Month: March 2018

  • Azərbaycanda sosial şəbəkələr bağlana bilər?

    Milli Məclisin deputatı, millət vəkili Hadi Rəcəbli xarici bir çoxx xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət və onun atributlarına qarşı təxribatlar yayan saytların və sosial şəbəkələrin bağlanılmasının vacibliyini vurğulayıb. Hadi Rəcəbli deyib:
    “Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.

    Bəs ölkəmizdə dövlət və onun atributlarına qarşı təxribatlar yayan, təhdid kampaniyası ilə məşğul olan sosial şəbəkələrin fəaliyyəti dayandırıla bilərmi?

    Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü millət vəkili Fazil Mustafa açıqlamasında ölkəmizdə sosial şəbəkələrin bağlanılmasının yolverilməz olduğunu bildirib.

    Onun sözlərinə görə, sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması dünyada ölkənin imici üçün müsbət qiymətləndirilmir. Bu fikir qeyri-realdır. Çünki, insanlar informasiya əldə etmək üçün lazımi məkanları tapacaqlar. İnternet məkanından ayrı qalmaq mümkün deyil:

    “Sosial şəbəkələrin fəaliyyətinin dayandırılması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Ola bilər ki, bu fikir doğru anlaşılmayıb. Hansısa bir sosial şəbəkənin bağlanması dünyadan təcridolunma yoludurmu!? Bu fikir inandırcı deyil. İnanmıram millət vəkili Hadi Rəcəbli belə bir fikir səsləndirsin.

    F. Mustafa vurğulayıb ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif Fondlar bu istiqamətdə öz işləri ilə məşğul olmaq əvəzinə daha passiv fəaliyyət göstərərlərsə, ölkəmizə qarşı bu cür neqativ halların olması baş verə bilər:
    “Müəyyən dərəcədə dövlət büdcəsindən maliyyələşən təşkilatlar öz funksional fəaliyyətlərini normal qaydada yerinə yetirməlidirlər ki, bu cür təhdid kampaniyasının qarşısını almaq mümkün olsun. Vaxtında profilaktik tədbirlər aparılmadığına görə, ölkədə təxribatyönümlü problemlərin baş verməsi yaşanır. Bu məsələdə sosial şəbəkənin bağlanması çıxış yolu deyil. Müasir dövrdə internet xətti hava ilə çəkilir, dünya artıq qlobollaşıb. Sosial şəbəkələrin bağlanması yolverilməzdir”, – deyə millət vəkili əlavə edib.

  • Bakıda evinə qayıdan sakin gördüyü mənzərədən şoka düşüb

    Oğrular evə pəncərədən giriblər, içində qızıl və pul olan seyfi aparıblar

    Bakının Səbail rayonunda içində pul və qızıl olan seyf oğurlanıb.

    Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

    Cinayət 24-26 mart tarixlərində Badamdar qəsəbəsində baş verib. Həmin dövr ərzində Ağayev küçəsində yerləşən evin sahibi İsmayılov Sərxan Mais oğlu evdə olmayıb. Evə qayıdanda isə gördüyü mənzərədən şoka düşüb. O, pəncərənin qırıldığını, seyfin aparıldığını görüb. Bu barədə dərhal polisə xəbər verib.

    Məlum olub ki, oğrular evə pəncərədən daxil olub. Onlar 60X70 santimetr ölçüdə olan seyfi oğurlayıblar. Həmin seyfin içində 2 min 500 ABŞ dolları və 3 min manat dəyərində qızıl-zinət əşyaları olub.

    Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik seyf oğrularının izinə düşməyib. Lakin bu istiqamətdə iş davam edir.

    Qeyd edək ki, martın 1-dən 27-dək Bakı şəhərində hüquq-mühafizə orqanlarında 900-dək dövlət və şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan yalnız 130-nun üstü “isti izlərlə” açılıb.

  • Daha bir dahi Kalaşnikov öldü

    Atıcı silahların görkəmli banisi, “Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib

    Atıcı silah növlərinin görkəmli ixtiraçısı, “Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib.

    Median.az-ın məlumatına görə, bu barədə M.T.Kalaşnikov adına İjevsk dövlət texniki universitetinin mətbuat xidməti məlumat yayıb.

    Viktor Kalaşnikov martın 27-də, 75 yaşında vəfat edib.

    “Kalaşnikov” konserni konstruktorun öldüyü barədə faktı təsdiqləyib və bildirib ki, onunla vida mərasimi martın 30-da İjevskdə keçiriləcək.

    Viktor Kalaşnikov 16 iyul 1942-ci ildə anadan olub. 1966-cı ildə İjevsk Mexaniki İnstitutunu bitirib. Bundan sonra İjevsk maşınqayırma zavodunun yeni məmulatların təkmilləşdirilməsi bürosunun baş konstruktoru işləyib.

    O, Kalaşnikov avtomatının daha da təkmilləşdirilməsi üçün çoxsaylı tədqiqatlar aparıb və onun üçün bir neçə detal hazırlayıb. O, özünü yükləyən ovçuluq karabini və kombinə edilmiş gücə malik Kalaşnikov pulemyotunun təkmilləşdirilməsində iştirak edib, “Medved-3” karabini üçün baraban kilidi yaradıb.

    Onun rəhbərliyi altında, “Abakan” üzərində iş çərçivəsində, “Bizon-2” və “Vityaz-SN” tapança-pulemyotu yaradılıb.

    Viktor Kalaşnikov Rusiyanın əməkdar konstruktoru, fəxri silah ustası və silah sənayesinin fəxri işçisi adlarına layiq görülüb. “Şərəf nişanı” ordeni, “Moskvanın 850 illiyi “medalı və digər mükafatlarla təltif edilib.

    Oğul Kalaşnikov texnika elmləri namizədi, Udmurtiyanın Mühəndislik Akademiyasının müxbir üzvü idi.

  • Apreldə maqnit qasırğası gözlənilir

    Aprel ayında maqnit qasırğası gözlənilir.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Fizik İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası məlumat yayıb.

    Günəşin maqnit sahəsi və küləklərin strukturunun riyazi hesablanmasından sonra qasırğanın Yerin orbitinə aprelin 12-də çatacağı müəyyən edilib.

    Alimlərin proqnozların görə 70% ehtimalla, maqnit qasırğa minimal gücdə olacaq. Qasırğanın beş ballıq şkala ilə 2-ci dərəcəli olma riski yalnız 10 faiz təşkil edir.

  • Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb? – VİDEO

    Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsə də, ancaq bəzi obyektlər buna məhəl qoymur.

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsa da, obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də, cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir.

    Bəziləri kimin cərimələnəcəyindən xəbərsizdi, kimisi də “obyekt sahibi icazə verir” deyib çəkir.

    Sakin: “Toya getdiyimiz zaman yazıb-yapışdırılmağına rəğmən nə toy sahibi, nə də qonaqlar buna məhəl qoymur”.

    Sakin: “Kafelərə gedəndə qadağalar görürük, amma yenə də çəkməyə icazə verirlər. Bir söz demirlər, gedib oturan kimi qabağımıza külqabını qoyurlar”.

    Ancaq bir məsələ də var ki, İnzibati Xətalar Məcəlləsində obyekt sahiblərinə yalnız siqaretdən qadağa haqqında lövhənin olmamasına görə cərimə yazıla bilər. Deməli, qanunun işləmə mexanizimində müəyyən boşluqlar mövcuddur.

    Tahir Əlirzayev – hüquqşünas: “Qanunvericilikdə elə olmalı idi ki, restoran və kafe sahibləri özləri müştərilərin siqaret çəkmələrinə icazə verməsin. Müştəri siqaret çəkdiyi təqdirdə restoran və ya kafe sahibi izibati məhsuliyyətə cəlb edilməlidir”.

    Artıq bu iş Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə tapşırılıb. Bu iki strukturun əməkdaşları tərəfindən keçirilən reyd zamanı vətəndaş təyin olunmamış yerdə tütün məmulatlarında istifadə edərsə, Daxili İşlər Nazirliyinin yaxud da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qanun çərçivəsində həmin şəxsi cərimələyə bilər.

    Fazil Mustafa – millət vəkili: “Bu qadağa hər zaman cərimə növü kimi tətbiq olunmamalıdır. Bir növ vətəndaşlara xəbərdarlıq olunması vacibdir”.

    Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

  • Rusiyada növbəti böyük yanğın (VİDEO)

    Rusiyanın Sankt-Peterburq şəhərində “Rolf” adlı böyük avtosalon yanır.

    Median.az xəbər verir ki, bu haqda “Piter.tv” bildirib.

  • Əli Mirəliyev Azərbaycanı “Eurovision”da təmsil etmək istəyir – 3 hissəli mahnı hazırlayıb / VİDEO

    Müğənni Əli Mirəliyevin istəyilə Elgiz Əkbər razılaşmayıb.

    Median.az xəbər verir ki, müğənni öz istəyində iddialıdır.
    Hətta 3 hissədən ibarət mahnı seçdiyini bildirib. Ancaq onun bu istəyini həmkarları tənqid edib.

    Verilişdən həmin maraqlı anları təqdim edirik:

  • Körpüdən özünü Girdiman çayına atdı — Kürdəmirdə intihar

    Kürdəmir sakini intihar edib.
    Median.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Garıs Əyribənd kəndində baş verib.

    Kənd sakini, 1996-ci il təvəllüdlü Əli Vidadi oğlu Cabbarov Girdiman çayın Kürdəmir rayon hissəsindən keçən hissəsindəki körpüdən özünü asaraq intihar edib. Ə. Cabbarovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.
    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı…”

    Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanmasına çağırış edən açıqlaması yayılıb. Bu açıqlama geniş ictimai müzakirəyə səbəb olub.

    Median.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu vurğulayıb.

    Deputat bildirib ki, o, “Sosial şəbəkələri bağlamaq lazımdır!” sözlərini deməyib.

    “Çox təəssüflər olsun ki, mənim fikirlərim yenə təhrif olunub və konteksdən çıxarılaraq, bəzi saytlarda yayımlanıb. Bu fikirlər insanları çaşdırır. Mən demişəm ki, tərbiyəsizlik edən, qanunları pozan, hüquqi normaların əleyhinə olan saytlar və Facebook-dakı bəzi səhifələr qanunlar daxilində bağlanmalıdır. Mən deməmişəm ki, ümumiyyətlə sosial şəbəkələri bağlamaq lazımdır. Bu düzgün yanaşma deyil. Mənim sözümü niyə təhrif edirlər axı? Mən heç vaxt o sözü deməmişəm. Demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrdir. Amma burada da qanun olmalıdır. Mən açıqlamamda demişəm ki, xaricdən Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslər söyüş söyürlər. Bu da Azərbaycan mentalitetinə uyğun gəlmir. Bildirmişəm ki, həmin sözləri deyən, iftira və yalanlar yağdıran saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır”.

  • В Джалилабаде произошла цепная авария – ФОТО

    В Джалилабаде произошла цепная авария.

    Как сообщает Median.az со ссылкой на Report, авария зарегистрирована сегодня вечером на кругу при въезде в город Джалилабад.

    Столкнулись два автомобиля марки “Mercedes” и “ВАЗ-2106”. Хотя в результате ДТП никто не пострадал, все три автомобиля были деформированы.

    По факту ведется расследование.