Month: March 2018

  • Девятиклассники сдадут выпускные экзамены

    11 марта в 27 городах и регионах республики состоится первый этап выпускных экзаменов для учеников IX класса.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 11 марта 2018 года первый этап выпускного экзамена будет проходить для выпускников средних школ (IX класс) Сумгаита, Абшерона, Гянджи, Гейгеля, Самуха, Нафталана, Геранбоя, Дашкесана, Шеки, Огуза, Габалы, Лянкярани, Астары, Биласувара, Агсу, Зардаба, Шамахы, Кюрдамира, Агдама, Евлаха, Барды, Тертера, Имишли, Саатлы, Сабирабада, Хачмаза и Шабрана.

    Всего в этот день экзамены будут сдавать 39496 учеников.

    Ученики, которые будут сдавать этот экзамен, смогут до 4 марта распечатать «Экзаменационный лист», через интернет. Вместе с пропускными листами им будут представлены «Памятки». На них имеются несколько важных советов и остальная необходимая информация по процессу экзамена, а также правила, которым они должны следовать.

    Экзамен начнется в 11.00.

    Учащиеся должны представить следующие документы:

    – пропускной лист на экзамен;
    – подлинник документа, подтверждающий личность:

    а) удостоверение личности гражданина Азербайджанской Республики (включая учащихся, которым не исполнилось 16 лет).

    б) разрешение, на временное пребывание, выданное Государственной Миграционной Службой иностранцам и лицам, не являющимся гражданами, а также удостоверения граждан, получивших статус беженца, и членам их семей.

    – Учащиеся, не имеющие фотографии в удостоверении личности, помимо других документов, должны предоставить справку, выданную учебным заведением, на которую приклеена фотография (фотография должна быть размером 3х4 и утверждена печатью).

  • МЧС учит правильно разжигать костер

    Министерство по чрезвычайным ситуациям обратилось с предупреждением к населению в связи с праздником Новруз.

    Как передает Median.Az со ссылкой на МЧС, министерство призвало соблюдать правила пожарной безопасности в праздничные дни:

    – несовершеннолетние, собирающиеся вокруг праздничных костров, должны обязательно находиться под контролем взрослых;

    – костры следует разжигать вдали от электролиний, деревьев, автомобилей, домов и других воспламеняющихся материалов;

    – пламя должно контролироваться, пока оно полностью не погаснет;

    – во время совершения прыжков через костер, одежда по неосторожности может загореться, что приведет к ожогам;

    – зажженные свечи не должны оставаться вне контроля;

    – если используются пиротехнические средства, то следует серьезно придерживаться правил безопасности.

    Помните: в закрытых пространствах запускать салюты нельзя!

    При возникновении любой опасности следует обращаться в службу «112».

  • Anarın keçmiş həyat yoldaşı reperin 18+ videosundan danışdı (VİDEO)

    Azərbaycanlı reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin bu gün qonağı olub.

    Baku.ws xəbər verir ki, reperin keçmiş arvadı Anjelika bir göz qırpımında dağılan ailəsi ilə bağlı canlı efirdə ürəkdağlayan etiraflar edib:

    “Onlar 3 qardaşdır. 3-ü də bir evdə qalır. Halbuki, o ev bizim özümüzün idi. Ailə quranda da deyilmişdi ki, qaynanalı-qaynatalı bir evdə yaşayacağıq. Bunu da mən qəbul etmişdim. O evə gəlin kimi köçməmişdim, mən ora onların qızı kimi köçmüşdüm. Nə qaynanam, nə qaynatam deyə bilməz ki, mənim bu vaxta qədər dırnağın ucu boyda zərərim dəyib”.

    Anjelika həmçinin həyat yoldaşının yayılan 18+ videosundan da bəhs edib. O bildirib ki, baxmayaraq ki Anar məni o videonun yayılmasında suçlayır, amma mənim bu videoya adiyyatım belə yoxdur. “Görüntüləri mən yaymamışam” deyə Anjelika yaranan video qalmaqalına aydınlıq gətirib.

    Anarın eks həyat yoldaşının canlı efirdə heyrət dolu açıqlamalarını sizə olduğu kimi təqdim edirik:

  • Rəhimdən sərt sözlər: “Günü-gündən hörmətdən düşürlər” – VİDEO

    Bəstəkar-müğənni Rəhim Rəhimli son günlər həmkarlarının barışıq addımlarını həm qınıyıb, həmdə onların bostanlarını daş qalaq edib.

    Baku.ws-in məlumatına görə, Rəhimli “Xəzər maqazin”ə müsahibə verərək bu cür barışıqların şoudan başqa bir şey olmadığını dilə gətirib:

    “İl boyu 11 ay dava-dalaş et, bir-birinə təhqir yağdır, sonra reklam xatirinə filankəslə barış, “bağışla, üzrlü say” de. 11 ay boyunca siz harada idiniz? Bir-birinizə nələr demədiniz. Ona görə sənətçilər günü-gündən hörmətdən düşür. Şan-şöhrət bu gün var, sabah yoxdur. Amma avtobusda, metroda gördüyümüz insanların səmimiyyəti davamlı olmalıdır. Hər kəs yerini bilməlidir”.

    Rəhim Rəhimlinin iddiyalı çıxışını sizə təqdim edirik :

  • Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yandı

    Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.

    Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.

    Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

  • Erməni qadın 30 il sonra Bakıya qayıtdı – VİDEO

    Ötən gün əslən erməni olan İrina Berçinyan Bakıya gəlib.

    Oxu.az-ın məlumatına görə, digər Bakı erməniləri kimi, o da 30 il sonra Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyilə Azərbaycan paytaxtına qayıdıb.

    İrina Bakı haqqında əslən azərbaycanlı olan ərindən öyrənib. Doğulduğu və böyüdüyü şəhəri, o, erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarından sonra tərk edib.

    Qadın qeyd edir ki, 1980-ci illərin sonunda ailəsi ilə birgə Rusiyaya köçüb.

    30 il sonra İrina Berçinyan azərbaycanlı əri ilə Bakı küçələrində gəzir.

  • Bakının mərkəzində evlilik təklifi – VİDEO

    Gənc qız Bakının mərkəzində sürprizlə qarşılaşıb.

    Minval.info xəbər verir ki, o, paytaxtın Nizami küçəsində sevgilisi tərəfindən evlilik təklifi alıb. Sevgilisinin bu addımı gənc qızı təəccübləndirib.

    Oğlanın həmin küçənin divarından ingilis dilində üzərində “Mənim şəhzadəm! Mənimlə evlənərsənmi?” yazılmış plakat açıb.

    Daha sonra sevgilisinin nişan barmağına üzük taxıb. Bununla qız evlilik təklifini qəbul edib.

    Ardınca gənclər qucaqlaşaraq sevinclərini belə büruzə verib.

  • Aeroport yolunda böyük tıxac

    Bu gün səhər saatlarında aeroport yolunda böyük tıxac yaranıb.

    Bununla bağlı məlumatı sürücülər sosial şəbəkədə paylaşıb. Qeyd olunub ki, avtomobil sıxlığı hazırda tikinti işləri aparılan ərazidə müşahidə olunur.

    “Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxlayıb. O bildirib ki, prospektdə hər hansı bir hadisə baş verməyib. Sadəcə olaraq günün pik saatlarında yaşanan ənənəvi sıxlıq müşahidə olunub. Hazırda nəqliyyatın hərəkəti bərpa olunub.

  • “Sovetski”də genişmiqyaslı söküntüyə başlanılır

    Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə (“Sovetski” adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq.

    Median.Az xəbər verir ki, bu barədə Day.Az-a Yasamal RİH-dəki mənbə bildirib.

    Xatırladaq ki, əvvəllər bildirilirdi ki, “Sovetski” ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə “Təzə Pir” məscidindən yuxarı – Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.

  • “Şagirdlər bir-birinə evdəqalmış kimi baxırlar” – İşə qaloşla gedən müəllimə (VİDEO+FOTO)

    Qubaya çatıb Möhüc kəndinə getmək üçün taksilərlə maraqlanırıq. Qiymət bir az baha gəlir. Ancaq yaxınlaşdığımız bütün sürücülər sanki sözləşmiş kimi eyni cümləni deyir: “Xanım, siz o kəndin yollarını bilmirsiz!”

    Bilmirik, öyrənərik deyib yollanırıq gənc müəlliməmiz Gülşən Yolçubəylinin dərs dediyi kəndə. Çala-çuxur, bir qədər palçıqlı dağ yolunu qalxdıqca həm iqlim, həm də ətraf mənzərə yavaş-yavaş dəyişir. Sarı palçıq tam olaraq ağ qarla əvəzlənəndə artıq dağ başına, yəni kəndə yaxınlaşdığımızı hiss edirik.

    Reportaj üçün Gülşən müəllimə ilə çoxdan razılaşsaq da, hava şəraitinə görə gedib çıxa bilmirdik. Deyir ki, hər dəfə bizim kəndə qonaq gedəcəyimizi şagirdlərinə deyəndə uşaqlar dərsə bəzənib-düzənib gəlibmişlər. Elə bu gün olduğu kimi. Onları çox həsrətdə qoymayıb birbaşa məktəbə yollanırıq. Bizi ilk qarşılayan da elə balacalar oldu. Pəncərədən boylanıb bizə əl edirdilər.

    Girişdə xeyli ayaqqabı görürəm: “Müəllimə, təzə məktəb olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. Hətta ayaqqabıları da soyunub girməliyik?” – deyərək əyilirəm ayaqqabımı çıxarmağa.

    – Yox, yox, yollar palçıq olduğu üçün çoxu məktəbə kimi qaloş və ya başqa ayaqqabı ilə gəlib burada dəyişir. Əvvəllər mənə də qəribə gəlmişdi. Evdən çıxanda dedilər ki, qərəbliləri geyinim. Əvvəlcə heç nə anlamadım. Sonra başa düşdüm ki, burada qaloşa qərəbli deyirlər və məni xeyli palçıqlı yol gözləyir. Xoşbəxtlikdən qaldığım ev məktəbin yanındadır.

    – Möhücə gəlmək gözlədiyimdən daha çətin imiş. Gediş-gəlişdə hər hansı problem olmur ki?

    – Artıq öyrəşmişik. Düzü, atam deyir ki, mən bu kəndə çatana kimi 10-15 oğlunu əsgərliyə göndərib gətirər. Ancaq əvvəl işlədiyim kəndin daha ucqar ərazidə olduğunu nəzərə alsaq, bu yol elə də uzaq gəlmir.

    Uzun zamandır, yolumuzu gözləyən Gülşən müəllimənin rəhbəri olduğu sinfə qalxırıq. Onun sözlərinə görə, bu sinfi özü seçib ki, kiçik yaşlarından şagirdlərinin düşüncəsinə yaxşı mənada təsir edə bilim:

    “Dərs dediyim yuxarı siniflər də var, ancaq o yaşda hansısa fikirləri dəyişmək çətin olun. Məsələn, 9-cu sinfin qızları bir-birlərinə artıq evdəqalmış kimi baxırlar. Oğlanların psixologiyası da tam fərqlidir. Nə qədər çalışsam da, onlarda bəzi düşüncələri dəyişə bilmədim. Odur ki, aşağı sinifdən özüm yetişdirmək qərarına gəldim. Burada 17 şagird var. Yaşım az olsa da, onları balam kimi görürəm. Elə olur ki, gecə yatanda da onları fikirləşirəm. Sonra öz-özümə gülürəm ki, bu nə hisslər, sevgidir belə?

    Əvvəllər görürdüm ki, uşaqlar arasında müəyyən ayrı-seçkilik var. Bir şagirdim digərlərinə baxanda nisbətən gec qavrayır, imkanları da elə də yaxşı deyil. Onunla oynamaq istəmirdilər. Bir gün nəzakətlə dərs izah edəndə başladı ağlamağa. Pərt oldum. Sən demə, əvvəl müəllimlər həmişə onun başına vurub, qanmaz olduğunu deyirlərmiş. Mənim xoş rəftarım ona təsir edib”.

    Dərs bitsə də, uşaqların evə tələsməməsi diqqətimizi çəkir. Sən demə, müəllimə onlara söz verib ki, dərsdən sonra birlikdə qartopu oynayacaq:

    “Dərsdən sonra oxu saatımız olur. Ya da qar yağanda birlikdə əylənirik. Bu gün də söz vermişəm ki, dərslərini yaxşı oxusalar, onlarla qartopu oynayacam”.

    Müəllimə sözünün üstündə durub uşaqlarla qartopu oynadıqdan sonra evə yollanırıq. Dediyinə görə, çox mehriban bir ailə ilə birgə qalır. Yaxınlıqdakı gölü göstərib deyir:

    “Təyinatım bu kəndə çıxanda mənə dedilər ki, mərkəzdə göl də var. Mən də ətrafında quşlar olan, yaşıllıq içində böyük bir yer təsəvvür etmişdim. Gələndə gördüm ki, sadəcə qurbağalar quruldayan balaca bir yerdir. Bir xüsusiyyəti var ki, qışda donanda uşaqlar üstündə futbol oynayırlar”.

    Qapıda bizi Məlahət xanım qarşılayır. Gülşən müəlliməyə deyir ki, otağı istidir, qalxsın, yoldaşı ilə indi gələcək. Qalxırıq, kitablarla əhatələnmiş balaca bir otaq. Burada gənc müəlliməmiz özü üçün kiçik bir dünya yaradıb. Deyir ki, internet, işıq olmadığı zamanlarda onun harayına yalnız kitablar çatır:

    “İnternetin sürəti yox kimidir. İşıq söndüsə, burada həyat dayanır. Özüm film izləməyi çox sevirəm. Bir-iki günlük Qubaya, Bakıya gedən kimi tez siyahısını tutduğum filmləri yükləyirəm ki, burada izləyə bilim. Yoxsa, başqa bir edəcəyim iş yoxdur. Hə, bir də su gətiririk (gülür) ”.

    Kəndin hazırda içməli su problemi olduğu üçün sakinlər ayaqlarını qalın geyinib dərəyə su gətirmək üçün gedirlər. Gedib-gəlməsi heç də asan olmayan palçıqlı yol artıq sakinlərin gündəlik həyat tərzinə çevrilib.

    – Çətinlikləri bir-bir özünüz sadalayırsız. Bəs necə olub ki, illərdir ucqar dağ kəndlərində yaşaya bilirsiz?

    – Universiteti bitirəndə istəyirdim ki, çox uzaq, ucqar bir kəndə düşüm. İnsanın həyatında nələrisə dəyişmək və yaxud hamıdan qaçmaq istədiyi məqamlar olur. Deyəsən məndə də elə bir situasiya idi. Uzaqlıqlara baxıb kilometri ən çox olanı seçirdim. Hələ bu nədir ki?! Əvvəl qaldığım kənd tam dağın başında idi. Odun qırırdıq, evdə təzək yandırırdıq. Aylarla şəhərə gediş-gəlişimiz olmurdu. Bəzən elə olurdu ki, ərzağımız bitirdi, alternativ yollar axtarırdıq. Ancaq çox qəribədir ki, həmin kəndin insanları, düşüncələr çox qəribə idi. Orada tez köçən, oxumayan qıza bir qədər qəribə baxırdılar. Burada isə tam əksinə. 9-cu sinfə çatan qızların çoxu nişanlanır. Nə qədər çalışsaq da, oxumağa həvəsli olanlar belə artıq dərslərdən uzaqlaşır.

    Məlahət xala içəri girəndə qeyri-ixtiyarı söhbətimizdə durğunluq yaranır. Xala Gülşəni gülərək məzəmmət edir: “Yenə qızların tez ərə getməyindən gileylənirsən, hə?”

    Gülərək söhbəti dəyişirik.

    “Oğlum Bakıda yaşayır, qızım isə evlənib. Bizə qalan elə Gülşəndir”-deyə Telman dayı söhətə başlayır. Uzun illərdir, kəndə gələn gənc müəllimələrə evinin qapılarını açan bu ailə üçün Gülşən ömürboyu unudulmayacaq bir addım atıb:

    “Bizdə çox müəllimə qalıb. Eləsi var heç adını xatırlamıram. Ancaq Gülşən başqa aləmdir. 14 fevralda məni zorla evdən çıxardı ki, Məlahət xanıma hədiyyə alım. Mən də burada nə alacam? Üstümdə də bir-iki manat pul. Girdim mağazadan şokolad istədim, 5 manat dedilər. Ürəyimdə dedim, ay səni Gülşən, başıma nə oyunlar açırsan?! Evə gəldim ki, bizimki (Məlahət xanımı nəzərdə tutur) də siqaret qutusunu qırmızı iplə bağladıb gətirib. Bax, bu hadisəni heç vaxt unutmayacam”.

    – Gülşən müəllimə, bəs özünüz neçə ildir ucqar kəndlərdə özəl günləri necə qeyd edirsiz?

    – Qısaca olaraq onu deyə bilərəm ki, həmin günləri qeyd etmirəm. Mənim qarşımda iki seçim var idi və mən bu yolu seçdim. Çalışdığım müddətdə də bilirəm ki, mən iş üçün buradayam. Düzdür, ürəyim istəyəndə bir çay, kofe içməyə dost-tanışım yoxdur burada. Filmə, teatra gedə bilmirəm. Ancaq gələcəkdə danışmağa xeyli mövzum var. Mən nəvələrimə filan kinoya belə baxdım deyə danışsam onlara maraqlı gəlməz. Ancaq onlar dağın başında təzək yandırmağımı, ya da başıma gələn onlarla hadisəni sevərək dinləyəcəklər.

    – Gələcək planlarda nələr var?

    – Bu, üzərimə götürdüyüm bir missiyadır. Hazırda məqsədim uğurla tamamlamaqdır. Tamamladıqdan sonra artıq özüm üçün nələrsə edəcəm. İlk növbədə yəqin ki, xaricdə təhsil almağı seçərəm. Bir sözlə, gələcəyə ümidliyəm.//qafqazinfo.az