy” modeli olan Karen Makduqalın onun milyarder Donald Trampla sevgi əlaqəsindən xəbər verən əlyazması “New Yorker” jurnalında nəşr olunub.

    ABŞ-ın gələcək prezidentinin 2006-2007-ci illərdə bir-birilə heç zaman rastlaşmayan iki məşuqəsi olub.

  • Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər – SİYAHI

    Azərbaycan vətəndaşlarının 2018-ci ildə vizasız gedəcəyi ölkələrin siyahısı açıqlanıb.

    Ölkə vətəndaşlarının 29 ölkəyə getməsinə viza tələb olunmur.

    Bunlara Albaniya, Baham adaları, Barbados, Belarus, Haiti, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kolumbiya, Makedoniya, Malaziya, Moldova, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, Monteneqro, Ekvador və sair ölkələr daxildir.

    Azərbaycan vətəndaşları 32 ölkəyə daxil olarkən viza alırlar. Bu dövlətlər Banqladeş, Laos, Madaqaskar, Maldiv adaları, Nepal, İordaniya, Zimbabve və sairdir.

    Ölkə vətəndaşlarının vizasız getdiyi, eləcə də ərazisinə daxil olarkən viza aldıqları dövlətlərin siyahısı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz:


    /sputnik.az

  • Prezident Bakı Statistika İdarəsinin yeni binasının açılışında – FOTO

    Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

    Prezident İlham Əliyev açılışda iştirak edib.

    Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

    Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə prezidentə məlumat verib.











  • Qadın həbsxanaya “iPhone” keçirmək istədi – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

    Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsayev Elmi Əmin oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası, Quba rayon sakini İsayeva Qəribə Nazrənməd qızının üzərinə və əşyalarına baxış keçirilərkən pul qabının içində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “iPhone” markalı mobil telefon aparatı aşkarlanıb.

    Qeyd olunan faktla bağlı araşdırma aparılır./oxu.az

  • DTX əməliyyat keçirdi, iki terrorçu məhv edildi

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

    Bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.

    Martın 6-da cinayətkar birliyin üzvlərindən – Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb, silahlı müqavimət göstəriblər.

    Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov zərərsizləşdirilib.

    Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.

    Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

  • “Google” gələcəyin kompüterini yaradıb

    Google şirkətindən olan bir qrup tədqiqatçı 72 yüksək ötürücülüklü kubitlərdən istifadə olunduğu kvant prosesorunu yaradıb.

    Oxu.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

    Qeyd edək ki, kvant kompüterlər xüsusi “bit” növləri sayılan “kubitlərlə” çalışır. Klassik bitlərdən fərqli olaraq, bütün bu elementlər eyni vaxtda həm sıfır, həm də vahid şəklində ola bilir. Bu özəllik tam yeni hesablama alqoritmləri tərtib etməyə imkan verir.

    Kvant kompüterlərinin yaradılmasında əsas problem, çoxsaylı kubitlərlə bağlı hesablamalar və məlumatların yazılması zamanı xətaların ortaya çıxmasıdır. Kubitlərin sayı çox olduqca, problemin miqyası da daha böyük olur.

    “Google” komandası bu problemi həll etdiklərini iddia edir. Tədqiqatçıların təqdim etdiyi 72-kubitli kvant prosessoru, sələfi – 9-kubitli prosessorun sxemi əsasında hazırlansa da, yeni kompüterdə kubitlər zəncirvari şəkildə bir-birinə bağlı deyil.

    Onlar bir-birinin üzərində yerləşən iki “6*6” kvadrat massivini formalaşdırır. Belə mövqe hesablama zamanı meydana gələn xətaları müəyyən edib, aradan qaldırmağa imkan verir.

    ABŞ-ın informasiya texnologiyaları nəhəngi super-kompüterin xarakteristikası ilə bağlı təfsilatları açıqlamasa da, şirkət rəsmilərinin sözlərinə görə, qurğu kvant mükəmməlliyinə nail olmaq, ən mürəkkəb tənliklərini yerinə yetirmək imkanı yaradır.