Month: April 2018

  • “Molla Nəsrəddin” jurnalının ad günüdür

    Bu gün – 7 aprel “Molla Nəsrəddin “jurnalının 112 yaşı tamam olur.

    Median.Az “Ölkə.Az”-a xəbər verir ki, “Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

    “Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

    Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. Sayın ikinci səhifəsini “Sizi deyib gəlmişəm” məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, “Dəllək” hekayəsi, “Lisan” bəlası felyetonu və dörd karikatura çap olunmuşdur.

    Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərmişdir.

    Xalqın maariflənməsində,cəhalətdən oyanmasında,savadlanmasında zəhməti olan “Mollanəsrəddinçilər”i dərin hörmətlə anırıq!

  • Eyni anda 4 qızla sevgili olan gənci sevgililəri döydü – VİDEO

    4 sevgilisi eyni vaxtda döydü

    Fransada eyni anda 4 qızla sevgi münasibəti yaşayan eşqbaz sevgililərinin hücumuna məruz qalıb.

    Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, internet vasitəsilə bir-birlərini tapan qızlar eyni vaxtda oğlanın evinə daxil olub, onu döyüb və bu günə qədər verdikləri hədiyyələri götürərək evdən çıxıblar.

    Fransa polisinin məlumatına görə, qızlar adamı qayçı ilə təhdid edib, ona yumruq zərbələri vurub, hətta başında çini vaza sındırıblar. Hadisədən 2 gün sonra saxlanılan qadınlar əməllərindən peşman olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, həmin adamın hələ onlardan başqa da sevgilisi var.

  • Bəxtiyar Vahabzadənin oğlu: “15 aydır işsizəm” – FOTO

    “Hərbi zavodun açılışında Şahı 18 dəqiqə tərcümə elədim”

    Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu ilə kim həmsöhbət olmaq istəməz ki? Bu mənada Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə redaksiyamıza telefon açıb “Sizin qəzetə danışmaq istəyirəm” deyəndə bunu sürpriz zəng olaraq qəbul etdik. Çöl-bayıra çıxmaqla o qədər də arası olmayan İsfəndiyar müəllimlə elə şəhərin mərkəzindəki mənzilində görüşdük. Əslində atası haqqında yazılara cavab vermək üçün bizləri arayan bu zəngin, kəşməkəşli həyat yolu keçmiş həmsöhbətimizlə bundan sonra elə onun keçdiyi yoldan, hazırkı durumundan, ata-anası ilə bağlı xatirələrindən, işsizliyindən danışdıq.

    – İsfəndiyar müəllim, mən belə düşünürəm ki, Bəxtiyar Vahabzadə Azərbaycanın milli dəyərimizə çevrildiyi üçün onunla neqativ fikirlərə cavabı Vahabzadə ailəsinin üzvləri, İsfəndiyar müəllim, yaxud Azər müəllim verməməlidir, burada cəmiyyətin mövqeyi olmalıdır. Çünki Bəxtiyar Vahabzadə bir ailəyə sığan adam deyil, razılaşırsınız?

    – Mən cəmiyyətdən heç nə gözləmirəm (gülür). Üst-üstə 25 ildən artıq xarici ölkələrdə olmuşam. Amma həmişə ürəyim Azərbaycanla döyünüb. Mənimçün bir nömrəli kumir Anardır. Mən Anarın yaradıcılığı haqqında Belarus və Moldova universitetlərində mühazirələr də oxumuşam. Amma gündəmə gəlməkdən ötrü ağızlarına gələni yazırlarsa, bununla barışmaq olmaz.

    – Dediyiniz kimi, artıq 15 aydır işsizsiniz. Elə isə nə işlə məşğul olursunuz?

    – Qabaqlar hamı bədii ədəbiyyat oxuyurdu, sonra tarixi ədəbiyyat oxundu, sonra sənədli. Mənim zəngin kitabxanam var, ancaq siyasət aləmində ad çıxaran şəxsiyyətləri oxuyuram. Sosial şəbəkələrə demək olar ki, baxmıram. Çünki mənasız şeyləri yazan da çox olur. Demək olar ki, bütün günü kitab oxumaqla, idmanla məşğul oluram. Uzun müddət idmanla məşğul olmuşam.

    – Hansı növü ilə?

    – Qaydasız döyüşlə. Bu gün də məşğulam.

    – Neçə yaşınız var?

    – Neçə verərsiniz?

    – 63.

    – (Gülür) Bilirsiniz də. Amma həmişə formada olmağa çalışmışam. Maşın sürmürəm. Ümumiyyətlə, maşınım yoxdur, piyada gəzirəm. Həm də hər şey yaxındadır. Amma bütün günümü kitabla keçirirəm.

    – Yaxşı da qələminiz var. Hazırda nə yazırsınız?

    – Hərdən “525-də” çap olunuram, yəqin oradan oxumusunuz…Desəm, sizə qəribə gələr. O vaxt Əfqanıstandan qayıdandan sonra Bakı Şəhər Partiya Komitəsində işlədim, İcraiyyə Komitəsində sədr oldum. Sonra elə oldu ki, Xarici İşlər Nazirliyinə keçdim. Hələ sovet dövründə. Mən XİN-ə gələndə orda cəmi 9 nəfər işləyirdi. Bir-iki ay işlədikdən sonra Türkiyəyə, diplomatik təhsil almağa getdim. Çalışıram kölgə kimi görünüm, çox nəzərə çarpmayım.

    – Təqaüd yaşı çatmayan təcrübəli diplomatın, hətta bu yaşında qaydasız döyüşlə də məşğul olan bir şəxsin ikinci ildir işsiz-gücsüz qalması – özü də yaxşı diplomata ehtiyac olduğu bir zamanda – təəccüblü deyilmi?

    – Təəccüblüdür. Özü də çox. Bunu siz çox gözəl dediniz.

    – Bəxtiyar Vahabzadənin oğlu olmağın da üstünlüyü var…

    – Çox gözəl dediniz. Siz təsəvvür edin, idarəçilik, dövlətçilik çox ağır sahədir. Xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz. Mən İrana gedəndə Şah dövrü idi. Bizim zavodun açılışında Şahı 18 dəqiqə tərcümə elədim. 25 yaşım var idi. Sonra inqilab baş verdi…

    Əfqanıstanda da çox çətin dövrdə işlədim, 1980-85-ci illərdə. Bütün bu təcrübələri toplayandan sonra mən gəldim Şəhər Partiya Komitəsində çalışdım, Ali Partiya Məktəbini, indiki İdarəetmə Akademiyasını bitirdim, özü də qırmızı diplomla. Türkiyədə təhsil alıb qayıdanda mən artıq diplomatiyanın cikini-bikini bilirdim. Özü də diplomatiya böyük sahədir. Sonra belə oldu ki, mən tam təsadüfən Mədəniyyət Nazirliyində Polad Bülbüloğlunun müavini işlədim. O zaman ulu öndərimiz dedi ki, İran, Əfqanıstan, Türkiyəni bilən bir mütəxəssis lazımdır. Vəfa Quluzadə dedi ki, Bəxtiyarın oğlu. Ulu öndər deyib ki, “dərhal gətirin”. Mən gəldim. Göndərdilər, getdim, Pakistanda fövqəladə və səlahiyyətli səfir işlədim. Sonra elə oldu ki, vaxtım bitdi, məni göndərdilər İsveçrəyə. İsveçrədən qayıdandan sonra burada, Diaspora Komitəsində sədr müavini işlədim. Artıq diaspor işini bilirdim. Daha sonra Moldovaya getdim, orada isə 6 il işlədim. Eyni gündə sərəncamla geri çağırıldım və elə həmin gün Belorusa səfir göndərildim. Belorusda həm səfir işlədim, həm də Azərbaycanın MDB-dəki səlahiyyətli nümayəndəsi oldum. Təsəvvür edirsinizmi mənim tərcümeyi-halım nə qədər mozaikalı gedir?

    “Bunu Azərbaycanda bir, ya da iki adam bilir”

    – Həqiqətən də maraqlıdır. Tam fərqli ölkələr, fərqli mühitlərdir.

    – Təcrübə nəzərə alınıb da.

    – Bütün bunların sonunda işsizlik.

    – Bəli, işsizlik.

    – Qayıdandan sonra nazir Elmar Məmmədyarovla görüşmüsünüzmü?

    – Yox. Axı mən XİN-dən yox, Diaspora Komitəsinin sədr müavinliyindən getmişəm. Yəni bir növ Məmmədyarova tabeçiliyim yoxdur. Cənab prezident məni təyin edir, sərəncamla da geri çağırır. Diaspora Komitəsində sədr müavini olanda da, təyinat alanda da, geri çağırılanda da bu, sərəncamla olub.

    – İşsiz qaldığınız bu dövrdə dövlətdən hər hansı təminatınız olmayıbmı?

    – Xeyr. Hələ təqaüd yaşım çatmır. Təsəvvür edin ki, elmlər doktoru, professor, İran inqilabının, Əfqanıstan müharibəsinin iştirakçısı, 4 ölkədə səfir, Səbayil rayon İcraiyyə Komitəsində sədr – o vaxt “26-lar” idi – iki nazirlikdə müavin, sonra da gəl, otur işsiz…

    – Yəni Əfqanıstan müharibəsinin iştirakçısı kimi də təqaüd almırsınız?

    – Xeyr. Bu yandan da deyirlər Bəxtiyar Vahabzadənin oğlu yağ-bal içində üzür.

    – Azər Vahabzadə təqaüddədir, eləmi?

    – Bəli. O, məndən 3 yaş kiçikdir. Amma prokurorluq sistemində təqaüdə bir az tez çıxırlar.

    – Bayaq nə yazdığınızı soruşmuşdum…

    – Mən 3 kitab, üstəlik, 4 elmi monoqrafiyanın müəllifiyəm. Əfqanıstandan qayıdandan sonra demək olar ki, bütün gecələri işləyirəm. Süleyman Rüstəmdən yazmışam. O da çox qəribə oldu. Material gətirmişdim və üzərində işləyirdim. Mənim mövzumun adı “Cənubi Azərbaycanda inqilabi azadlıq hərəkatının bədii nəsrdə inikası” idi. Dedilər ad yaxşı səslənmir. Dəyişdim, elədim “Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu”. Bu mövzunu müdafiə elədim. Elmi rəhbərim də rəhmətlik Yaşar Qarayev idi. Əfqanıstana gedəndən sonra isə oraya apardığım materialları işləyirdim: “Məhəmməd Hadi və 20-ci əsr Azərbaycan romantizmi”. Bu, çox ağır mövzudur. Mənim elmi məsləhətçim rəhmətlik Məmmədcəfər Cəfərov olub. Müdafiə elədim. Sonra harda işləmişəmsə, gedib dərs deyirdim. Namizədliyə görə 255 saat, doktorluğa görə 500 saat dərs deməlisən. Bütün günü çalışırdım, gecələr mühazirələrimi hazırlayırdım. Kitablarım var, bitirmişəm də, saxlamışam da. Atamla bağlı olan “Səfirin gündəliyi” adlı silsilə yazılar çıxdı. Atam rəhmətə gedəndən sonra silsilə yazılar yazdım. İndi bütün bunları saxlamışam, bir yazı üzərində işləyirəm: “İrandan başlanan yol”.

    – Yəqin həyat yolunuzdan bəhs olunur…

    – Demək, 21 yaşında İrana getmişəm. 1976-cı ildə İran şahının qılıncının dalı-qabağı kəsən vaxtlar idi. Bütün bu inqilabı, Şahın qaçmasına qədər, baş nazir Doktor Şapur Bəxtiyarın taxta oturması və qaçmasına qədər, sonra Xomeyninin gəlməsinə, bizi qovmasına qədər hamısı orda əks olunacaq. Bunlar mənim gözümün qabağında baş verib… Demək olar ki, bunları Azərbaycanda bir, ya iki adam bilir, İran inqilabının canlı şahidi mənəm. Sonra artıq Moskvada da məni tanıyırdılar və Əfqanıstana çağırdılar. Əfqanıstana gedəndə ay yarım idi evli idim. Təsəvvür edin ki, o dövrdə Əfqanıstana gedən 100 nəfərdən 20-si sağ qayıtmırdı, o dövrdə mən orada oldum.

    – İranda, hərbi zavodda işləmək təşəbbüsü kimdən gəlmişdi? “KQB”dən?

    – Yox. Mən “KQB” məktəbini bitirməmişəm. 75-76-cı illərdə bizi Moskvaya çağırmışdılar. Mənim nitqim, yəni qüsursuz farsca, Tehran ləhcəsində danışmağım bunları cəlb elədi. Belə oldu ki, göndərdilər, getdim İranda işlədim. Orada tərcüməçi ehtiyacı var idi. Bizimlə gedənlər içərisində mülki də var idi, mənsə hərbiyə düşmüşdüm. Fars və rus dillərindən tərcümə edirdim. Azərbaycan dilində təhsil alan gərək rus dilini o səviyyədə bilsin ki, yuxarı dairələrdə tərcümə etmək  iqtidarına malik olsun. Mən 1977-78-ci illərdə əvvəl Tehranda işlədim, sonra Əhvazda, daha sonra yenə Tehrana qayıtdım, ardınca da Məşhədə getdim. Bizim zavodun açılışına Rza Şah da gəlmişdi. Mən onu tərcümə elədim. Daha doğrusu, dəzgahları bir-bir göstərirdim. Hərbi təyinatlı bu zavodu ruslar qurmuşdular. 18 dəqiqə fasiləsiz danışdım. Mənim də sinəmdə yarlıq asılmışdı. Yazılmışdı: İsfəndiyar Vahabzadə. Şah baxdı, soruşdu ki, rus dilini harada öyrənmisən? Dedim bənde əhli-Şuravi həstəm. Yəni mən Sovet İttifaqından gəlmişəm. Bir də baxdı ki, familiyam fars familiyası, adım da fars adı. “Xob” dedi.

    – Şahın devrilməsini necə xatırlayırsınız?

    – Şah 1979-cu il yanvarın 16-sında televiziyada çıxış etdi. Orda bir söz dedi ki, “İran mərizəst, Şahənşah həm mərizəst”. Yəni “İran xəstədir, Şah da xəstədir”. Dedi mən gedirəm müalicəyə. O vaxt Fərid Seyfülmilkov adlı jurnalist var idi. Mənə dedi gəlirəm, çıx evin qabağına. Görüşdük, dedi ki, sabah Şah gedir, hərbçiləri də aeroporta buraxırlar, kömək elə, onun şəklini çəkim. Elə oldu ki, biz çətinliklə içəri girə bildik. Çox yaxınlaşmağa qoymurdular. 50-60 metr kənarda dayanmışdıq. Bir gənc əsgər qaçaraq gəldi, özünü atdı Şahın ayaqlarına ki, “Şahənşah, bizi qoyub hara gedirsən?” O, bunu qaldırdı, dedi gedib yenə qayıdasıyam.

    – Yəni artıq Rza Məhəmməd Şah Pəhləvi İranı tərk edir?

    – Bəli, artıq Şah qaçır. Hamısı gedirlər. Həmçinin bütün sovet, Amerika mütəxəssisləri qaçırdı. Bircə biz, hərbi zavoddakı 61 nəfər qalmışıq. İçərilərində ən cavanı da mənəm, 26 yaşım var idi. Can şirin şeydir, hamı başının hayındadır. Taleyimiz necə olacaq, heç kim bir söz demir…

    – Bakı ilə, Bəxtiyar müəllimlə əlaqə yarada bilirdinizmi?

    – Bəxtiyar müəllim hər iki aydan, ay yarımdan bir zəng edirdi. İndiki kimi rahat deyildi axı. Sifariş verirdilər. Atam zəng etdi, calaşdırdılar. Dedim, ay ata, ola bilsin gəmi ilə bir həftəyə gəldim. Bütün şəhər od tutub yanırdı. Telefonda qırıq-qırıq səslər gəldi, danışmağa da imkan vermirdilər. Lakin elə oldu ki, gələ bilmədim. Biz 61 nəfər Tehranda qaldığımız yerdən başqa yerə köçdük. Mən də uzun saqqal saxlamışam, başımı da dibindən qırxdırmışdım ki, tanınmayım. Növbəti dəfə atam zəng edir, deyirlər belə bir adam yoxdur burada. Gündə də bir xəbər gəlir ki, biri öldü, biri qaçdı… Mən də xəbərsiz-ətərsiz İranı tərk elədim. Günün birində, 3-4 aydan sonra İrandan qovulduq Moskvaya, atama da zəng eləmədim. Təsəvvür edin, İrandan çıxmağa iki gün qalmış məlum oldu ki, həmin 61 nəfərin hamısı gözəl, ləhcəsiz farsca bilirmiş. Amma bilindirməyiblər. Mən də onlara tərcüməçilik edirəmmiş (gülür). Adam iki şeydə çaşır. “Mənim saatım evdə qalıb, indi saat neçədir?” O halda adam istər-istəməz qol saatına baxır. Bir də havanı soruşanda ixtiyarsız havaya baxırsan. Hə, onu da deyim. Mənə dedilər ki, sabah yox, birigün sən də gedirsən Ənzəliyə, oradan gedəcəksən evə. Onda limanın adı Pəhləvi idi. Elə oldu ki, hamını göndərdilər, mən qaldım. Soruşdular Vahabzadə kimdir? Dedim mən. Dedilər sən gedə bilməzsən Ənzəliyə. Səbəbi məlumdur. Azərbaycanlıyam və Azərbaycana gedə bilmərəm./moderator.az

  • Президент футбольного клуба обиделся и выгнал 19 игроков из команды

    Президент лиссабонского «Спортинга» Бруно де Карвалью отстранил 19 футболистов команды за несогласие с критикой в их адрес после поражения от мадридского «Атлетико» в первом матче 1/4 финала Лиги Европы. Как передаёт Median.Az, об этом сообщает Marca.

    По информации издания, после матча в Мадриде Карвалью в Facebook раскритиковал футболистов. После этого игроки, в том числе бывший нападающий московского ЦСКА Сейду Думбия, через социальные сети высказали недовольство публичными заявлениями президента клуба.

    Спортсмены отметили, что надеялись на поддержку руководства в трудный момент: «Мы не идеальны, и не верим в идеальных игроков. Мы всегда хотим прогрессировать. Нет ни идеальных футболистов, ни идеальных команд. Но когда все идет не так, как хотим, мы берем на себя ответственность. Все вопросы нужно решать внутри команды, а не винить игроков публично».

    После этого Карвалью объявил, что 19 футболистов, выразивших протест, будут отстранены и понесут дисциплинарное наказание.

    «Спортинг» 8 апреля сыграет в чемпионате Португалии с «Пасуш де Феррейра». Состав команды неизвестен. После 28 туров «Спортинг» занимает в первенстве третье место, отставая от лидирующей «Бенфики» на шесть очков.

    Ответная игра с «Атлетико» в рамках Лиги Европы пройдет 12 апреля в Лиссабоне.

  • Azərbaycanda QİÇS qurbanlarının sayı açıqlandı

    Hazırda Azərbaycanda qeydə alınmış HİV-ə yoluxmuş insanların sayı 570 nəfər təşkil edir.

    Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov “VİÇ-ə yoluxmuş insanlara qarşı diskriminasiya ilə mübarizədə KİV-in rolu” mövzulu tədbirdə çıxışında bildirib.

    Onun sözlərinə görə, yoluxmuş insanlardan 559-u Azərbaycan vətəndaşı, 11-i ölkədə yaşayan xarici vətəndaşlardır.

    “Qeydiyyata alınmış 559 Azərbaycan vətəndaşından 354-ü kişi, 205-i qadındır. Bizim ölkədə insanlar daha çox cinsi yolla QİÇS-ə yoluxur, bu demək olar ki, yoluxma hallarının 58 faizini təşkil edir” deyə Zülfüqarov bildirib.

    Şöbə müdiri eyni zamanda Azərbaycanda ilk QİÇS-ə yoluxma halının 1987-ci ildə qeydə alındığını xatırladıb.

    “1987-ci ildən bu günə kimi bu xəstəlik 877 nəfərin həyatına son qoyub” deyə həkim bildirib.

  • Əməkdar artist VƏSİYYƏT ETDİ: “Meyitimi oradan çıxararsız”

    Əməkdar artist, tanınmış aktyor Ənvər Həsənov səhhəti ilə bağlı problemlər yaşayır.

    Yenicag.az-a açıqlama verən aktyor dərmanla yaşadığını deyib:

    “Dərmanla yaşayan adamam, gündə 7 həb qəbul edirəm. Həyatımı, canımı kinoya həsr etmişəm. Avtomobil qəzası keçirəndən sonra kəllə-beyin əməliyyatı olundum, uğursuz alındı, başımda səs-küy var. Dəfələrlə xəstəxanalarda müalicə aldım, amma kömək olmadı. Axırda bezdim, indi xəstəxanaya da getmirəm, elə evdə özüm-özümü müalicə edirəm”.

    Aktyor qızına və yaxın dostlarına vəsiyyət etdiyini də bildirib:

    “68 yaşım var, ömrümün 53 ilini kinoya həsrt etmişəm. Amma hələ də xalq artisti adını almamışam. Dəfələrlə sevənlərim məndən soruşur ki, niyə hələ də xalq artisti fəxri adını almamısınız, hansı ki, dünən sənətə gələnlər çoxdan xalq artistidir. Özümə hörmət edən adam olmuşam, ağız açmaq xasiyyətimə yaddır. Bu illər ərzində kino mənə hörmət, sevgi qazandırıb. Bu hörməti heç vaxt yerə vurmadım. Vəsiyyətimi də etmişəm. Qızıma, yaxın dostlarıma deyirəm, meyitimi kinostudiyadan çıxararsız. Çünki kino mənim həyatım olub. Bir arzum da var, nəvəmi ev-eşik edim, sonra dünyamı dəyişim”.

  • Назван самый богатый человек Европы

    Самым богатым человеком Европы стал президент группы компаний Louis Vuitton Moët Hennessy Бернар Арно, занявший четвертое место в мировом рейтинге самых богатых людей мира. Об этом, как передает Median.Az, сообщает Bloomberg.

    По версии Bloomberg Billionaires Index, Арно обошел основателя и экс-президента компании Inditex испанца Амансио Ортегу. Агентство оценило состояние французского миллиардера в 70,7 миллиарда долларов.

    В списке же самых богатых людей мира Арно опережают основатель Amazon Джефф Безос, основатель Microsoft Билл Гейтс и американский предприниматель Уоррен Баффетт.

    Louis Vuitton — французский дом моды, специализирующийся на производстве предметов роскоши, в частности, чемоданов, сумок, модной одежды и аксессуаров. Фирма была основана еще в 1854 году.

  • Жителя Шамкира сбил поезд

    В Шамкире 64-летнего мужчину насмерть сбыл поезд.

    Как сообщает Median.Az со ссылкой на АПА, происшествие зарегистрировано на железнодорожных путях, проходящих через село Дуярли.

    Житель села Сеидмамед Гейдаров (1954 г.р.) шел близко к ж\д путям, в результате чего проезжающий поезд сбил его. От полученных травм С.Гейдаров скончался на месте.

  • Опубликовано ВИДЕО начала “распада” Африки надвое

    Вблизи кенийской столицы Найроби появилась огромная трещина. Видеозапись с кадрами природного катаклизма опубликована на Youtube-канале издания Daily Nation.

    Разлом на поверхности земли достигает нескольких километров в длину, до 15 метров в глубину и до 20 метров в ширину.

    На видеозаписи видно, что большая трещина прошла по поверхности кенийской долины, затронув, помимо прочего, и объекты инфраструктуры, например, перекресток дорог, тем самым затруднив движение по нему.

    Как сообщает National Geographic, разлом, возможно, был заполнен вулканическим пеплом, однако сильные дожди вымыли пепел, в результате чего образовался данный разлом. Ученые также опасаются, что это может быть началом процесса распада Африки, в результате которого через 50 миллионов лет континент распадется на две части по этой границе.

  • В бакинском аэропорту задержали пассажира с кастетом

    Сотрудники Главного таможенного управления на воздушном транспорте предотвратили попытку ввоза в Азербайджан холодного оружия, говорится в сообщении ведомства.

    Согласно информации, гражданин Азербайджана, прибывший в Баку рейсом из Стамбула, был задержан при прохождении таможенного контроля. В ручной клади задержанного был найден металлический кастет.

    По факту проводится проверка. (haqqin.az)