Month: April 2018

  • “Şirin” “Bir xalanın sirri”ni açıqladı – “O səhnəyə çəkilmək istəmirdim”

    Aktyor Nicat Rəhimov “Bir xalanın sirri” filminin təhlükəli səhnələrindən danışıb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, o, hətta bu səhnələrə çəkilməkdən imtina etmək istədiyini də bildirib.

    “”Bir xalanın sirri” filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik. Mənim orada maşında bir səhnəm var. “Kamaz” maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, “Kamaz” bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki “Kamaz”ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq”, – deyə aktyor bildirib.

  • Alim Qasımovdan möhtəşəm rəqs – VİDEO

    Xalq artisti Alim Qasımovun sosial şəbəkədə yayılmış videosu izləyicilər tərəfindən maraqla qarşılanıb.

    Baku.ws xəbər verir ki, xalq artisti paytaxt restoranların birində səhnəyə çıxaraq, qol qaldırıb rəqs edib.

    Qasımovun ürəkdən rəqsi və məhərəti sosial şəbəkə istifadəçiləri təəcübləndirib.

    Sözügedən kadrları sizə təqdim edirik:

  • 17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu 4 universitetinə qəbul olundu (MÜSAHİBƏ)

    Azərbaycanlı məktəbli yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.
     
    Median.Az
    xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb. İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.
     
    Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın “Kolqeyd”, Çexiyanın “Çarles” universitetlərində və Sinqapurun “Yale-NUS Kolleci”ndə də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
     
    İlkin Bayramlının Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

    – İlkin, özün haqqında bir az məlumat ver…

    – 17 yaşım var. 93 saylı orta məktəbin XI sinfində təhsil alıram. 2016 və 2017-ci illərdə məktəblərarası fənn olimpiadalarında iştirak etmişəm. 2016-cı ildə finalçı olmuşam, 2017-ci ildə isə gümüş medal qazanmışam. Bu il isə ən böyük nailiyyətim Harvard Universitetinə qəbul olmağım oldu. 2 il bundan öncə ingilis dilini öyrənməyə başladım və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşıma məqsəd qoydum. İlk növbədə xarici universitetlərə imtahan verməli idim. İELTS imtahanı verib, maksimum 9 baldan 8 bal topladım, SAT üzrə 1600 baldan 1500-ünü yığdım. SAT-ın fənn imtahanları var ki, orada riyaziyyat üzrə 800 sualdan 800-nə, tarix üzrə 800 sualdan 750-nə doğru cavab yazdım. Gərək test imtahanlarında müəyyən nəticələriniz olsun ki, universitetlərə sənəd göndərə biləsiniz. Harvard Universiteti də daxil olmaqla, o təbəqədə olan universitetlərə tələb olunanlar bunlar idi.
     

    – Başqa hansı uğurların var?

    – Bu yay həmçinin ABŞ-da Yale Universitetinin təşkil etdiyi “Yale Young Global Scholars” proqramına qəbul oldum. Kifayət qədər rəqabətli bir proqram idi və Azərbaycandan yeganə iştirakçı mən idim. Orada dünyanın qabaqcıl mütəxəssislərindən dərs aldıq. Bu proqramın həyatımda rolu böyük oldu. Daha fərqli bir mühit, fərqli təhsil şəraiti gördüm. Ordan gəldikdən sonra da öyrəndiklərimi, gördüklərimi öz şəxsi həyatımda tətbiq etməyə başladım.

    – Oradan gələndən sonra həyatında hansı yeniliklər etdin?

    – İlk dəfə orada araşdırma sahəsi ilə tanış oldum. “XIX əsr Hindistanda təhsil sisteminin siyasi cihad olaraq işlədilməsi” mövzusunda ilk dəfə araşdırma apardım. Araşdırma sahəsi məni özünə o qədər cəlb etdi ki, Azərbaycana gəldikdən sonra “Politicon” saytında qeydiyyatdan keçib məqalələr yerləşdirməyə başladım. Orada 5 yayımlanmış işim var. Bunlardan 3-ü analitik məqalədir: Myanmadakı insan hüquqları problemləri haqqında 2 yazı, Bakı-Tbilisi-Qars dəmiryolu və onun Azərbaycan üçün geosiyasi əhəmiyyəti; bundan əlavə də 2 elmi esse…

    – Dünyanın nüfuzlu 4 ali məktəbində tam təqaüdlə təhsil almaq şansı qazanmısan. Seçimini etmisənmi?

    – Bəli. Harvard Universitetində oxumaq istəyirəm

    – Hansı ixtisas üzrə?
    – İqtisadiyyat.

    – Məktəbi bitirən hər bir abituriyentə müəyyən mənada istiqamət verən olur, bəs səni yönləndirən kim olub?

    – Sırf özüm araşdırmışam. İşin ən çətin hissəsi də elə bu olub. Azərbaycandan bu vaxta qədər belə universitetlərdə çox az insan təhsil alıb. Öncədən oraya gedən tanışlarım da yox idi ki, bu barədə mənə yol göstərsin. Düzdür, Türkiyədə, Belçikada oxuyan dostlarım var, amma sırf Amerika universitetlərində təhsil alan, o barədə məlumatı olan tanışım yox idi.

    – Ailəndən necə xaricdə təhsil alan olub və ya varmı?
    – Atam ABŞ-ın Oklahoma Universitetində kurs keçib.

    – Xaricə təhsil almağa gedən gənclərimizin əksəriyyəti həyatlarına orada davam edirlər. Bəs sənin Harvardı bitirdikdən sonra planların nədir?

    – Azərbaycana qayıtmaq fikrindəyəm. Müəyyən müddət ABŞ-da yaşamışam. Düzdür, ABŞ inkişaf səviyyəsinə görə Azərbaycandan çox-çox öndədir. Bu da təsadüfi deyil. ABŞ 300 ilin müstəqil dövlətidir, biz isə sadəcə 27 ildir müstəqillik qazanmışıq. Müəyyən qədər iş təcrübəsi əldə etdikdən, onlarda bank, maliyyə sisteminin necə işlədiyini öyrəndikdən sonra ölkəmizə qayıtmaq fikrim var. Çünki qayıtmamaq üçün elə də böyük bir səbəb görmürəm.
     
    – İlkin, boş vaxtlarında nə ilə məşğul olursan?

    – Boş vaxtlarımda məktəb dərslərindən əlavə iqtisadiyyat, tarix üzrə əlavə kitablar oxuyuram. Əsasən, orta əsrlər Avropa tarixi, o dövrün mədəniyyəti, sərəncam və fərmanlarları mənə maraqlı gəlir. Onların orjinalını internetdən tapıb oxuyuram. Yəni, vaxtım əsasən bunlara gedir. Bundan başqa gitarada həvəskar səviyyədə ifa etməyi bacarıram.

  • 80 yaşlı deputat Orduxanı rinqə çağırdı: “Kişisənsə, gəl”

    Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videobloqer Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb.

    Median.Az-ın sfera.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, Orduxan Teymurxan özünü idmançı kimi təqdim etsə də, onun idmanla heç bir əlaqəsi yoxdur: “Mən bu yaşımda Orduxan Teymurxan və digərlərilə rinqə çıxmağa hazıram. Mən onlarla istənilən rinqə çıxa bilərəm. Əgər kişidirlərsə, cəsarətləri varsa, gəlib rinqdə mənə cavab versinlər. Daha qaçıb onun-bunun dalında gizlənməklə deyil. Ay Orduxan Teymurxan, heç olmasa azərbaycanlı olmağını kişilik edib göstər və qorxmadan gəl mənimlə döyüş. Baxmayaraq ki, onlardan yaşca çox böyüyəm, amma bu, məni qəti narahat etmir. Mən istənilən vaxt onlarla rinqə çıxmağa qadirəm”.

    Ağacan Abiyev qeyd edib ki, ağırlıq qaldırmaq idmançı olmaq deyil: “”Kulturist”ə idmançı deyən Orduxan kimi adamlar ola bilər. “Kulturist” idman deyil, əksinə, insanın sağlamlığına ciddi ziyan vuran hərəkətdir. “Kulturistlər”in beyni inkişaf etmir. Çünki onların beynini qidalandırmağa qan çatmır. Bunu mən demirəm, fizioloji baxımdan belədir. Bununla məşğul olan adamların qanı ancaq əzələlərin inkişafına sərf olunur. Ona görə də beyinə qan çatmır. Bu, fiziologiyadır. Bunu mən fikirləşmirəm. Ona görə də özlərini idmançı adlandıran bu cür adamlar ilk növbədə gedib ciddi idmanla məşğul olsunlar. Heç olmasa, gedib bir dəfə Azərbaycan çempionu olsunlar, sonra nə isə danışsınlar”.

    Orduxan Teymurxan və digər bir qrup şəxsin Almaniyada təxribat törətməyə çalışdığını vurğulayan deputat bunun xaricin göstərişi olduğunu söyləyib: “Bu adamlar Vətən, dövlət nədir qanmırlar. Ona görə də Azərbaycanın əleyhinə satqınlıq edirlər, dövlətin adına ləkə gətirməyə çalışırlar. Özlərinin bir bacarığı yoxdur, Azərbaycanın adlı-sanlı idmançılarına ləkə atırlar. Orduxan idmançılarla danışmaq istəyirsə, gəlib mənimlə danışsın. Mən də idmançı və professoram. Onu rinqə də çağırıram”.

  • Полиция Баку задержала двух наркоторговцев

    Как сообщает Median.Az, сотрудники 24-го отделения полиции Низаминского РУП на основании поступившей информации задержали жителя столицы, ранее судимого Наримана Тагиева, у которого изъяли 1 кг 50 грамм героина.

    Кроме этого, сотрудники 33-го отделения полиции Сураханского РУП задержали жителя столицы, ранее судимого Эльданиза Гулиева, у которого в пакете изъяли 450 грамм марихуаны.

    По фактам по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана возбуждены
    уголовные дела.

  • Ramil Usubov tanınmış polkovnikin oğlunu işdən çıxartdı

    Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.

    Unikal.org-un əldə etdiyi məlumata görə Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.

    Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.

  • 12 avtomobili əzə-əzə getdi: Azərbaycanlı sürücünün dəhşəti – VİDEO

    Türkiyənin İstanbul şəhərində qorxunc qəza qeydə alınıb.

    Azərbaycanlı sürücü Azər Əliyev yanacaq daşıyan maşınını təmir etmək məqsədi ilə saxlayaraq onun altına girib.

    Bu anda maşın arxaya doğru hərəkət etməyə başlayıb. Sürücü yaralanıb, yanacaq maşını isə 12 avtomobili əzib./yenicag.az

  • Zakir Həsənov prezident seçkiləri ilə bağlı göstərişlər verdi

    Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.

    Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

    Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.

    Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

    Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

    Z.Həsənov bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.

  • Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

    Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 6-da həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyevdən çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.

    Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.

    Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Ağcabədi sakini intihar edib

    Ağcabədidə intihar hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.

    Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib.

    Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.