Month: April 2018

  • Kürdə zərərli maddələrin miqdarı artıb

    Кür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, mart ayının III ongünlüyündə Kür çayında suyun sərfi mart ayının II ongünlüyünə nisbətən 77 m3/san artaraq 420 m3/san təşkil edib.

    Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
    Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

    Mart ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.
    Suyun oksigen rejimi bütün məntəqələrdə 7.20-8.45 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.//Trend.az

  • Bakı Metropoliteninə məxsus “Hyundai” qəzaya düşdü — Yaralanan var

    Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus “Hyundai” markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb.

    Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi “10-CK-766” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Bakı Metropoliteni əməkdaşının verdiyi məlumata görə, “VAZ”ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.

    Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.

  • Twitter работает с перебоями по всему миру

    Проблемы в работе социальной сети Twitter наблюдаются в пятницу в ряде стран мира. Об этом сообщается на странице сервиса Downdetector, передает Median.Az со ссылкой на ТАСС.

    “Проблемы в работе Twitter наблюдаются с 11:02 по времени Восточного побережья США”, – говорится в сообщении.

    О сбоях в работе социальной сети сообщают пользователи в Великобритании, Колумбии, Бразилии, Аргентине. С неполадками также столкнулись жители восточного побережья США, а также пользователи в Испании, Франции и Германии.

  • “Məmur özbaşınalığı və idarəetmədəki problemlərin həllinə xüsusi diqqət yetiriləcək”

    “Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?!”

    “Yaxın gələcəkdə Azərbaycanda idarəetmə strukturunda nəzərdə tutulan islahatlar yəqin ki, çeviklik, operativliyə yönələcək. Bu islahatlar nəticəsində müəyyən dövlət qurumlarının birləşdiriləcəyi, bir-birini təkrarlayan qurumlara büdcədən əlavə vəsaitlərin ayrılmasının qarşısını almaq üçün bəzilərinin ləğv ediləcəyi, regionlarda isə çevik idarəetmə həyata keçirə bilən yeni qurumların yaradılacağı istisna deyil. Mən dövlət başçısının qarşıya qoyduğu məqsədi təxmini anlayıram və belə hesab edirəm ki, atılacaq bütün bu addımlar Azərbaycan xalqının rifahına və vətəndaşların daha yaxşı yaşamasına xidmət edəcək. Bu işdə ona uğurlar diləyirik!”

    Median.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı qarşıdakı illərdə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərinə münasibətində bildirib.

    Millət vəkili qeyd edib ki, dövlət başçısının gördüyü saysız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır:

    “Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə həddən artıq çox işlər görüb. Onların arasında regionların inkişafına dair dövlət proqramlarının qəbul və icra edilməsini xüsusi vurğulaya bilərik. Dövlət başçısının da qeyd etdiyi kimi, doğrudan da ölkədə çoxsaylı sosial obyektlər tikilib, bir sıra sosial problemlər həll olunub və bu istiqamətdə işlər durmadan davam edir. Qazlaşdırılma, su, yol çəkilişi, məktəblərin, bağçaların, xəstəxanaların tikintisi, “ASAN xidmət” mərkəzlərinin istifadə verilməsi və s. buna bariz misal ola bilər.

    Lakin yenə də müəyyən nöqsanlar var ki, dövlət başçısı artıq özü onları araşdıraraq qiymət verir. Prezident İlham Əliyevin fikirlərindən belə məlum olur ki, bu yaxınlarda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə o, məmur özbaşınalığın, pozuntular, digər neqativ hallar və idarəetmədəki problemlərin aradan qaldırılması ilə bağlı operativ, çevik işlərin görülməsinə xüsusi diqqət yetirəcək.

    Biz də hamılıqla bunu arzulayırıq. Mən də bir hüquq müdafiəçisi və millət vəkili olaraq həmişə bunu arzulamışam. Düşünmüşəm ki, cənab prezidentin gördüyün bu qədər uğurlu işlərin müqabilində niyə hələ də narazılar var? Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?! Niyə ayrılmış büdcədən yeyintilər olur?!

    Təbii ki, bütün bunları idarə etmək, nəzarət etmək olduqca çətindir. Əgər komandada kimlərsə bu cür xoşagəlməz hallara yol verirsə, ümumilikdə görülən digər işlərin də üzərinə az da olsa, kölgə salır. Ona görə də dövlət başçısı müsahibəsində ictimai nəzarətin vacibliyini qeyd edir və gələcəkdə bu hallara qarşı həm mübarizə aparılması, həm də çevik islahatların həyata keçirilməsini istəyir. Biz isə bu məsələdə ona yalnız uğurlar arzulayır və hər zaman dəstək olmağa hazırıq”.

    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib: “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

    Dövlət başçısı xüsusi ilə qeyd edib ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq: “Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm”.

  • Küçələrdə heyvan kəsimində edilən CİDDİ SƏHVLƏR — Əhaliyə xəbərdarlıq

    Son zamanlar Bakıda, hətta bölgələrdə də qəssablar və ya qəssab olmayan insanlar tərəfindən küçədə, yol kənarında diri heyvanların bağlanılıb, sonra kəsilərək satılması halları baş alıb gedir.
    Düzdür, insanlar təzə kəsilmiş ətin keyfiyyətinə, faydasına əmindir. Amma bilmək lazımdır ki, əgər heyvanı kəsən qəssab bıçağı iti deyilsə, qəssab heyvanın başını boynundan düzgün ayırmırsa, o ət bizim üçün nəinki faydalı deyil, hətta zərərlidir.

    Median.Az xəbər verir ki, bu barədə Medicina.az-a açıqlama verən həkim, naturopat Füzuli Hüseynov insanları ət seçimində diqqətli olmağa çağırıb:

    “Halal, düzgün heyvan kəsimində istər iribuynuzlu heyvan, istər qoç kəsimdən əvvəl yaxşı saxlanmalı, rahat olmalıdır. Yəni onu ac, susuz saxlamaq və ya çəkisi artsın deyə çoxlu duz, su vermək olmaz. Heyvanı kəsərkən bıçağı ona göstərmək, bir heyvanı digərinin qarşısında kəsmək, heyvanı döymək, vurmaq, qorxutmaq qəti olmaz. Heyvan digərlərindən ayrılıb, kəsim yerinin arxasına aparılmalı, gözü bağlanmalı, bıçaq çox iti olmalıdır. Əgər heyvan iti bıçaqla, düzgün kəsilibsə, həmin ətdə peroksidaza fermenti olur. Bu ferment ətin dadlı, keyfiyyətli olması üçün önəmlidir. Əgər peroksidaza yoxdursa, ətin çox az hissəsi insanın hüceyrə qılafından hüceyrə içinə keçib, onu qidalandıra bilir. Bir sözlə, peroksidazası olmayan əti nə qədər yesək də, qarnımızı şişirtməkdən başqa bir işə yaramaz.

    Mən bu haqda çox savadlı, təcrübəli insanlardan, qəssablardan soruşmuşam. Heyvanın yanında başqa heyvan kəsiləndə, kəsimdən öncə heyvan qorxanda ətdə peroksidaza fermenti azalır. Bu barədə peyğəmbərdən də hədislər var. Bıçağı heyvan yanında itiləmək onu bir neçə dəfə öldürmək deməkdir. Deməli o heyvanın əti ölü və faydasız ətdən başqa bir şey deyil”.

    Həkim ət alarkən onun kəsim yerinə də diqqət yetirməyi məsləhət görür:

    “Bakıda var belə yerlər: ət kəsimi yeri ayrı olur, satış yeri ayrı, heyvanlar ayrı saxlanılır. Mən özüm də yol kənarında dediyim qaydalara riayət etməyən qəssablardan ət almıram. Sexlərdə və ət istehsalı müəssisələrində ət kəsimi qaydaları yaxşıdır, amma onların da yemində hormonlar olduğundan dadsız və zərərlidir. Sadəcə ət kəsimi ilə məşğul olan insanlara demək istərdim ki, heyvanı halallıqla, düzgün kəsmək savabdır və o ətin millətimizə də faydası olar”.

  • Bakıda təntənəli açılış — FOTOLAR

    Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) təntənəli açılış mərasimi olub.
    Median.Az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib.

    Türk dünyasının birliyindən danışan gənclər və idman naziri Azad Rəhimov türkdilli ölkələrin beynəlxalq arenada həmişə biri-birilərinə dəstək olduqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, biz eyni dilə, eyni dinə malik xalqlarıq. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığı həmişə diqqət mərkəzində saxlayır. Dostluğun və qardaşlığın nəticəsində XXI əsr türk dövlətləri əsri olmalıdır.

    “Diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir”, – deyə nazir əlavə edib.
    Türk Şurasının baş katibi Ramil Həsənov yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, birinci Türk Universiadasının Azərbaycanda təşkil olunması çox sevindirici haldır. Universiada növbəti illərdə də təşkil olunacaq və iştirakçıların sayı artacaq. İdman dostluğu tərənnüm edir. Bu yarış yeni dostluqların yaranmasına imkan verəcək.

    Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

    Açılış mərasimi başa çatdıqdan sonra güləş yarışları təşkil olunub.

    Aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışacaqlar.

  • ABŞ rus oliqarxları və naziri “qara siyahı”ya saldı

    ABŞ 38 rusiyalı biznesmeni, rəsmi şəxsləri və şirkətləri sanksiya siyahısına salıb, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

    Siyahıda 7 rus oliqarx və şəxslərin idarə etdiyi 12 şirkət, həmçinin 17 dövlət məmuru yer alıb. Sanskiya tətbiq olunan oliqarxlar Vladimir Boqdanov, Oleq Deripaska, Süleyman Kərimov, İqor Rotenberq, Kirill Şamalov, Andrey Skoç və Viktor Vekselberqdir.

    Maliyyə naziri Stiven Mnuçin həmin şəxslərin Rusiyanın qlobal miqyasda qeyri-qanuni əməllərinə dəstək verməkdə ittiham edildiklərini deyib.

    Həmçinin, Bəşşar Əsədə silah dəstəyi verməkdə günahlandırılan “Rosoboroneksport” adlı silah ticarət şirkəti və bu quruma bağlı “RFC Bank” da “qara siyahı”ya salınıb.

    Dövlət məmurları siyahısında isə daxili işlər naziri Vladimir Kolokoltsev və Vladimir Putinin müşavirlərindən Yevgeni Şkolov kimi tanınmış şəxslər yer alıb.

  • “Daşım yaman ağırdır…” – İlqarə

    Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, İlqarə arıqlamağından danışıb:

    “Gözəl yeməklər bişirirdim. İndi məndən soruşanda ki, nə vaxt yemək bişirirsən? Deyirəm, bir də yemək bişirməyəcəm. Çünki mən ömürlük pəhrizdəyəm”.

    İlqarə dostlarından da söz açıb. O bildirib ki, son günlər dostluq etdiyi insanlardan zərbələr alıb:

    “Rəfiqədən yarımamışam. Mənim daşım yaman ağırdır. Əvvəl deyirdim ailə önəmli deyil. Amma indi baxıram ki, yox, onların böyüdüyü ailəyə fikir vermək lazımdır. İllər ərzində anamın ətrafında olanları da görmüşəm. Son vaxtlar dostlarıma qarşı ayrıseçkilik edirəm. Kimin yeri haradı bilməlidirlər”.

    İlqarə geyim həvəskarı olmadığını söyləyib:

    “Geyim həvəskarı deyiləm. Hərdən elə olur ki, xoşuma gələn paltarı cırılana qədər geyinirəm. Paltarı saatlarla seçmərəm, amma makiyaj edərəm. Stilistlər çox deyir ki, gəl səni bəzəyək, getmirəm. Alış-verişi isə anama həvalə edirəm. O, hara gedirsə, alıb gətirir.

    Anam çox güclüdür. Bəzən pis olanda anama baxıb, deyirəm ki, mən də onun kimi güclü olmalıyam. Əlləri buraxmaq olmaz”.

  • Avtobusların hərəkət intervalında gecikmələr yaranıb – Tıxac var

    Binəqədi rayonu, 9-cu mkr Mir Cəlal küçəsində (hər iki istiqamətdə) böyük tıxac səbəbindən 18, 61, 65 və 85 saylı marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

    Median.Az Trend-ə istinadən bildirir ki, tıxacın aradan qaldırılması istiqamətində DYP əməkdaşları tərəfindən iş aparılır.

  • Böyük Britaniya Rusiyadakı çempionatdan imtina etdi

    Ukrayna və Böyük Britaniya yığmaları aprelin 30-da Rusiyanın (Dağıstanın) Kaspiysk şəhərində start götürəcək güləş üzrə Avropa çempionatına qatılmaqdan imtina edib.

    Median.Az xəbər verir ki, siyasi motivlər üzündən atılan bu addım nəticəsində çempionat iştirakçılarının sayı 32-yə enib.

    Aralarında Azərbaycanın da olduğu iştirakçı ölkələr 224 medal uğrunda mübarizə aparacaqlar.

    Qeyd edək ki, Avropa çempionatı mayın 6-dək davam edəcək.