Month: March 2018

  • Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş… – DİN hərəkətə keçdi

    Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və necə həyata keçirildiyinin üstü açılıb.

    Median.az Strateq.az-a istinadən xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiberdələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində “www. police-azerbaijan.pw” adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.

    Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq “Yandex.money”, “Webmoney” və “Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.

    Üstəlik, bildiriş göndərilən vətəndaşlar onunla təhdid edilirmiş ki, əgər cərimənin ödənilməsindən imtina etsələr və yaxud cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsələr, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.

    Azərbaycan DİN-inin müvafiq qurumlarının apardıqları ilkin əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına “www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.

    Dövlət qurumunun adından törədilmiş bu cinayət əməlinin iştirakçılarının həbsi üçün artıq Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarıyla birgə iş apardıqları, aidiyyəti sorğu və sənədlərin Rusiya DİN-nə təqdim edildiyi də bildirilir.

  • Toydan çıxdı, itkin düşdü

    Lerik rayon sakini itkin düşüb.

    Median.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev mart ayının 16-da Lənkəranda “Xəzər Palace” restoranında toyda olub və toydan çıxaraq naməlum istiqamətə gedib. Evdən çıxarkən isə əynində kostyum olub.

    M. Babayev ailəlidir və iki qızı, bir oğlu var. Məsələ ilə bağlı artıq Lənkəran Rayon Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib” — Deputat

    Bu gün sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub.
    İstifadəçilər yolların texnika ilə deyil, belə yaşlı qadın süpürgəçilər tərəfindən təmizlənməsinə etiraz edərək, aidiyyəti qurumları qınayıb. Bəziləri isə bu məsələdə yaş məhdudiyyətini gündəmə gətirərək, Azərbaycanda əmək qabiliyyətinin 65 yaşa qədər olduğunu vurğulayıb.

    Median.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:

    “Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri – fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?!

    Onu da qeyd edim ki, məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin.

    Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.
    Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

    Qeyd edək ki, ötən gün Bakının Sabunçu rayonu ərazisində süpürgəçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirib ki, dünən saat 18:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

    Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

  • Ağstafada iki avtomobil toqquşdu — Xəsarət alanlar var

    Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.az-ın “Report”a istinadən məlumatına görə, rayonun Dağkəsəmən kəndində “10-HL-495” dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşını toqquşub.

    Nəticədə sürücülər arasında mübahisə düşüb. Qəza zamanı iki nəfərin yaralandığı bildirilir.

  • FHN bu obyektlərin tikintisini dayandırdı

    Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ötən il təyinatından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikilən 2035 obyektdə yoxlama aparıb.

    Median.az-ın Trend-ə istinadən məlumatına görə, yoxlama zamanı tikinti norma və tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunması araşdırılıb.

    Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların tikinti işlərini dayandırmadan aradan qaldırılması üçün icrası məcburi olan 11 göstəriş verilib.

    Eyni zamanda, “Tikinti işlərinin dayandırılması qaydası”na əsasən, tikinti işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması üçün 809 ədəd tikinti obyektində tikintinin dayandırılması barədə qərar qəbul olunub.

  • Müğənnilərimiz Rusiyaya toya neçəyə gedirlər?

    Şou-biznes nümayəndələri tez-tez Rusiyada baş tutan toy məclislərinə dəvət alırlar.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, onların həmin dəvətlərdən nə qədər qonorar alması hər kəsə maraqlıdır.

    Müğənnilər Sevil və Sevinc Səfərovalar “O başdannan” verilişində sənətçilərin sirrini açıb. Əkizlər Rusya toylarında aldıqları qonorarı açıqlayıblar:

    “Rusiyada toya 6 min dollara (10200 manat) gedirik. Qalmaq və bilet pulunu da qarşı tərəf ödəyir. Ən ucuz toya gedən bizik. Digər müğənnilər 10 min dollara (17 000 manat) gedirlər”.

    Qeyd edək ki, Rusiya toylarına tez-tez Könül Kərimova, Namiq Qaraçuxurlu, Samir Piriyev, Elton Hüseynəliyev, aşıq Əli Tapdıqoğlu, Samirə Əliyeva, Ədalət Şükürov, Xatirə İslam, Hüseyn Məhəmmədoğlu dəvət alırlar.

  • Bakıda ən böyük tələbə yataqxanası istifadəyə veriləcək – FOTO

    Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir.

    Nazirlikdən bildiriblər ki, ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar.

    Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.

    Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

  • Neftçalada tikintidə BƏDBƏXT HADİSƏ: Beton fəhlələrin üzərinə düşdü

    Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

    Hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

    Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

    Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. /apa

  • Azərbaycanda 2 milyon adam pulsuz müayinədən keçib – Bu xəstəliklər aşkarlanıb – SİYAHI

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri regionlarla yanaşı, Bakı şəhərində də davam etdirilir.

    Səhiyyə Nazirliyindən bildirilib ki, 12 marta qədər 1941038 nəfər müayinədən keçib.

    Qeyd edilib ki, idarə və təşkilatlarda tibbi xidmətlərin göstərilməsi, habelə birbaşa evlərdə yataq xəstələrinin müayinə edilməsi məqsədilə həkim briqadaları yaradılıb. Ultrasəs, laboratoriya, rentgen, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin ilkin mərhələdə aşkar olunmasına imkan yaradır.

    Müayinələr zamanı vətəndaşlarda bir sıra xəstəliklər aşkarlanıb. Bunlar əsasən aşağıdakılardır:

    – arterial təzyiq;
    – şəkərli diabet;
    – qan xəstəlikləri;
    – ürək-damar sistemi xəstəlikləri;
    – nəfəs yolları xəstəlikləri;
    – oynaq xəstəlikləri.

    Həmin vətəndaşlara ambulator və stasionar müalicə təyin edilib, onlar dispanser qeydiyyatına götürülüblər. Mütəxəssislər onlara müalicə kursları təyin ediblər.

    Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

    Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.

  • Bakıda hava limanında erməni qadın saxlanılaraq deportasiya edilidi -ŞOK TƏFƏRRÜAT

    Erməni əsilli Karina Oqanesyan Bakı areportunda 12 saat saxlanıldıqdan sonra ölkədən deportasiya edilib.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Mart ayının 23-də Azərbaycana səfər edən Estoniya vətəndaşı olan erməni əsilli Karina Oqenesyan Bakı areportunda saxlanılaraq 12 saatdan sonra Estoniyaya deportasiya edilib./News12.az